Şəxsi kosmik gəmi Aya enərkən qəzaya uğradı
Icma.az bildirir, News24 portalına istinadən.
ABŞ-dan Ayın cənub qütbünü tədqiq etmək üçün göndərilən özəl kosmik gəminin planlaşdırılandan fərqli yerə endiyi, yana döndüyü və missiyasını yerinə yetirə bilməyəcəyi bildirilib.
News24.az xəbər verir ki, Texasda kosmos tədqiqatları aparan "Intuitive Machines" adlı özəl şirkət Ayın cənub qütbündə araşdırma aparmaq üçün göndərdiyi kosmik gəminin hədəfdən fərqli bir nöqtədə qeyri-sabit eniş etdiyini açıqlayıb.
Kosmik şirkət fevralın sonunda “IM-2” missiyası çərçivəsində orbitə buraxılan “Athena” adlı nəqliyyat vasitəsinin təyin olunmuş eniş nöqtəsini 250 metrdən çox qaçıraraq, yana dönərək “buzlu kraterdə” fəaliyyət göstərə bilməyəcəyi barədə məlumat paylaşıb.
Buna baxmayaraq, "Athena" kosmik gəmisi siqnal bağlantısı kəsilməmişdən əvvəl yerini təsdiq edən fotoşəkillər çəkə və bəzi təcrübələr apara bildiyi bildirilir.
"Athena" fevralın sonunda ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən "SpaceX" istehsalı olan "Falcon 9" raketi ilə buraxılıb.
"Intuitive Machine"s şirkətinin "IM-1" missiyası çərçivəsində orbitə buraxılan "Odysseus" adlı kosmik gəmi də 2024-cü ilin fevralında yerə enərkən Aya yana çevrilib.
Aynurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 08 Mart 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















