Icma.az
close
up
RU
Şimali Kiprdə “Türk dünyasının gənc gücü: Bir millət, üç dövlət vizyonu” adlı tədbir keçirilb

Şimali Kiprdə “Türk dünyasının gənc gücü: Bir millət, üç dövlət vizyonu” adlı tədbir keçirilb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 may, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ev sahibliyi ilə “Türk dünyasının gənc gücü: Bir millət, üç dövlət vizyonu” mövzusunda konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasından (YAP) məlumat verilib. Bildirilib ki, tədbirə Yeni Azərbaycan Partiyasından, Türkiyənin Ədalət və İnkişaf Partiyasından (AK Parti) və ŞKTC-nin Ulusal Birlik Partiyasından (UBP) gənclər qatılıblar.

Açılış mərasimində çıxış edən ŞKTC-nin Prezidenti Ersin Tatar Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinin prioritet olduğunu bildirərək, bu istiqamətdə həyata keçirilən fəaliyyətin əhəmiyyətini qeyd edib. Xalqlarımızı ortaq dəyərlərin birləşdirdiyini söyləyən Ersin Tatar konfransın gənclər arasında səmərəli fikir mübadiləsinin aparılması baxımından önəmini nəzərə çatdırıb.

ŞKTC-nin Baş naziri, Ulusal Birlik Partiyasının sədri Ünal Üstel isə çıxışında üç ölkənin müştərək hədəflərinin reallaşdırılmasında gənclərin rolunu vurğulayıb. O, YAP, AK Parti və UBP arasında imzalanmış üçtərəfli Anlaşma Memorandumunun önəminə toxunaraq, hakim partiyaların gənclərini bir araya gətirən “Bir Millət, Üç Dövlət Gənclik Düşərgəsi” layihəsinin birgə fəaliyyət və təcrübə mübadiləsinin təşviqi xüsusunda əhəmiyyətini qeyd edib.

Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, hər üç ölkənin gənclərinin ortaq məqsədlər ətrafında birləşməsi müstəsna əhəmiyyətə malikdir: “Bu gün Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətindən olan gənclərin bir araya gəlməsi liderlərimizin siyasi iradəsinin nəticəsi, partiyalarımız arasındakı səmimi dostluq münasibətlərinin təzahürüdür. Biz bu birliyi yeni ideya və təşəbbüslərlə daha da gücləndirərək gələcəyə daşımalıyıq”, - deyə o bildirib.

Ulusal Birlik Partiyasının Baş katibi Oğuzhan Hasipoğlu, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin üzvü Ahmet Savaşan, UBP-nin Gənclik Qollarının təmsilçisi Mahmud Hüdaverdi, Türkiyənin Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının rəhbəri Yusuf İbiş və Türkiyə Böyük Millət Məclisinin üzvü Zəhranur Aydəmirin də çıxış etdikləri konfrans panel sessiyaları ilə işini davam etdirib.

Daha sonra müxtəlif mövzularda təşkil olunan dəyirmi masalarda hakim partiyaların gənclər təşkilatları arasında birgə fəaliyyətin gücləndirilməsi ilə əlaqədar müzakirələr aparılıb.

Sonda konfrans iştirakçılarına təşəkkürnamələr təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri