Şeyx Əbdül küsülü olduğu Rasim Balayevdən DANIŞDI: “Hər səhər dua edirəm
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, uzun müddətdir xəstəxanada müalicə alan Xalq artisti, rejissor Əbdül Mahmudov evə buraxılıb. Onun vəziyyəti artıq stabildir.
Qeyd edək ki, Əbdül Mahmudov Xalq artisti Rasim Balayevlə uzun illər yaxın dost olub. Lakin son dönəmlərdə iki sənətkarın arasında soyuqluq yaranmışdı.
Nəzərə alaq ki, Rasim Balayevin də hazırda səhhətində problemlər var və Türkiyədə müalicə alır.
Bəs bu həssas dönəmdə köhnə dostların münasibəti necədir?
Bu barədə Bizim.Media-ya danışan Əbdül Mahmudov fikirlərini Aşıq Ələsgərin bir beytilə ifadə edib:
"Dost-dostdan inciyər, qəlbində dönməz.
Olar bir az ərki naz arasında".
Rasim məndən 4 yaş kiçikdir. Bizim aramızda inciklik şəxsi münasibətlər üzündən olmayıb. Bilirsiniz, mən uzun illər demişəm ki, bir ölkədə 2 kino qurumu olmaz, bunlar birləşdirilməlidir. Bunu da aparıb bəzi ağzıgöyçəklər Rasimə başqa cür çatdırırdılar. Aramız bu səbəbdən soyuq idi.
İndi şükür Allaha, iki kino qurumu birləşdi. Yaxın vaxtlarda qurultay olacaq. Hər səhər ilk işim Rasimə görə dua eləməkdir. Allah ona can sağlığı versin, sağ-salamat gəlsin, qurultayımızı keçirək. Mənim sədrliyə yeganə namizədim odur".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 28 Fevral 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















