Icma.az
close
up
RU
Seymur Orucov bir qrup şəxs təltif etdi FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Seymur Orucov bir qrup şəxs təltif etdi FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Ağstafa RİH başçısı yanında Şuranın növbəti iclasında bir sıra mühüm məsələlər müzakirə edilib, Beynəlxalq Könüllülər Günündə bir qrup şəxs təltif olunub.

AZXEBER.COM xəbər veirr ki, Seymur Orucovun sədrliyi ilə Ağstafa RİH başçısı aparatının inzibati binasında keçirilən Şura iclasında rayonun hüquq-mühafizə strukturlarının və aidiyyəti təşkilatların rəhbər şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

İclası giriş nitqi ilə açan RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün sahələrində əldə olunan yüksək nəaliyyətlərdən söz açıb, Ağstafa rayonunda icra olunan sosial infrastruktur layihələr, abadlıq-quruculuq tədbirləri barədə ümumi məlumat verib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları və zəngin dövlətçilik irsi əsasında gələcəyə doğru inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır, xalqımız Ulu Öndərin əziz xatirəsini böyük minnətdarlıqla, sonsuz ehtiramla yad edir. 

Seymur Orucov Ağstafa RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin yeni təyin olunan müdiri-baş memar Nürəddin Abbasovu kollektivə təqdim etdikdən sonra gündəlikdə duran məsələləri diqqətə çatdırıb və sözü məruzəçilərə verib. 

Öz növbəsində Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev - "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planın"da nəzərdə tutulmuş tapşırıqların Ağstafa rayonunda icrası barədə,  Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova - Rayon İcra Hakimiyyəti başçısı aparatında gənclərin könüllülük fəaliyyətinə cəlb edilərək, könüllük prosesinin keçirilməsinə nəzarət olunması barədə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev - "Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatında 2024-cü ildə Şəhid ailələri və qazilərin sanatoriyalara göndərilməsinin təmin edilməsinə dair geniş məruzələrlə çıxış ediblər.

 Gündəlikdə duran məsələlər ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilib, eyni zamanda, həlli vacib məsələlərlə bağlı nəzarət qaydasında konkret tapşırıqlar verilib.

Yekunda Şuranın müvafiq qərarları qəbul edilib. 

Tədbirdə 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibəti ilə rayonun ictimai-siyasi həyatında fərqlənən altı nəfər Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri