Gömrükdə yığılan bağlamalar onlayn sifarişlərdə niyə gecikməyə səbəb olur? VİDEO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə gecikmələr müşahidə olunur.
Milli.Az xəbər verir ki, vətəndaşlar bildirirlər ki, əvvəl təxminən 1 həftə ərzində əldə edilən sifarişlər hazırda 20 gündən çoxdur ki, gömrükdə saxlanılır. Vətəndaşlar iddia edirlər ki, məhsullar gömrükdə yoxlanış üçün təhvil alınsa da, yoxlamalar həyata keçirilmir və əsassız yerə bağlamalar orada saxlanılır.
Vətəndaşlar onu da bildirirlər ki, bəyan üçün istifadə olunan proqramda məhsulun gömrüyü tərk etdiyi qeyd olunsa da, onlayn alış-veriş platformasında bağlamanın hələ də gömrükdə olduğu bildirilir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən "Xəzər Xəbər"ə bildirilib ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir. Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur. Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 31 Yanvar 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















