Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

ŞƏXSİYYƏT POZĞUNLUĞU NƏDİR? Yaxud bu diaqnoz qoyulan xəstələr nə qədər təhlükəlidir?

ŞƏXSİYYƏT POZĞUNLUĞU NƏDİR? Yaxud bu diaqnoz qoyulan xəstələr nə qədər təhlükəlidir?

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həkim-psixiatr Abdulla Şıxlinski: “Bunu xəstəlik kimi təqdim etmək lazımdır, çünki şəxsiyyət pozğunluğu çox vaxt ağırlaşır”

Son vaxtlar “şəxsiyyət pozğunluğu” diaqnozu qoyulan bir çox qazilər tərəfindən redaksiyamıza çoxsaylı şikayətlər daxil olur. Şübhəsiz, bu diaqnozun altında Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılovun imzası “yatır”. Hansı ki, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri professor Fuad İsmayılovun qazilərə qoyduğu bu diaqnozun düzgün olmadığı qənaətinə gəliblər. Bu səbəbdən də onların heç birinə əlillik dərəcəsi verilmir. Ən maraqlısı isə odur ki, redaksiyamıza müraciət edən qazilərin əksəriyyətinin diaqnozu eynidir. Bütün bunlar onu deməyə əsas verir ki, ya Fuad İsmayılov xəstələrə düzgün diaqnoz qoya bilmir, ya da onun diaqnozunu Agentliyinin həkim-ekspertləri qəbul etmirlər.

Bir çoxlarımıza bəlli olduğu kimi, bu diaqnoz ağır xəstəliyin xəbərçisidir. Şəxsiyyət pozğunluğu insanın psixoloji vəziyyətinin yerində olmaması deməkdir. Bir çox mənbələrdən əldə etdiyimiz məlumata görə, bu xəstəlik özünü ən ağır formada göstərə bilir. O səbəbdən də, bu diaqnoz qoyulan xəstələr hər gün dərman qəbul etməlidirlər. Hətta bir çox xəstələr psixiatriya xəstəxanalarında yatılı müalicə alırlar. Çünki onların qəbul etdikləri dərmanlar çox ağır təsirə malikdir.

Ümumiyyətlə, şəxsiyyət pozğunluğu diaqnozu qoyulan insanlar tərk edilməməyə çalışırlar. Onlar qeyri-sabit və gərgin münasibətlər qururlar, impulsiv davranışlar göstərirlər. Bundan əlavə, bəzi hallarda onlar özlərinə zərər verir, hətta intihara da meyl edirlər. Bu insanlar tənqid, rədd edilmə və ya bəyənilməmə qorxusu səbəbiylə şəxsiyyətlərarası fəaliyyətlərdən çəkinirlər. Yaxın münasibətlərə girməkdən, yeni insanlarla tanış olmaqdan və özlərini digərlərindən aşağı hiss etməkdən qorxurlar. Bundan əlavə, fərdi risk etməkdən və yeni fəaliyyətlərə qarışmaqdan da ehtiyat edirlər. Ona görə, onların ətrafındakı insanların üzərinə yük çox düşür. Belə ki, onlar daim belə insanları nəzarətdə saxlamalı, stresdən, əsəbdən uzaq saxlamağı bacarmalıdırlar. Əks halda, ağır fəsadlarla üzləşə bilərlər.

Yuxarıda da qeyd etdiyimiz kimi, İkinci Qarabağ Müharibəsi iştirakçılarının təxminən 80 faizinə bu diaqnoz qoyulub. Lakin bir müddət keçdikdən sonra bu insanlara verilən müavinətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kəsilib. Çünki yenidən yoxlanışa gedən qazilərin əksəriyyətinin sağaldığı bildirilir. Halbuki onların sağalıb-sağalmadıqları ən çox ailədəki və cəmiyyətdəki davranışlarına görə dəyərləndirilməlidir. Heç də təsadüf deyil ki, bəzi hallarda “sağalmış” deyilən qazi özünə od vurub yandırır, damarlarını kəsir, yaxın qonşusuna, qohumuna ziyan vurur və sair.

Yeri gəlmişkən, nazirlik qazilərin müavinətini kəssə də, onlara sağlamlıq kağızı vermir. Belə insanları isə heç bir qurum işə götürmür. Necə deyərlər, heç kim bir “dəli”, yaxud da “psix”lə işləmək istəmir. Nə qədər acı olsa da, həqiqət budur. Odur ki, məsələ ilə bağlı həkim-psixiatr Abdulla Şıxlinski ilə həmsöhbət olduq.

“Ümumiyyətlə, “şəxsiyyət pozğunluğu” dedikdə biz psixopatiya vəziyyətini nəzərdə tuturuq. Əvvəllər buna “psixopatiya” deyirdilər. Beynəlxalq xəstəliklər cədvəli dəyişdikdən sonra bütün dünyada onun adını dəyişib, “şəxsiyyət pozğunluğu” qoyuldular. Əslində isə, bu xəstəliyin köhnə adı psixopatiyadır”, - deyən A.Şıxlinski bildirdi ki, şəxsiyyət pozğunluğunun bir çox  növü vardır:

“Birinci növü əsl şəxsiyyət pozğunluğudur. Bu, insanlarda anadangəlmə olur. El arasında bu insanlara belə də deyilir: “Əvvəldən belə idi, uşaqlıqdan xasiyyəti pisdir, tərsdir, hara gedir heç kəslə yola getmir və sair. Əslində, şəxsiyyət pozğunluğu olmayan adam demək olar ki, yoxdur. Bunu nəzərə alaraq, təklif olunur ki, şəxsiyyət pozğunluğu xəstəlik kimi dəyərləndirilməsin. Amma bunu xəstəlik kimi təqdim etmək lazımdır, çünki şəxsiyyət pozğunluğu çox vaxt ağırlaşır. Buna da “dekompensasiya” deyilir. Xəstə bu vəziyyətə gəlib çıxanda şəxsiyyət pozğunluğu elə xəstəlik formasında olur. Mütləq müalicə olunmalıdır, hətta xəstəxanada yatmalıdır”.

Həkim-psixiatrın sözlərinə görə, şəxsiyyət pozğunluğunun müəyyən halları var ki, onlar çox təhlükəli olur: “Məsələn, islah-əmək müəssisələrində, həbsxanalarda adam öldürmə, zorlama maddəsi ilə, eləcə də digər ağır cinayətlər törətdikləri üçün yatan insanların 80-85 faizi şəxsiyyət pozğunluğu olanlardır. Bu adamlarda şəxsiyyət pozğunluğu artıq dekompensasiya verib. Bu səbəbdən, cinayəti edib, həbsxanaya düşüblər. Şəxsiyyət pozğunluğu dekompensasiya vəziyyətinə düşəndə, yəni hədəqəsindən çıxanda, artıq biz ona xəstəlik kimi baxırıq və xəstəlik kimi də müalicə edirik. Bundan əlavə, ümumiyyətlə, bu, əvvəllər xəstəlik kimi dəyərləndirilirdi. Elə indinin özündə də ayrı-ayrı psixiatrlar buna xəstəlik kimi baxırlar. Mənim özümdə bunu xəstəlik kimi qiymətləndirirəm. Biz öz təcrübəmizdən bilirik ki, onu xəstəlik kimi təqdim etməmək tibbi məna daşımır, siyasi bir məna daşıyır.

Bu, Qərb ölkələrində də xəstəlik vəziyyəti kimi qəbul olunub. Bu səbəbdən, bizdə də bunu xəstəlik kimi yox, adi vəziyyət kimi qəbul etdirmək istəyirlər. Qeyd edim ki, beynəlxalq xəstəlik cədvəli Amerika, İngiltərə və Ümümdünya Səhiyyə Təşkilatının nəzarətindədir. Həm deyirlər xəstəlik deyil, həm də xəstəliklər cədvəlinə salıblar. Bu, onu göstərir ki, xəstəliklər cədvəlinin tərtibatının özündə Qərb dünyasının siyasi motivləri dayanır.

Sovet İttifaqı dönəmində bizim öz xəstəlik cədvəlimiz var idi. O tam düzgün formalaşdırılmış, məntiqə uyğun bir cədvəli idi.  Həkimlər xəstəliklərin sistematikasından istifadə edirdi və o daha başa düşülən, daha sadə və daha münasib bir cədvəl idi. Amma indi beynəlxalq xəstəliklər cədvəlindən istifadə edirlər”.

Abdulla Şıxlinski deyir ki, Qərbin təşəbbüsü ilə yaradılan xəstəlik cədvəli təkmil deyil: “Bilirsiniz ki, mən uzun müddət Moskvada işləmişəm. Oradakı bütün psixiatrlar deyirdi ki, indiki xəstəlik cədvəli, yəni ABŞ və İngiltərənin, ümumiyyətlə Qərb dünyasının  təşəbbüsü ilə yaradılmış xəstəlik cədvəli təkmil deyil”.

Həkim-psixiatr qeyd etdi ki, bəzən şəxsiyyət pozğunluğu daha ağır fəsadlar verir: “Bu xəstəliyin yüngül formaları da olur, biz onu heç nəzərə almırıq. Amma, dediyim kimi, bunun çox ağır formaları da var. Həmin ağır formalar zamanı insan sosial təhlükəli olur, ağır cinayətlər edir, ətrafdakılar üçün müəyyən təhlükə yaradırlar. Məhz buna görə də “şəxsiyyət pozğunluğu” deyəndə biz pataloji vəziyyəti nəzərdə tuturuq. Anadangəlmə şəxsiyyət pozğunluğudursa, o zaman insan heç vaxt dəyişmir, necə doğulubsa, ömrünün axırına qədərdə də elə yaşayır.

Şəxsiyyət pozğunluğunun ikinci növü isə qazanılma şəxsiyyət pozğunluğudur. Bu hal uzun müddət hərbi əməliyyatlarda iştirak edən adamlarda, yəni psixi inkişafına əngəl törədən müəyyən situasiyalara düşən şəxslərdə aşkar olunur. Misal üçün, bir qəza baş verir, sürücü bütün yaxınlarını itirir və böyük stress yaşayır. Bu zaman da şəxsiyyət pozğunluğu inkişaf edir. Zorlanmış qadınlarda da bu xəstəlik baş verir. Müxtəlif insanlarda müxtəlif həyat situasiyası zamanı, tutaq ki, kişi həyat yoldaşının xəyanətini bilirsə, bu zaman da həmin xəstəlik oyanır. Bunun əksi olan halda qadında da bu proses baş verə bilər. Bu hallarda həmin xəstəliyə “qazanılma şəxsiyyət pozğunluğu” deyilir.

Qazanılma şəxsiyyət pozğunluğu müəyyən psixo-emosional stress nəticəsində inkişaf edə bilər. İstənilən həyatın qeyri-münasib situasiyalarında, qeyri-münasib vəziyyətlərində insanda şəxsiyyət pozğunluğu inkişaf edə bilər. Yəni hər bir insanda bir şəxsiyyət pozğunluğu inkişaf edir. Birində paranoyal şəxsiyyət pozğunluğu, birində şizoid, birində isterik növü və sair inkişaf edir. İnsanın beyin quruluşundan, psixo tipindən asılı olaraq, hər bir vəziyyətdə hər bir ekstremal situasiyada şəxsiyyət pozğunluğunun müxtəlif növləri inkişaf edə bilər. Bu xəstəliyi müalicəsiz buraxmaq olmaz. İnsan müalicəsiz qalarsa, xəstəlik şəxsiyyətin deformasiya həddinə gətirib çıxarır. Bu isə çox ağır bir vəziyyətdir. Belə adamlara kömək etmək də çox çətin olur. Bu kimi adamlar cəmiyyət üçün yarasız olur.

Üstəlik, belə xəstələr mühitə alışa bilmirlər, heç yerdə işləyə bilmirlər. Bir sözlə, hər an problem içində olurlar. Onlar nəqliyyatdan istifadə edərkən də özlərindən çıxa bilərlər. Yəni heç də belə insanlara normal insan kimi baxmaq olmaz.

Paranoyal psixopatiya xəstələri daima kimlərdənsə şikayətçi olurlar. Axırda məhkəmə bunları psixiatr ekspertizasına göndərir ki, onda nəsə problem var, bu qədər şikayət yazmaq olmaz. Aydın olur ki, onlar cəmiyyət üçün müəyyən problemlər yaradırlar.

Əlbəttə, şəxsiyyət pozğunluğunun müəyyən formaları var ki, onların özləri müəyyən təcavüzlərə, insanların qəddar münasibətlərinə məruz qalırlar. Onlar bu hərəkətlərə cavab olaraq heç nə edə bilmirlər. El arasınada belə adamlara “yazıq”da deyilir. Amma belə adamlar bəzən elə ciddi hərəkətlər edə bilərlər ki, heç onlara “yazıq adam” demək olmaz. Ümumiyyətlə, xarakterizə etdikdə isə, bəli, bunlar sakit, yəni astenik tipli şəxsiyyət pozğunluğu olan adamlardır”.

A.Şıxlinski onu da vurğuladı ki, istənilən xəstəlik şəxsiyyət pozğunluğuna gətirib çıxara bilər: “Sizin sualınıza cavab olaraq bildirim ki, Fuad İsmayılovun qoyduğu diaqnoz qanun deyil. Yəni istənilən ekspert rəyi komission qaydada verilməlidir, necə ki, məhkəmə psixiatrik ekspertizasında 3-4 həkim yığılır, bir nəticə yazır. Psixiatriyada ekspert rəylərinin hamısı komission qaydada olmalıdır. Fuad İsmayılov da bu rəyi hansısa quruma göndərirsə,  bu ekspert rəyidirsə və bu rəy nəticəsində insana pensiya veriləcəksə, onun cinayət məsələsinə cəlb olunub-olunmaması, hərbi xidmətə gedib-getməməsi həll olunacaqsa, bütün bunların hamısı ekspertiza hallarına aiddir. Ekspertiza da tək bir adam tərəfindən aparıla bilməz. Bir neçə həkimin rəyi nəticəsində ekspert rəyi verilməlidir. Bir adamın ixtiyarı yoxdur ki, o rəyi versin.

Qanunvericilikdə açıq-aydın yazılıb ki, hətta həkim sözügedən komissiyanın sədridirsə və komissiyada olan həkimlərdən biri başqa ekspertlərin rəyi ilə narazıdırsa, o, ayrıca öz rəyini verir və həmin həkimin də rəyi nəzərə alınmalıdır. Ekspertiza 3, yaxud da 4 həkimin iştirakı ilə aparılmalıdır və bütün həkimlərin də rəyi nəzərə alınmalıdır.

İndiki zəmanədə hər bir həkimin, elmi dərəcəsindən asılı olmayaraq, öz fikrini açıq deməyə ixtiyarı var. Ekspertizada iştirak edən hər bir həkim öz fikrini açıq-aşkar deyə bilər, buna heç bir qadağa yoxdur. 

Nəzərə almaq lazımdır ki, hər bir psixi pozuntusu olan şəxsdə şəxsiyyət pozğunluğu olur. Amma bu o demək deyil ki, “şəxsiyyət pozğunluğu” diaqnozunu ayrıca ora yazmaq lazımdır. Əvvəl əsas diaqnoz yazılmalıdır ki, hansı xəstəlik şəxsiyyət pozğunluğuna gətirib çıxarıb. İlk əvvəl onu qeyd etmək lazımdır.

Şəxsiyyət pozğunluğu ruhi xəstəliyin nəticəsidir, əsas xəstəlik deyil. Şəxsiyyət pozğunluğu istənilən psixi xəstəliyin məntiqi nəticəsidir. Əsas isə səbəbdir.

Onu da qeyd edim ki, şəxsiyyət pozğunluğunu yazanda mütləq onun tipini qeyd etmək lazımdır. Bu xəstəliyin növləri günü-gündən artır”.

Jalə FAMİLQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2024 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri