Icma.az
close
up
RU
Şimali Makedoniya Azərbaycan qazının başqa Avropa bazarlarına çıxışı üçün tranzit marşrutu ola bilər Nazir

Şimali Makedoniya Azərbaycan qazının başqa Avropa bazarlarına çıxışı üçün tranzit marşrutu ola bilər Nazir

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şimali Makedoniya Azərbaycan qazının başqa Avropa bazarlarına tranzit marşrutu olmaq potensialına malikdir.

Bunu Trend-ə Şimali Makedoniyanın energetika, dağ-mədən sənayesi və təbii sərvətlər naziri Sanya Bojinovska Cənub Qaz Dəhlizi üzrə Məşvərət şurasının aprelin 4-də Bakıda keçiriləcək iclası ərəfəsində verdiyi özəl müsahibədə bildirib.

"Şimali Makedoniya Cənub Qaz Dəhlizini təbii qaz tədarüklərinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və daha dayanıqlı enerji sistemlərinə keçidin sürətləndirilməsi baxımından strateji əhəmiyyətli layihə kimi nəzərdən keçirir. Bu kontekstdə Şimali Makedoniya Cənub Qaz dəhlizi çərçivəsində Azərbaycan və başqa tərəfdaşlarla əməkdaşlığı möhkəmləndirməyə və həm milli, həm də regional səviyyələrdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində konkret addımlar atmağa hazırdır", - deyə o bildirib.

Nazir qeyd edib ki, Şimali Makedoniya qaz tədarükü mənbələrinin şaxələndirilməsinə güclü dəstək göstərir və Azərbaycan etibarlı tədarükçü kimi bu baxımdan önəmli rol oynayır.

"Bu, bizim ölkə üçün son dərəcə vacibdir, belə ki, bu, təkcə bizim enerji təhlükəsizliyimizi və müstəqilliyimizi möhkəmləndirmir, həm də qaz infrastrukturunun inkişafı və təbii qazdan istifadənin genişləndirilməsi üçün yeni perspektivlər yaradır. Bu hədəflərə çatmaq üçün Şimali Makedoniya önəmli infrastruktur layihəsi - Yunanıstanla qaz interkonnektorunun başa çatdırılması istiqamətində aktiv şəkildə iş aparır. Sözügedən layihə Aleksandropolisdəki sıxılmış təbii qazın (STQ) terminala çıxışını və Trans-Adriatik Qaz Kəməri ilə (TAP) Azərbaycan qazının əlçatanlığını təmin edəcək.

Eyni zamanda, ölkədaxili qazpaylama şəbəkəsinin genişləndirilməsi işləri aparılır ki, bu da qazın daha geniş çevrədə istifadəsini və daha yüksək səmərəliliyi təmin etmiş olacaq", - deyə Bojinovska qeyd edib.

O vurğulayıb ki, Şimali Makedoniya regional enerji bazarında əhəmiyyətli oyunçu olmaq və əlaqəliliyin yaxşılaşdırılması və enerji təchizatının təmin olunmasına yönəlmiş təşəbbüslərdə fəal tərəfdaş kimi çıxış etmək istəyir.

"Balkanlardakı coğrafi mövqeyini nəzərə alaraq, Şimali Makedoniyanın Azərbaycan qazının digər Avropa bazarlarına tranzit marşrutu olmaq üçün potensialı var. Ölkə enerji təchizatının sabit, əlçatan və davamlı şəkildə təmin olunması məqsədilə Avropa İttifaqı və Cənub-Şərqi Avropa tərəfdaşları ilə əməkdaşlığı gücləndirmək niyyətindədir və gələcək qaz şəbəkəsi inkişafı layihələrində iştirak etməyə hazırdır.

Təbii qazın qalıq yanacaq olmasına baxmayaraq, Şimali Makedoniya onu enerji keçidi mənbəyi kimi nəzərdən keçirir və bu mənbə ilə birgə istehsal edən qaz elektrik stansiyalarının inkişafı vasitəsilə elektrik enerjisi istehsalında kömürdən asılılığı azaltmaq və eyni zamanda, bərpa olunan enerji mənbələrinin gücünü artırmaq məqsədini güdür", - deyə Şimali Makedoniyanın energetika naziri bildirib.

O, Cənub Qaz Dəhlizinin Məsləhət Şurasının qarşıdakı iclasında Şimali Makedoniyanın regional enerji bazarının daha rəqabətədavamlı və sabit hissəsi olmağa sadiq olduğunu bir daha təsdiqləyəcəyini və eyni zamanda, regionun enerji təchizatının gələcəyinin formalaşdırılmasının fəal iştirakçısı olacağını vurğulayıb.

"Ölkə enerji əlaqəliliyinin yaxşılaşdırılması təbii qaz tədarükü təhlükəsizliyinin gücləndirilməsi və yaşıl keçid prosesinin dəstəklənməsinə yönəlmiş konkret mövqelər və təşəbbüsləri ortaya qoyacaq. Müzakirələr TAP qaz kəməri və Cənub Qaz Dəhlizi çərçivəsində alternativ marşrutlar vasitəsilə Azərbaycanla uzunmüddətli qaz təchizatı sazişlərinin imzalanması imkanlarına, həmçinin, sabit və rəqabətədavamlı qiymətlərin təmin olunmasına yönəldiləcək.

Bundan savayı, Yunanıstanla qaz interkonnektorunun strateji əhəmiyyəti vurğulanacaq ki, bu da Aleksandropolisdən sıxılmış təbii qaz və TAP vasitəsilə Azərbaycan qazı daxil olmaqla, müxtəlif qaz mənbələrinə çıxışı təmin edəcək. Şimali Makedoniya bu layihənin başa çatdırılmasına sadiqliyini bir daha təsdiqləyəcək və onun əməli tətbiqi üçün dəstək axtaracaq", - deyə nazir bildirib.

Bojinovska əlavə edib ki, Qərbi Balkanlar üçün şaxələndirmə və enerji təhlükəsizliyinin əhəmiyyətini nəzərə alaraq, Şimali Makedoniya Cənub-Şərqi Avropa ölkələri arasında qaz təchizatı üçün regional əlaqələndirmə platformasının yaradılması imkanını nəzərdən keçirməyi təklif edəcək.

"Bu təşəbbüs regional enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına və infrastruktur layihələrinin daha yaxşı sinxronlaşdırılması vasitəsilə nəqliyyat və təchizat imkanlarının optimallaşdırılmasına yönəlib. Şimali Makedoniya həm elektrik enerjisi istehsalında, həm də sənaye və yaşayış sektorlarında qazın daha səmərəli istifadəsini təmin edəcək layihələrin həyata keçirilməsini dəstəkləyəcək", - deyə o bildirib.

Nazir vurğulayıb ki, Şimali Makedoniya Cənub Qaz Dəhlizini Avropada təbii qazın enerji təhlükəsizliyinin, sabitliyinin və təchizatın şaxələndirilməsinin təmin edilməsi üçün strateji əhəmiyyətli təşəbbüs kimi nəzərdən keçirir.

"Qaz infrastrukturunu fəal şəkildə inkişaf etdirən, regional və Avropa qaz şəbəkələrinə inteqrasiya olunan ölkə kimi Şimali Makedoniya bu təşəbbüsün gələcək inkişafının dəstəklənməsində aydın bir baxışa malikdir. İnfrastruktur investisiyaları, uzunmüddətli sazişlər, regional əməkdaşlıq və enerji keçidinə dəstək vasitəsilə ölkə həm regionun, həm də daha geniş Avropa Birliyinin maraqları naminə sabit, təhlükəsiz və davamlı enerji bazarının yaradılmasına töhfə verməyə çalışır", - deyə Bojinovska bildirib.

O qeyd edib ki, Şimali Makedoniyanın Cənub Qaz Dəhlizinin gücləndirilməsinə töhfə verə biləcəyi əsas yollardan biri milli qaz infrastrukturu və qonşu ölkələrlə qarşılıqlı əlaqələrin inkişafına yatırılan investisiyalardır.

"Bu istiqamətdə əsas layihə Yunanıstanla olan qaz interkonnektorudur ki, TAP-la nəql olunan təbii qaza və Aleksandropolisdəki STQ terminallarına çıxışı təmin edəcək. Bu layihə Şimali Makedoniyanı Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazı və digər mənbələr üçün aktiv istehlakçı və potensial paylayıcı mərkəz mövqeyinə çıxaracaq. Bundan əlavə, sənaye, ev təsərrüfatları və dövlət sektoru üçün sabit təchizatı təmin etmək məqsədilə milli qazpaylama şəbəkəsinin inkişafı əsas prioritet məsələ olaraq qalır. Bu, həmçinin, ən azı iki yeni kogenerasiya qaz elektrik stansiyasının inşasına və neftlə işləyən mövcud elektrik stansiyasının qazla işləyən stansiyaya çevrilməsinə imkan verəcək", - deyə nazir əlavə edib.

O qeyd edib ki, Şimali Makedoniya Azərbaycanla qaz tədarükləri ilə bağlı uzunmüddətli müqavilələr bağlamağa və beləcə, etibarlı və rəqabətədavamlı enerji mənbələrini təmin etməyə can atır.

"Bakıda keçirilən görüşdəki müzakirələrdə Şimali Makedoniya Azərbaycandan olan tərəfdaşları ilə əməkdaşlığa və Cənub Qaz Dəhlizi vasitəsilə əmavə qaz həcminin tədarükü imkanlarını təqdiq etməyə hazır olduğunu vurğulayacaq.

Şimali Makedoniyanın bərpaolunan enerji mənbələrinin inkişafı kursuna sadiqliyinə baxmayaraq, təbii qaz əsas keçid səciyyəli enerji mənbəyi olaraq qalmaqdadır. Təbii qaza çıxışın genişləndirilməsi elektrik enerjisi istehsalında daş kömürdən asılılığın azalmasına kömək edəcək ki, bu da istixana qazlarının ixtisarı və iqlimlə bağlı hədəflərə çatmaq baxımından önəm kəsb edir", - deyə Bojinovska vurğulayıb.

Nazir, həmçinin, Şimali Makedoniya və Azərbaycanın COP29 sammiti çərçivəsində Bakıda əməkdaşlıq haqqında memorandum imzaladığını yada salıb.

"İkitərəfli görüşlər zamanı Azərbaycan Şimali Makedoniyaya özünü qazın nəqli üzrə ciddi regional mərkəz kimi mövqeləndirməsinə kömək edə biləcək konkret əməkdaşlıq imkanları təklif edib. Bu, ölkənin enerji gələcəyi üçün strateji əhəmiyyət kəsb edir və həm iqtisadiyyata, həm də vətəndaşlara fayda gətirəcək. Şimali Makedoniya bu təşəbbüsü irəli aparmaqda israrlıdır və beynəlxalq tərəfdaşların dəstəyinə ümid bəsləyir", - deyə o bildirib.

Nazir qeyd edib ki, Azərbaycan təbii qazının təchizatı Şimali Makedoniyanın enerji sektorunun yenidən qurulmasında mühüm rol oynayır və bir sıra əhəmiyyətli üstünlüklər təmin edir.

"Birincisi, bu enerji mənbələrinin şaxələndirilməsini təmin edir, belə ki, Şimali Makedoniya hal-hazırda təbii qaz tədarükü üzrə məhdud imkanlara malikdir. Cənub Qaz Dəhlizi və Yunanıstanla olan qaz interkonnektoru vasitəsilə daxil olan Azərbaycan qazı etibarlı və dayanıqlı alternativ olmaqla təkcə bir tədarükçüdən asılılığı azaltmış olur.

İkincisi, bu tədarüklərin sabitliyi və təhlükəsizliyinə zamindir. Cənub Qaz Dəhlizinə qoşulduqdan sonra Şimali Makedoniya uzunmüddətli enerji sabitliyini təmin etmiş olacaq. Onu da qeyd etmək vacibdir ki, bu daş kömürdən asılılığın azalmasına kömək edəcək və ölkənin enerji keçidi prosesinə dayaq olacaq. Biz təbii qazı elektrik enerjisi istehsalı üçün əsas enerji mənbəyi kimi daş kömürdən imtina prosesində keçid yanacağı olaraq nəzərdən keçiririk.

Bu, həm sənaye, həm də ev təsərrüfatları üçün faydalı olacaq, çünki daha təmiz enerji mənbəyindən istifadə CO₂ tullantılarının azalmasına və hava keyfiyyətinin yaxşılaşmasına töhfə verəcək.Bundan savayı, o, iqtisadi inkişaf üçün bir stimul yaracaq, belə ki, uzunmüddətli əsaslarda təbii qazın əlçatanlığı sənayer və enerji sektoruna yeni investisiyaların cəlb olunmasına vəsilə olacaq. Bütün bu səbəblərə görə Şimali Makedoniya qiymətlərin proqnozlaşdırıla bilməsi və sabitliyinin, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına ciddi şəkildə maraq göstərir", - deyə nazir bildirib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Aprel 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see281

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see212

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see154

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see146

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see133

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see132

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see130

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see130

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see130

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see126

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see126

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see125

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see124

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see123

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see122

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see122

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see122

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see121

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see121

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri