Icma.az
close
up
RU
Şikayətçidən ekspert kimi müraciət: “Qida, dərman və şəxsi gigeyana sahəsində vəziyyət bərbaddır”

Şikayətçidən ekspert kimi müraciət: “Qida, dərman və şəxsi gigeyana sahəsində vəziyyət bərbaddır”

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı sakini redaksiyamıza müraciət edərək, qida, şəxsi gigiyena və təmizlik məhsulları və  dərmanların keyfiyyəti ilə bağlı şikayətini bildirib. Tribunainfo.az xəbər verir ki, İlkin Məmmədkərimov şikayətində bir çox maraqlı məsələlərə toxunub.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Qərbə məxsus bir çox brend Rusiya zavodunu bağladı. “Azərbaycana isə qida, şəxsi gigiyena və təmizlik məhsulları və dərmanlar Rusiya və Qərb ölkələrindən gəlirdi. Rusiya-Ukrayna müharibəsindən sonra isə qlobal brendlərin Rusiya zavodu bağlandığı üçün markalar Türkiyə və Asiya ölkələri istehsalı gəlməyə başladı ki, Rusiya və Qərb ölkələri zavodu ilə Türkiyə və Asiya ölkələri zavodu istehsalının keyfiyyəti tamamən fərqlidir. Yəni biz eyni qiymətə bərbad keyfiyyətli markalar almağa başladıq”.

Məmmədkərimov deyir ki, Qərb ölkələri istehsalı olan markalarda müharibə səbəbindən daşınma xərcləri həddən artıq çox olduğu səbəbini əsas gətirərək qlobal brendlər Türkiyə və Asiya ölkələri istehsalı gətirməyə başladılar. “Məsələn illərdir Belçika istehsalı gələn “Nutricia” brendinin “Aktivia” və “Danone” yoqurtları müharibədən sonra Moldova istehsalı gəlməyə başladı ki, keyfiyyəti bərbaddır. Üstəlik qiymətidə artıb”.

O həmçinin digər şirkətlərin məhsulalrı barədə də yazıb. “Məsələn, illərdir markaları Rusiya və Avropa ölkələri istehsalı gələn P&G brendinin əksər markaları son 3 ildir ki, Türkiyə və Asiya ölkələri istehsalı gəlir. Misal olaraq Ariel yuyucu toz markası əvvəllər Çexiya istehsalı gəlirdisə, artıq Türkiyə istehsalı gəlir. “Fairy” qab şampunu markası əvvəllər Belarus istehsalı gəlirdisə, bu gün Türkiyə istehsalı gəlir. “Commet” markası artıq yığışdırılıb. Əvvəllər Almaniya istehsalı gələn ağız baxım markası Blend-a-med artıq gəlmir. Onun yerinə Almaniya istehsalı Türkiyə bazarı üçün istehsal olunan Oral-B diş məcunları gəlir ki, keyfiyyəti ümumiyyətlə bərbaddır. Oral-B-nin diş fırçalarıda əvvəllər İrlandiya istehsalı gəlirdisə, indi isə Çin istehsalı gəlir. Unilever brendidə illərdir Rusiya və Avropa ölkələri istehsalı gətirdiyi Clear, Domestos, Rexona, Dove, Camay, Lisnoy Balzam, Çista ya Linya və s. markaları artıq Türkiyə, Birləşik Ərəb Əmirlikləri, Misir, Qazaxıstan, Filippin və s. ölkələrin istehsalı gətirir. Henkel, Johnson & Johnson, Reckitt Benckiser və digər brendlərdə də eyni vəziyyətdir”.

İlkin Məmmədkərimov dərman vasitələrinin keyfiyyəti məsələsinə də toxunub. “Burda da eyni vəziyyətdir. Məsələn qrip və soydəyməyə qarşı olan Johnson & Johnson brendinə məxsus Rinza markası artıq Hindistan istehsalı gəlir. Keyfiyyəti isə bərbad vəziyyətdədir. Ürək xəstələri üçün Stada brendinə məxsus Kardio Maqnil dərmanı əvvəllər Almaniya istehsalı gəlirdisə, indi Rusiya istehsalı gəlir”.

Onun sözlərinə görə, ümumiyyətlə GSK, Bayer, Sanofi və digər Qərb ölkələri dərman brendlərinin dərmanları məqsədli şəkildə yoxa çıxarılır. “Əvəzində isə ucuz başa gəlsin və daha baha qiymətə sata bilsinlər deyə Türkiyənin Nobel İlaç, Vəfa İlaç və s. dərman şirkətlərinin dərmanları gətirilir. Məsələn,  bakteriyalara qarşı olan GSK brendinə məxsus Zinnat dərmanı illərdir satışda yoxdur. Başqa bir Portuqaliya istehsalı olan Atral brendinin NeoChef dərmanıda illərdir yoxa çıxıb və bu dərmanların yerinə bakteriyalara qarşı Türkiyənin Nobel İlaç şirkətinin Meqaçet dərmanı yalnız var ki, onunda keyfiyyəti bərbaddır. İllərdir Rusiya, Belarus, Ukrayna istehsalı gələn Natrium xlor sistemi artıq Türkiyə istehsalı gəlir”.

Məmmədkərimov yazıb ki, problemlə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə şikayət edib. “Oradan bildiriblər ki, “Biz sadəcə dərmanların təhlükəsizliyini yoxlayıb, uyğunluq sertfikatı veririk. Dərmanları ölkəyə tədarükçülər gətirir, hansı dərmanı gətirməkdə isə tədarükçülər sərbəstdirlər”.

Şikayətiçi, əslində daha çox ekspert kimi müraciət edən sakin məsələnin kökündə dayanan səbəbi də açıqlayıb. İlkin Məmmədkərimov yazıb: “Məsələnin kökündə isə o dayanır ki, bizdə bütün dünyadan fərqli olaraq, qanunla qlobal brendlərin üzərinə keyfiyyət öhdəliyi, ölkədə mütləq nümayəndəliyin olması ilə bağlı tələb qoyulmur. Bir çox qlobal brendin ölkədə nümayəndəliyi yoxdur. Olanların da nümayəndəliyinin harda olduğunu, əlaqə nömrəsini heç kəs bilmir. İstehlakçılar maksimum həmin brendin markalarını ölkəyə idxal edən idxalçı şirkətin mağazalara və apteklərə məhsul verən ekspeditoru ilə əlaqə saxlaya bilib, hansısa məlumatı ala bilər. Ölkədə qlobal brendlərin markalarının keyfiyyətinə cavabdeh heç bir qurum yoxdur. Ümid edirəm ki, bu sahə ilə bağlı bizdə də qanun mexanizmi yaradılar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Mart 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri