Şimal Qərb bölgəsində qazın verilişi hələ bərpa olunmayıb Sakinlər NARAHATDIRLAR
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün səhər saatlarından Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında qazın verilişi dayandırılıb.
Bizim.Media-nın yerli bürosu Zaqatala Regional Qaz İstismar İdarısinə istinadən xəbər verir ki, Şirvan suvarma kanalının yenidən qurulması məqsədilə “Yevlax–Şəki–Balakən” yüksək təzyiqli magistral qaz kəmərində aparılan texniki işlər səbəbindən adı çəkilən rayonlarda qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Sakinlərin sözlərinə görə, bu saatlara kimi qazın verilişi bərpa olunmayıb.
Nəticədə bölgədə elektrik enerjisinə təlabat dəfələrlə artıb, yüklənmələri çoxaldıqca elektrik enerjisinin də keyfiyyəti aşağı düşür. Mənzillərdə soyuducu və digər zəruri elektrik avadanlıqlarının işləməsi getdikcə çətinləşib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 15 Oktyabr 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















