Sığorta sektorun aktivləri son 1 il ərzində 12 faiz artmaqla 2.1 milyard manatı ötüb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şuşa, 14 sentyabr, Tahir Agaməmmədov, AZƏRTAC
Sığorta sektorunda həyata keçirilən islahatlar sektorun inkişaf və dayanıqlıq göstəriclərində də öz əksini tapıb. Belə ki, cari ilin birinci yarısına münasibətdə sektorun aktivləri son 1 il ərzində 12 faiz artmaqla 2.1 milyard manatı ötüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Türk Dünyası Sığorta Birliyinin I Assambleyasında çıxışında Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov deyib.
Ə. Məmmədyarov bildirib ki, sektorun məcmu kapitalı risk kapitalını 2 dəfəyə qədər üstələyib. Sektorun gəlirlilik göstəricilərində də artımlar müşahidə edilib. Sektorun ümumi mənfəətliliyi 2025-ci ilin 1-ci yarısına 80 milyon manatı ötüb, aktivlərin gəlirlilik göstəricisi (ROA) 7 faiz, kapitalın gəlirlilik göstəricisi (ROE) isə 25 faiz olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 14 Sentyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















