Icma.az
close
up
RU
Sima Useynova Azərbaycan aerokosmik elminin sönməyən işığı

Sima Useynova Azərbaycan aerokosmik elminin sönməyən işığı

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

28 noyabr – 1 dekabr tarixləri AMAKA Azərbaycan Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun tanınmış alimlərindən biri, kimya elmləri namizədi Sima Vahab qızı Useynovanın anım günləri keçirilir.

BAKU.WS-in məlumatına görə, onun vəfatından üç il ötsə də, həmkarları, qohumları, yaxınları və elmi ictimaiyyət böyük alim və nurlu bir insan kimi Sima xanımın xatirəsini sevgi və ehtiramla yad edir.

Sima Useynova 29 noyabr 1935-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmiş, 1959-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirərək elmi fəaliyyətə qədəm qoymuşdu. Elmi uğurları, yüksək intellekti və çalışqanlığı sayəsində qısa zamanda seçilən gənc mütəxəssislərdən biri olmuş, aspiranturanı bitirdikdən sonra Neft-Kimya Prosesləri İnstitutunda mühüm tədqiqatlara imza atmışdı. 1972-ci ildə dissertasiyasını uğurla müdafiə edən Sima xanım sonrakı illərdə bir sıra mühüm elmi layihələrin rəhbəri, müəlliflik şəhadətnamələrinin müəllifi kimi tanındı.

1976-cı ildə yenicə yaradılmış "Kaspiy" Elmi Mərkəzinə – indiki AMAKA-ya dəvət olunan Useynova burada kosmosdan Yer səthinin tədqiqi üzrə aparılan işlərdə xüsusi fəallığı ilə seçilmiş, kiçik elmi işçidən kimya laboratoriyasının rəhbərinə qədər yüksələrək peşəkar nüfuz qazanmışdı. Kosmik Yerşünaslıqla bağlı metodiki məsələlərin həllində onun rolu, elmi erudisiyası və dərin peşəkarlığı həm Azərbaycanda, həm də keçmiş İttifaq elmi ictimaiyyətində yüksək qiymətləndirilirdi.

Elmi nailiyyətlərinə görə Sima xanım Mendeleyev adına Kimyaçılar və Torpaqşünaslar Cəmiyyətinə üzv seçilmiş, Ecologiya İnstitutunda laboratoriyanın ayaqda qalması üçün xüsusilə çətin 90-cı illərdə böyük fədakarlıq göstərmişdi.

Onun həyat yolu yalnız elmlə məhdudlaşmırdı. Sima xanım nümunəvi ana, mərhəmətli nənə, qayğıkeş həyat yoldaşı idi. Polkovnik İsmayıl Useynovla qurduğu ailə elmi fəaliyyətində ona güc verən dayaq olmuşdu. Qızları Lalə və Sevinc xanımlar, eləcə də yaxınları onun müəllimlik, elmə bağlılıq, halal əməyə sədaqət kimi dəyərlərini bu gün də yaşadırlar.

Anım günləri ərəfəsində Sima xanımın həyat yoldaşı İsmayıl Useynov redaksiyaya müraciət edərək onun əziz xatirəsini yaşadan sənədləri, fotoşəkilləri təqdim edib. Akademik Budaq Budaqov, xalq artisti Nəsibə Zeynalova və digər tanınmış simalarla birgə çəkilmiş şəkillər bir alim ömrünün nə qədər zəngin və mənalı olduğunu bir daha göstərir.

Ekologiya İnstitutunun kollektivi və elmi ictimaiyyət Sima Useynovanı sadəcə alim kimi deyil, həm də yüksək mədəniyyətə, intellektə, insanlığa sahib bir ziyalı kimi xatırlayır. Onun instituta, elmi laboratoriyaya, əməkdaşlarına verdiyi dəyər bu gün də minnətdarlıqla anılır.

Sima Vahab qızı Useynovanın işıqlı xatirəsi Azərbaycan elmi üçün örnək olaraq daim yaşayacaq.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:287
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 Noyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri