Sibiqa Kiyevin yeraltı sərvətlər üzrə sövdələşmədə maraqlı olduğunu açıqlayıb
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Kiyevin Vaşinqtonla mineral ehtiyatlar üzrə saziş bağlamaqda maraqlı olduğunu təsdiqləyib və onunla gözlənilən ikitərəfli əlaqələri müzakirə edib.
Məlumatı TASS verib.
Sibiqa bildirib ki, Rubio ilə bir gün əvvəl NATO-nun mənzil-qərargahında görüşüb: “Mən Ukraynanın ikitərəfli tərəfdaşlığımızın irəliləyişinin möhkəm təməli kimi ABŞ-la mineral ehtiyatlar sahəsində qarşılıqlı faydalı investisiyaların və əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu ayrıca təsdiqlədim. Biz həmçinin Ukrayna və ABŞ arasında bir çox məsələləri müzakirə etdik” , - ukraynalı nazir X sosial şəbəkəsində yazıb.
Aprelin 3-də ABŞ-ın maliyyə naziri Scott Bessent bəyan edib ki, Ukrayna nümayəndə heyəti Vaşinqtonun təklif etdiyi minerallar sazişini müzakirə etmək üçün ya bu həftənin sonu, ya da gələn həftənin əvvəlində ABŞ-a gələcək. Onun sözlərinə görə, ukraynalılar bu məqsədlə vəkil tutublar. Daha sonra Ukraynanın “Public. News” nəşri Vladimir Zelenskinin ofisinin adı açıqlanmayan nümayəndəsinə istinadən yazıb ki, sazişi müzakirə etmək üçün nümayəndə heyətlərinin görüşünün tarixi hələ də razılaşdırılır.
Mineral ehtiyatlara dair sazişin imzalanması fevralın 28-də Ağ Evdə Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında mübahisədən sonra pozulub. Martın 27-də Kiyev bildirib ki, Vaşinqtondan sənədin yeni versiyasını alıb və bu, əvvəlkindən qat-qat sərt olub. Yeni layihə Kiyevi 120 milyard dollardan çox məbləğdə yardımı kompensasiya etməyə məcbur edir.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 04 Aprel 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















