Icma.az
close
up
RU
Sifarişlərdə hiylə, sistemdə boşluq Gömrükdə nə baş verir?

Sifarişlərdə hiylə, sistemdə boşluq Gömrükdə nə baş verir?

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2020-ci ilin 23 avqust tarixində Dövlət Gömrük Komitəsi və Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, fiziki şəxslər tərəfindən xaricdən sifariş edilən malların gömrük rüsumundan azad olan maksimal dəyəri 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib. Qərara əsasən, vətəndaşlar ay ərzində bir neçə dəfə sifariş verə bilsələr də, bu sifarişlərin ümumi dəyəri 300 dolları keçməməlidir. Sözügedən qərar ictimaiyyət arasında narazılıqla qarşılanıb və xüsusilə ilkin mərhələdə geniş etirazlara səbəb olub. Lakin bütün etirazlara baxmayaraq, qərarda heç bir dəyişiklik edilməyib hazırda da bir çox vətəndaş bu məhdudiyyətin ləğv edilməsini tələb edir.

Hurriyyet.az xəbər verir ki, yenisabah.az məsələni iqtisadçı ekspert Günay Hüseynova ilə müzakirə edib. Ekspert bildirib ki, əslində nəyə qadağa qoyulursa, vətəndaş onun qeyri-qanuni yolunu tapir:

“Yerli sahibkarı və yerli istehsalı qorumaq, eyni zamanda xarici valyuta axınının qarşısını almaq məqsədilə bu qərar verildi. Amma bu qərarı tamamilə düzgün hesab etmək mümkün deyil. Əvvəla, 1000 dollarla 300 dollar arasında olduqca ciddi fərq var. İkincisi, bu qərar vətəndaşı qeyri-qanuni yollara əl atmağa sövq edir. Əgər vətəndaş hər hansı bir məhsulu və ya əşyanı almaq istəsə, bir çıxış yolu tapıb alacaq.

Əksər hallarda vətəndaşlar və ya kiçik sahibkarlar limiti keçməmək üçün sifarişi tanışlarının, qohum-əqrabalarının şəxsiyyət vəsiqəsi ilə edirlər. Yəni limiti bu qədər endirmək, əslində, faydalı deyil. Sistem tamam başqa cür işləməlidir: vətəndaşın FİN kodu ilə onun əməkhaqqısı və ya eyni ünvanda yaşayan ailə üzvlərinin gəlirləri sistemdə görünməlidir”.

G.Hüseynova vurğulayıb ki, məsələ təkcə limiti keçməkdə deyil, həm də çirkli pulların və vergiyə bəyan edilməyən gəlirlərin leqallaşdırılması məsələsindədir:

“Nümunə üçün vətəndaş xaricdən məhsul sifariş edir və bu məhsulun dəyəri 200–300 dollar təşkil edir. Araşdıran varmı ki, bu şəxsin aylıq əməkhaqqısı 400 manatdır və həmin məhsula görə maaşının hamısını xərcləyib?

Limit olsa da, sual yaranır: davamı necə olacaq?

Digər xarici ölkələrlə müqayisədə bizdə fərq istehsal gücümüzdədir. Məsələn, Türkiyə hökuməti bilir ki, ölkəyə gələn turist ən azı tekstil məhsulları alıb öz ölkəsinə aparacaq. Bəs bizə gələn turist nə aparacaq? Maksimum hansısa qida məhsulunu”.

Ekspert bildirib ki, limitin artırılması ümumiyyətlə gözlənilmir:

“Çünki bu, dövlət üçün sərfəli deyil, valyutanın ölkədən çıxışı azaldılmalıdır. Yeganə çıxış yolu ola bilər ki, xaricdən gətirilən məhsullar üçün qiymət tənzimlənməsi tətbiq olunsun və vətəndaş 1 həftə-10 gün karqo gözləmədən, eyni qiymət əsasında daxili bazardan alış-veriş etsin. Azad sahibkarlıq prinsipi olduğu üçün dövlət bu sahəyə birbaşa müdaxilə edə bilmir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri