Icma.az
close
up
RU
“Türk dünyasının gənc gücü: Bir millət, üç dövlət vizyonu” mövzusunda konfrans keçirilib

“Türk dünyasının gənc gücü: Bir millət, üç dövlət vizyonu” mövzusunda konfrans keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 may, AZƏRTAC

Mayın 20-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ev sahibliyi ilə Yeni Azərbaycan Partiyası (YAP), Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) və ŞKTC-nin Ulusal Birlik Partiyasını (UBP) təmsil edən gənclərin iştirakı ilə “Türk dünyasının gənc gücü: Bir millət, üç dövlət vizyonu” mövzusunda konfrans keçirilib.

Yeni Azərbaycan Partiyasından AZƏRTAC-a bildirilib ki, açılış mərasimində çıxış edən ŞKTC-nin Prezidenti Ersin Tatar Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinin mühüm prioritet olduğunu qeyd edib bu istiqamətdə həyata keçirilən fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb. Türkiyə, Azərbaycan və Şimali Kipr Türk xalqlarını ortaq dəyərlərin birləşdirdiyini söyləyən Ersin Tatar konfransın gənclər arasında səmərəli fikir mübadiləsinin aparılması baxımından önəmini vurğulayıb.

ŞKTC-nin Baş naziri, Ulusal Birlik Partiyasının sədri Ünal Üstel isə çıxışında hər üç ölkənin müştərək hədəflərinin reallaşdırılmasında gənclərin rolunu vurğulayıb. O, YAP, AK Parti və UBP arasında imzalanmış üçtərəfli Anlaşma Memorandumunun önəminə toxunaraq hakim partiyaların gənclərini bir araya gətirən “Bir millət, üç dövlət gənclik düşərgəsi” layihəsinin birgə fəaliyyət və təcrübə mübadiləsinin təşviqi baxımından əhəmiyyətini qeyd edib.

Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, hər üç ölkənin gənclərinin ortaq məqsədlər ətrafında birləşməsi müstəsna əhəmiyyətə malikdir: “Bu gün Azərbaycandan, Türkiyədən və Şimali Kipr Türk Cümhuriyyətindən olan gənclərin bir araya gəlməsi liderlərimizin siyasi iradəsinin nəticəsi, partiyalarımız arasındakı səmimi dostluq münasibətlərinin təzahürüdür. Biz bu birliyi yeni ideya və təşəbbüslərlə daha da gücləndirərək gələcəyə daşımalıyıq”.

Ulusal Birlik Partiyasının Baş katibi Oğuzhan Hasipoğlu, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin üzvü Ahmet Savaşan, UBP-nin Gənclik Qollarının təmsilçisi Mahmud Hüdaverdi, Türkiyənin Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının rəhbəri Yusuf İbiş və Türkiyə Böyük Millət Məclisinin üzvü Zəhranur Aydəmirin də çıxış etdikləri konfrans panel sessiyaları ilə öz işini davam etdirib.

Daha sonra müxtəlif mövzularda təşkil olunan dəyirmi masalarda hakim partiyaların gənclər təşkilatları arasında birgə fəaliyyətin gücləndirilməsi ilə əlaqədar müzakirələr aparılıb.

Sonda konfrans iştirakçılarına təşəkkürnamələr təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see198

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see187

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see163

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see141

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see140

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see138

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see130

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see130

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see129

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see128

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see128

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see125

3 cü MDB Oyunlarında günün proqramı

05 Oktyabr 2025 11:00see124

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see123

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see121

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri