Icma.az
close
up
RU
Şimali Kiprdən Nyu York görüşü ilə bağlı EKSKLÜZİV AÇIQLAMA

Şimali Kiprdən Nyu York görüşü ilə bağlı EKSKLÜZİV AÇIQLAMA

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMT-nin Nyu-Yorkdakı baş qərargahında Kipr məsələsinə dair 5+1 formatında (Türkiyə, Yunanıstan, Böyük Britaniya, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC), yunan Kipri və BMT) iki günlük qeyri-rəsmi görüş keçirilib. Geniş tərkibdə danışıqlar BMT-nin Baş katibi Antoniu Quterreşin adından verilən rəsmi naharla başlayıb. Müzakirələrdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Türkiyənin xarici işlər naziri Hakan Fidan da yer alıb.

Türkiyənin XİN rəhbəri Ankaranın Kipr məsələsinin həlli ilə bağlı dialoqdan gözləntilərini bölüşüb.

“Türkiyə Kipr türklərinin hüquqlarının pozulduğu heç bir formulu qəbul etmir. Ankara danışıqlardan heç vaxt yayınmayıb və çox konstruktiv mövqe nümayiş etdirir”, – deyə Fidan adada mövcud reallıqların tanınmasının Kiprin hər iki xalqının maraqlarına cavab verəcəyinə əminliyini ifadə edib.

O, həmçinin tərəfləri qarşılıqlı faydalı həll yolları üzərində işləməyə çağırıb.

Məlumat üçün bildirək ki, görüşün bir saat çəkəcəyi nəzərdə tutulsa da, danışıqlar uzun sürüb. Görüşün nə üçün uzandığına dair jurnalistlərin sualını cavablandıran Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis müzakirələrin maraqlı alındığını söyləyib. BMT-nin Baş katibi Antonio Quterreş isə Kipr məsələsinin nizamlanması ilə bağlı danışıqların irəliləməsi üçün icmalararası etimadın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Nyo-York görüşünün Şimali Kipr Türk Cümhuriyyəti üçün əhəmiyyətinə gəlincə, Prezident Ersin Tatarın xüsusi müşaviri Gökhan Güler Modern.az-a eksklüziv açıqlama verib. O bildirib ki, Prezident Ersin Tatar Nyu-Yorka müsbət, konstruktiv və gələcəyə hesablanmış gündəmlə səfər edib və məqsədi mart ayında Cenevrədə BMT Baş katibinin iştirakı ilə razılaşdırılan təşəbbüsləri irəli aparmaqla yanaşı, həm də Kipr Türk və Rum xalqları arasında əməkdaşlıq mədəniyyətinin yaradılmasına və etimadın qurulmasına töhfə verəcək yeni təşəbbüslər təqdim etmək olub.

"Kipr məsələsinin federal həllinin masadan kənarda qaldığı bir vaxtda Şimali Kipr prezidentliyinə namizədliyini irəli sürən cənab Ersin Tatar Kipr türk xalqının bərabər və təbii hüquqlara malik olduğunu bildirərək, “suveren bərabərlik və bərabər beynəlxalq status” əsasında iki dövlət arasında əməkdaşlığa əsaslanan barışıq və dialoqa dair yeni baxışını təqdim edib", - G.Gülər qeyd edib.

Bundan sonraki proseslərlə bağlı dövlət başçısının fikirlərini saytımızla bölüşən G.Güler qeyd edib:

"Kiprdə ümumi zəmin yaranana və rəsmi danışıqlar başlayana qədər hər iki tərəfin xeyrinə olacaq, tərəflər arasında münasibətləri yaxşılaşdıracaq, iki xalqın birgə yaşayışını asanlaşdıracaq məsələlər gündəmə gətirilib.

İllərdir ki, BMT çətiri altında həll yolu tapmaq cəhdləri Yunan Kipri tərəfinin maksimalist və təktərəfli mövqeyi səbəbindən uğursuzluqla nəticələnib. Kipr türk xalqı artıq Yunan Kiprinin qəyyumluğunu qəbul etməyəcək. Biz öz dövlətimizi qurmuşuq və öz yolumuzu müəyyən etmişik. Prezidentimizin dediyi kimi, Kiprdə davamlı həll iki dövlətin suveren bərabərliyinə və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq modeli vasitəsilə mümkündür.

Suveren bərabərliyimiz və bərabər beynəlxalq mövqeyimiz qəbul olunmayana qədər rəsmi danışıqlar prosesinə girməyəcəyik, çünki 50 il əvvəl federasiyaya yönəlmiş bütün səylər nəticəsiz qalıb və heç bir nəticə verməyib. Xoşbəxtlikdən bu siyasət indi möhkəm qurulub. Yunan Kiprinin rəhbərliyinin Cenevrə görüşündən sonra Şimali Kiprdəki mülkə əsaslanan cinayət əməlləri iki xalq arasında münasibətləri korlayıb və iqtisadiyyatımıza zərər vurmağa yönəlib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 İyul 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri