Icma.az
close
up
RU
Şimalda tarixi gecə: “Nyukasl” “Barselona”ya qarşı in İCMALI

Şimalda tarixi gecə: “Nyukasl” “Barselona”ya qarşı in İCMALI

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu axşam “Nyukasl” öz tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsində meydana çıxacaq. Rəqib isə Avropa futbolunun nəhəngi, turnirin favoritlərindən sayılan “Barselona”dır. “Qarabağ”ı pley-off mərhələsində ümumi hesabda 9:3 hesabı ilə keçən ingilislər, indi daha çətin sınaq qarşısındadırlar.

İdman.Biz martın 10-da keçiriləcək bu möhtəşəm oyunun maraqlı detallarını və komandaların son durumunu təqdim edir.

“Nyukasl” - “Barselona” dueli sadəcə bir futbol matçı deyil, həm də iki fərqli futbol fəlsəfəsinin toqquşmasıdır. Bir tərəfdə son illərin ən sürətli böyüyən layihəsi, digər tərəfdə isə öz DNA-sını yenidən bərpa etməyə çalışan dünya nəhəngidir.

“Nyukasl” öz meydanında rəqibə nəfəs almağa imkan verməyən “qəddar” pressinq tətbiq edən komandadır. Buna görə də düşünmək olar ki, onlar müdafiə xəttini çox öndə quraraq, “Barselona”nın yarımmüdafiəçilərinin üzərində fiziki təzyiq yaradacaqlar. Haunun əsas hədəfi topu rəqibdən mərkəz xəttində qoparıb, dərhal Vissa və ya Qordonla sürətli hücuma keçməkdir.

Klassik “Barselona”dan fərqli olaraq, Hansi Flik isə topu boş-boşuna gəzdirməyi sevmir. O, topu qazanan kimi ən qısa yolla rəqib qapısına getməyi tələb edir. Bu oyunda “Barselona”nın əsas silahı “Nyukasl”ın müdafiə arxasında buraxdığı boşluqlar olacaq. Lamin Yamalın fərdi bacarığı bu boşluqları cəzalandırmaq üçün kifayətdir.

Hər iki komandada zədələr var

Eddi Haunun komandası ciddi itkilərlə üzləşib. Bruno Gimarayeş, Fabian Şer, Emil Kraft və Lyuis Mayli zədə səbəbindən bu axşam komandalarına kömək edə bilməyəcəklər. Lakin Sandro Tonali və Nik Voltemadenin geri dönüşü azarkeşləri sevindirir. Bu mövsüm turnirdə 10 qol vuran Entoni Qordonun start heyətində yer alacağı gözlənilir.

Kataloniyalıların da itkiləri az deyil. Frenki de Yonq, Jul Kunde və Alexandro Balde heyətdən kənardadırlar. Qavinin diz zədəsindən sonra bərpa prosesi davam edir. Hücum xəttində isə əsas diqqətlər Robert Levandovski və Rafinyanın üzərində olacaq.

Açar oyunçuların mübarizəsi

Oyunun ürəyi Tonali - Pedri dueli ilə döyünəcək. Tonalinin sərtliyi və oyunu qurma qabiliyyəti, Pedrinin zərif ötürmələri və boşluq tapmaq istedadı ilə qarşı-qarşıya gələcək. Kim mərkəzə nəzarət etsə, tempi o diktə edəcək.

Gənc müdafiəçi Kubarsi üçün Qordonun sürəti və çevikliyi böyük sınaq olacaq. Qordonun cərimə meydançası daxilindəki hərəkətliliyi “Barselona” müdafiəsini sarsıda bilər.

Rafinya faktoru da unudulmamalıdır. Qrup mərhələsindəki performansından sonra Rafinya “Nyukasl” müdafiəsi üçün “bir nömrəli təhlükə”dir. Onun sol cinahdan mərkəzə qaçışları rəqib qapıçı üçün çətin anlar yaşadacaq. Baxmayaraq ki, “Atletik”lə oyunda Rafinya heç nə ilə yadda qalmamışdı.

Zəif nöqtələr: Hardan zərbə dəyə bilər?

“Nyukasl” heyətdəki bəzi oyunçuların pley-off təcrübəsinin az olması gərgin anlarda səhvlərə yol aça bilər. Xüsusən də oyunun son 15 dəqiqəsində konsentrasiyanın düşməsi “Barselona” kimi rəqib üçün hədiyyədir.

“Barselona”da isə çatışmazlıq standart vəziyyətlərdir - künc zərbələri, cərimə zərbələri. “Nyukasl” hava toplarında və fiziki mübarizədə daha üstündür. Botman kimi hündürboylu müdafiəçilər standart vəziyyətlərdə “Barselona” üçün ciddi təhlükədir.

Böyük ehtimalla, biz ilk 15-20 dəqiqədə “Nyukasl”ın üstün tempini görəcəyik. Azarkeş dəstəyi ilə onlar rəqibi sarsıtmağa çalışacaqlar. Əgər kataloniyalılar bu fırtınaya tab gətirib topa nəzarəti ələ ala bilsələr, oyunun gedişatını öz xeyirlərinə dəyişəcəklər.

Maraqlı faktlar və statistika

Lamin Yamal üçün bu oyun statistika cəhətdən tarixi əhəmiyyət daşıyır. Belə ki, gənc ulduz bu axşam meydana çıxsa, Çempionlar Liqasında 30 oyuna çatan ən gənc futbolçu kimi tarixə düşəcək.

“Nyukasl” isə Çempionlar Liqasında son beş oyundur məğlub olmur və bu, klub üçün rekord göstəricidir.

“Barselona”nın ingilis fobiyası yoxdur. Kataloniyalılar İngiltərə təmsilçiləri ilə keçirdikləri son 12 pley-off qarşılaşmasının 10-da qalib gəliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Mart 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri