Icma.az
close
up
RU
“Şimali Azərbaycanın XIX XX əsrin əvvəlləri tarixinin araşdırılmasında yeni meyillər” dəyirmi masa

“Şimali Azərbaycanın XIX XX əsrin əvvəlləri tarixinin araşdırılmasında yeni meyillər” dəyirmi masa

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 8 oktyabr, AZƏRTAC

AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Şimali Azərbaycanın XIX–XX əsrin əvvəlləri tarixinin araşdırılmasında yeni meyillər” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev XIX əsrin əvvəllərindən etibarən Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının bölgənin siyasi, iqtisadi, sosial və mədəni inkişafında köklü dəyişikliklərə səbəb olduğunu söyləyib. Bildirib ki, həmin dövr yalnız işğal və idarəçilik aspektindən deyil, həm də milli özünüdərk, ictimai-siyasi hərəkatların formalaşması və maarifçilik ideyalarının yayılması baxımından xüsusi əhəmiyyət daşıyır.

İlqar Niftəliyev son illərdə arxivlərin açılması və yeni sənədlərin elmi dövriyyəyə daxil edilməsinin həmin dövrün daha dərindən və obyektiv şəkildə öyrənilməsinə imkan yaratdığını vurğulayıb. Qeyd edib ki, uzun illər ərzində təhrif edilmiş və ya siyasi sifarişlər əsasında təqdim edilmiş faktlar indi daha real və sənədlərə əsaslanan şəkildə tədqiq olunur.

O bildirib ki, postkolonial yanaşmaların Azərbaycan tarix elminə təsiri də getdikcə artır. Çar Rusiyası və daha sonra sovet rejimi dövründə yürüdülən siyasətin milli kimlik və mədəniyyətə təsiri bu gün daha geniş müzakirə edilir. Bu tarixi mərhələ həm də milli özünüdərkin və ziyalı təbəqəsinin formalaşması dövrü kimi xarakterizə olunur. Həmin dövrdə yaranan milli ideyalar, siyasi təşkilatlar və maarifçilik hərəkatı sonrakı mərhələlərdə Azərbaycanın müstəqillik ideyasının təməlini qoyub.

İclasda “XIX–XX əsrin əvvəlləri tarixinə dair yeni araşdırmalar”, “Şimali Azərbaycan sənayesinin XIX–XX əsrin əvvəlləri tarixinə dair yeni araşdırmalar” və “XIX–XX əsrin əvvəlləri Şimali Azərbaycan mətbuatının tarixinə yeni baxışlar” adlı məruzələr dinlənilib.

Qeyd olunub ki, son illərdə Şimali Azərbaycanın XIX–XX əsrin əvvəlləri tarixinin araşdırılmasında bir sıra yeni elmi tendensiyalar müşahidə olunur. Ən mühüm meyillərdən biri “mikrotarixi yanaşma”nın güclənməsidir. Bu yanaşma çərçivəsində tədqiqatçılar kənd və qəsəbələrin gündəlik həyatı, ailə və sosial münasibətləri kimi məsələlərə xüsusi diqqət yetirirlər.

Arxiv materiallarından istifadənin həcmi də xeyli artıb. Rusiya imperiyası dövrünə aid dövlət və şəxsi sənədlər tədqiqatçılara bölgənin tarixini həm rəsmi, həm də adi insanların baxış bucağından öyrənməyə imkan verir.

Son illərdə sənaye, kənd təsərrüfatı, ticarət, sosial təbəqələşmə və əmək münasibətləri də sistemli şəkildə tədqiq olunur. Multidisiplinar yanaşmaların tətbiqi, milli kimlik və mədəniyyət tarixinin araşdırılması, rəqəmsal arxivlərin istifadəsi bu sahədə aparılan tədqiqatlara kompleks və innovativ yanaşmanı təmin edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri