Şəxsiyyət vəsiqəsini hansı hallarda dəyişmək olar?
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəzi şəxslər sənəddəki şəkillərində yaxşı düşmədiklərini düşünərək fotoşəkli yeniləmək və bunun üçün şəxsiyyət vəsiqəsini dəyişmək istəyirlər. Bəs sadəcə fotoşəkli bəyənməmək şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün əsas hesab olunurmu?
AZXEBER.COM xəbər verir ki, ASAN xidmətin rəsmi məlumatına əsasən, şəxsiyyət vəsiqəsi aşağıdakı hallarda dəyişdirilir:
Vəsiqənin etibarlılıq müddəti başa çatdıqda;
Vətəndaşın adı, soyadı və ya ata adı dəyişdikdə;
Şəxsiyyət vəsiqəsi və ya onun elektron daşıyıcısı (çipi) yararsız hala düşdükdə;
Vəsiqənin üzərindəki məlumatlarda səhv aşkarlandıqda;
Şəxsiyyət vəsiqəsi itdikdə və ya oğurlandıqda yeni vəsiqənin verilməsi mümkündür.
ASAN xidmətin məlumatında həmçinin qeyd olunur ki, vəsiqənin müddəti bitdikdə, ad, soyad və ya ata adı dəyişdikdə, yaxud sənəd yararsız hala düşdükdə vətəndaş 1 ay ərzində vəsiqə verən orqana müraciət etməlidir.
Qeyd edək ki, şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.
15 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
· on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;
· üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 50 manat;
· bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 70 manat.
15 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
· on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;
· üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat;
· bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 manat.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
· on iş günü müddətində verildikdə - 30 manat;
· üç iş günü müddətində verildikdə - 70 manat;
· bir iş günü müddətində verildikdə - 90 manat.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 Avqust 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















