Icma.az
close
up
RU
Sidiyini saxlaya bilməyənlər Utanc gətirən patologiyadan xilas olmaq mümkündür

Sidiyini saxlaya bilməyənlər Utanc gətirən patologiyadan xilas olmaq mümkündür

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Sidiyi qaçırmaq, saxlaya bilməmək - tibbi dildə adı İnkotinentasiya- neçə illərdir yaşlı, ahıl insanların problemi kimi təqdim olunub, daha çox nənə-baba xəstəliyi kimi yaddaşlarda qalıb.

Amma son zamanlar pasiyent şikayətləri göstərir ki, bu problemə lazımi qiymət verilməyib. Çünki gənc qadınlar, gənc analar, yeniyetmə qızlar da bu problemi keçirir.

Rusiyalı uroloq Dmitriy Puşkarın məlumatına görə, qadınlar arasında sidiyi qaçırmaq 37% təşkil edir. Bu rəqəm Seçenov adına Universitetin rəqəmi ilə də üst-üstə düşür: 33,6 %

Lakin bu qadınların cəmi 8%-i probleminə görə uroloq və ginekoloqlara müraciət edir. Qalanı dərdi ilə baş-başadır, utanır, sirrini heç kimə demir. Azərbaycanda da vəziyyət belədir. Çoxları bununla barışır, hesab edir ki, sidik kisəsi boşalıb, sallanıb, yaşla bağlıdır və daha müalicəsi yoxdur.

Medicina.az sidik qaçırmasının səbəblərini təqdim edir:

Bu sidik ifrazı aktı üzərində insanın iradəsinin və nəzarətinin zəifləməsi və itməsidir.

Daha çox çətin doğuşlar, çoxsaylı doğuşlar, ginekoloji maşaların qoyulması, stress kimi səbəblərdən başlayır.

Keysəriyyə üsulu ilə ana olan qadınlarda bu patologiya 2 dəfə az rastlanır.

Kiçik çanaq dibinin əzələsinin zəifləməsi, boşalması, uretranın sfinkterinin işinin pozulması patologiyanı yaradır.

Aşağıdakı xəstəliklər də sidik saxlamamağa səbəb ola bilir:

- Artıq çəki, piylənmə

- Sidik ifrazı sisteminin anomaliyası

- Sidik kisəsinin kəskin və xroniki infeksiyaları

- Alsgeymer, Parkinson xəstəliyi

- Skleroz

- Şəkərli diabet

- İnsult

- Onkoloji xəstəlikər

- Böyrək və sidik kisəsi daşları

Bəzi preparat və ərzaqlar, qidalanma da sidik ifrazını poza bilir: antidepressantlar, sidikqovucular, alkoqol, qazlı su, sitrus meyvələri, acılı souslar, ədviyyatlar, çay.

Həkimlər sidiyi saxlaya bilməməyin aşağıdakı formalarını ayırd edir:

- İmperativ - xarici amillərdən asılı olaraq sidik çağırma: su səsi, fontan, gur işıq və s. Bu xəstədə hiperaktiv sidik kisəsi olduğundan ani olaraq sinir impulslarını sürətlə göndərir.

- Stress səbəbindən - uretranın sfinkterinin işində qapanma olur. Kisənin zəifləmiş əzələsi sidik kisəsinin tam yığılıb boşalmasını təmin edə bilmir. Sidiyə getdikdən bir müddət sonra əzələ boşalır, kisədə qalan sidik heç bir siqnal, çağırış olmadan axır.  Daha çox bərkdən güləndə, qaçanda, ağır əşyaları qaldıranda, öskürəndə, seks zaması baş verir. İstənilən yaşda xanımlarda rast gəlinir.

- Yatrogen - dərman preparatlarının təsirindən yaranır. Bu əks təsir kimidir, dərmanı saxlayan kimi düzələ bilər.

- Reflektor - sidik kisəsinin reflektor aktivliyinin anormal olmasından irəli gəlir.

- Enurez - gecələr yuxuda ikən tualetə getməyə çatdırmadan baş verir. Səbəbləri infeksiyalar, uroloji xəstəliklər, qurd invaziyaları, genetik, stress və s.

Bu problem öz-özünə keçib getmir!

Qadınlar sidik qaçırmanın qarşısını almaq üçün bezlərdən istifadə edir, tez-tez tualetə qaçır, özünü gərgin saxlayır, ya da aptekdən lazımsız dərmanlar alır. Rəfiqə və qohumlarına dərdini danışanda isə onlar da eyni problemi yaşadığını və yaşla, doğuşla əlaqələndiyini öyrənir. Heç bir türkəçarə, bez, vaxt bu xəstəliyi sağaltmır. Yeganə çıxış yolu: problemi görən kimi peşəkar həkimə müraciət etməkdir.

Qadınlar ginekoloq və uroloqa müraciət edə bilər.

Diaqnostika: ginekoloji müayinə, funksional sınaqlar, sidiyin miqdarının ölçülməsi, USM, sidik analizi, mikrokskopiya, uretroskopiya və sistoskopiya təyin oluna bilər.

Müalicəsi:

Əgər pasiyentdə patoloji infeksiyalar tapılıbsa, dərman müalicəsi aparılır. Xüsusi pəhriz təyin olunur, artıq çəki atılmalıdır, zərərli vərdişlər tərgidilməlidir, ağır fiziki işlər qadağan olunur.

Bununla yanaşı fizioterapiya, elektrostimulyasiya, BOS terapiya, xüsusi idman hərəkətləri təyin olunur. Əgər səbəb stress və nevroloji pozulmalardırsa, nevroloq, nevropatoloq, psixoloqun müalicəsi lazımdır.

Cərrahi metod:

Son müasir cərrahi metodlarla sidik buraxmanı 80% həll etmək olur. Daha geniş yayılmış metod uretranın xüsusi ilgək vasitəsilə fiksasiya olunub sıxılmasıdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 19 Noyabr 2024 06:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri