Icma.az
close
up
RU
Şimal Cənub Dəhlizi: Azərbaycan üçün iqtisadi fürsətlər və artan ticarət

Şimal Cənub Dəhlizi: Azərbaycan üçün iqtisadi fürsətlər və artan ticarət

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tərəfdaş ölkələr “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaların həcminin artırılmasına çalışırlar. 

Sfera.az xəbər verir ki, 2025-ci ilin yanvarın 28-də Moskvada Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin görüşü zamanı da bu məsələ müzakirə ediləcək. 
IRNA-nın məlumatına görə, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan və İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasında bu haqda danışıb. Onun sözlərinə görə, tərəflər “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşımaların həcmini 15 milyon tona çatdırmağı hədəfləyirlər.

“Ümid edirəm ki, yanvarın 28-də Moskvada keçiriləcək görüşdə hər üç ölkə Şimal-Cənub dəhlizi çərçivəsində tranzit fəaliyyətinin inkişafı ilə bağlı müvafiq razılaşmalar əldə edəcək”, - F.Sadiq bildirib.

Xatırladaq ki, Şimal-Cənub dəhlizi 2021-ci ildən işə salınıb. 

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın qoşulduğu ikinci mühüm dəmir yol layihəsidir. Şərq-Qərb layihəsi (“Böyük İpək Yolu”) çərçivəsində çəkilən Bakı-Tiflis-Qars dəmir yol xətti ilə Azərbaycan Çindən Avropanın mərkəzinə uzanan layihənin iştirakçısına çevrilib. Artıq səkkizinci ildir ki, bu xətt üzrə mütəmadi yüklər daşınır. 

Şimal-Cənub layihəsi isə Hindistandan Avropanın Helsinki limanınadək olan 5200 kilometrlik dəmir yolu xəttidir. Bu xətlə yüklərin daşınma müddəti 45 gündən 20 günədək azalıb, məsafə isə təxminən 3 min kilometr qısalıb. Buna görə də xəttin mövcud olması dəmir yolu daşımalarında böyük hadisədir.

Dəmir yol xətti İran, Azərbaycan və Rusiyadan keçir. Azərbaycan və Rusiya hissəsində bütün işlər tamamlanıb. Amma İranla bağlı işləri tam yekunlaşdırmaq mümkün olmayıb. İran dəmir yol xətti Qəzvin-Rəşt-Ənzəli-Astara marşrutu ilə Azərbaycanın dəmir yolu xəttinə qoşulacaq. Bu xətt üzrə işlər artıq tamamlanıb. Lakin Fars körfəzindən Astaraya qədər dəmir yolu xətti yoxdur. Birbaşa xətt olmadığından yüklər mərhələli şəkildə və daha uzun yol qət etməklə daşınır. İran hökuməti birbaşa xəttin çəkilməsini planlaşdırır və bu məqsədlə kredit cəlb etməyi də düşünür. 

Bəs, Şimal-Cənub layihəsi üzrə daşımaların artmasının Azərbaycan üçün əhəmiyyəti nədir? 

Xətt üzrə daşımaların artması ilk növbədə Azərbaycan və İran arasında ticarətin həcmini artıracaq. İki ölkə arasında illik ticarət dövriyyəsinin həcmi 580 milyon dolları təşkil edir. İran-Azərbaycan dəmir yolu şəbəkəsinin birləşməsi ilə bu, 2 milyard dollaradək artacaq. 

Azərbaycan eyni zamanda beynəlxalq yük daşımalarından böyük qazanc əldə edəcək. Son illərdə Hindistanla Avropa ölkələri arasında xarici ticarət əməliyyatlarının həcmi artır.

2023-cü ilin məlumatına əsasən, Hindistanın ixracı 432 milyard dollar, idxalı 570 milyard dollardır. Hindistanın əsas ticarət tərəfdaşları arasında Avropa ölkələri də var. Bu ölkələrlə olan ticarət cəmi ticarətin 10 faizini formalaşdırıb. 


Proqnozlara görə gələcəkdə Hindistanla Avropa ölkələri arasında ticarət daha da böyüyəcək. Bu imkan Şimal-Cənub dəhlizi üzrə Azərbaycan vasitəsilə daha çox yüklərin daşınmasına şərait yaradacaq. 

Vasif
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri