Icma.az
close
up
RU
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb

SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzInTelekom tərəfindən təqdim edilən rəqəmsal həllər ekosistemi çərçivəsində əsas platformalardan biri olan SİMA-nın hazırda təxminən 7 milyona yaxın istifadəçisi var.

"APA-Economics" xəbər verir ki, bu barədə AzInTelecom şirkətinin Kommersiya Departamentinin Direktoru Fərrux Fərəcullayev Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, platforma ilkin mərhələdə SİMA imza həlli ilə fəaliyyətə başlasa da, sonradan biometrik identifikasiya əsaslı həllərə keçid genişləndirilib:

"Maliyyə sektorunda “Know Your Customer (KYC)” yanaşması çərçivəsində biometrik identifikasiya metodları geniş tətbiq olunur. Banklar artıq bu sistemləri müxtəlif mərhələlərdə istifadə edirlər.
Üz tanıma texnologiyası vasitəsilə istifadəçinin canlı görüntüsü və sənəd məlumatları müqayisə edilərək identifikasiya həyata keçirilir. Sistemin effektivliyi əsasən görüntü keyfiyyətindən asılıdır" - deyə o bildirib.

Fərrux Fərəcullayev əlavə edib ki, gələcək mərhələdə əsas hədəflərdən biri üz tanıma vasitəsilə ödəniş təsdiqləmə sistemlərinin genişləndirilməsidir:

"Bildiyiniz kimi, bir ay öncə biz Azərbaycan Dəmir Yollarında bunu tətbiq etdik və 4 stansiyada hal-hazırda vətəndaşlar üz tanıma ilə ödəniş edə bilirlər.

Bundan başqa, planlara əsasən, SİMA Pay ekosistemi daxilində banklar və rəqəmsal cüzdanlar (“wallet”lər) ilə inteqrasiyanın daha da gücləndirilməsi nəzərdə tutulur. Bu, istifadəçilərə müxtəlif ödəniş alətləri arasında daha çevik keçid imkanı yaradacaq və əməliyyatların daha sürətli icrasını təmin edəcək. Hazırda ilkin tətbiq mərhələsində olan SİMA Pay sistemi gələcəkdə daha geniş xidmət şəbəkəsinə çıxış əldə edəcək" - deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 İyun 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri