Icma.az
close
up
RU
Seyfəddin Hüseynlinin kitabı nəşr olundu FOTO

Seyfəddin Hüseynlinin kitabı nəşr olundu FOTO

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tanınmış tərcüməçi, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynlinin “Tərcümə təcrübələri” adlı kitabı çapdan çıxıb. “1-ci kitab: dünya ədəbiyyatından hekayələr, esselər və söhbətlər” kimi təqdim olunan, 424 səhifəlik bu nəşrdə S.Hüseynlinin anadilimizə çevirdiyi ədəbi mətnlərin bir qismi yer alıb.

Gununsesi.info xəbər verir ki, kitaba dünya ədəbiyyatının ayrı-ayrı ölkələri və dövrləri, fərqli ədəbi cərəyanları və estetik təmayülləri təmsil edən, bioqrafiyası, yaradıcılıq dəsti-xətti, mədəni-ictimai mövqeyi etibarilə ciddi şəkildə seçilən nümayəndələrinin Azərbaycan dilinə tərcümə edilmiş hekayələri, esseləri və söhbətləri daxildir. Bu mətnlərdə həyata, insana, ədəbiyyata, incəsənətə münasibətdə maraqlı yanaşmalar, müxtəlif tarixi, ictimai, ədəbi-mədəni məsələlərlə bağlı diqqətəlayiq düşüncə və mülahizələr əks olunub.

Ümumilikdə 18 ölkədən 56 imzanı əhatə edən, 3 bölümdən ibarət kitabda 42 hekayə, 46 esse, 4 ədəbi söhbət var.

Hekayələr və esselər sırasında Amerikadan Riçard Brotiqan, Kurt Vonnequt, Corc Feyfer, Argentinadan Xorxe Asis, Avstriyadan Tomas Bernhard, Çexiyadan İvan Kraus, Çindən Li Fu-yan, Xuanfu Şi, Fransadan Anatol Frans, Anna Qavalda, Mişel Turnye, İngiltərədən Cerom Klapka Cerom, Gilbert Kit Çesterton, Artur Konan Doyl, Piter Smit, İsraildən Etqar Keret, İtaliyadan Luici Pirandello, İtalo Kalvino, Canni Rodari, Alessandro Piperno, Renzo Olivanın əsərləri verilib.

Bu iki bölümdə Macarıstandan Dördi Şpiro, Perudan Mario Varqas Lyosa, Polşadan Yanuş Qlovatski, Suriyadan İbrahim Samuel, Ukraynadan Kost Moskalets, Uruqvaydan Mario Benedetti, Yaponiyadan Akutaqava Rünosukenin də uyğun mətnlərinə yer ayrılıb.

Türkiyə ədəbiyyatı bu bölümlərdə Xalidə Ədib Adıvar, Rıfat Ilqaz, Ercan Kesal, Onat Kutlar, Hüseyn Su, Ahmet Cemal, Cengiz Güleç, Semih Gümüş və Nihat Ziyalanın, Rusiya isə Mixail Bulqakov, Fazil İskəndər, Sergey Lukyanenko, Yuri Mamleyev, Oleq Pavlov, Zaxar Prilepin, Roman Sençin, Aleksey Varlamov, Gözəl Yaxina, Mixail Yelizarov, Mixail Zoşşenko, Dmitri Merejkovski, Aleksandr Soljenitsin, Vladimir Krupin, İqor Yevdokimov və Larisa Obaniçevanın yaradıcılığı ilə təmsil olunur.

Qabriel Qarsia Markes və Mario Varqas Lyosanın “Latın Amerikasında roman”, Macarıstandan İmre Kertesin “Ömrümü mütləq bir yanlışlıq içində yaşamışam”, İsraildən Etqar Keretin “Hekayə yazmaq hədiyyə gözləmək kimidir”, Türkiyədən İskəndər Palanın ”Divan ədəbiyyatı və eşq haqqında” başlıqlı söhbətləri kitabın müvafiq bölümündə öz əksini tapıb.

Mətnlərin düzülüşündə ölkə adlarının və ayrı-ayrı ölkələrə mənsub ədiblərin soyadlarının Azərbaycan əlifbası üzrə sıralanması əsas götürülüb.

Çapını Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Mətbuat Şurası dəstəkləmiş kitabın redaktoru Südabə Ağabalayeva, korrektoru Gülzar Səfərova, dizayneri Azər Aydın, üz qabığının tərtibatçısı İlham Əhmədov, mətbəə rəhbəri Elman Qasımovdur.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Noyabr 2024 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri