Simonyanla mübahisə etdi, xuliqanlıq maddəsi ilə cinayət işi açıldı
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan parlamentinin spikeri Alen Simonyanla mübahisə edən fəal Mikael Marqaryana qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb.
İstintaq Komitəsi bildirib ki, Daxili İşlər Nazirliyi Polisindən alınan məlumata görə, M.M. 26 mart 2026-cı il tarixində Yerevan şəhərinin Dəmirçiyan küçəsi 1/1 ünvanının yaxınlığında informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək canlı yayımda xuliqanlıq hərəkətləri edib, xüsusən də cəmiyyətə qarşı açıq hörmətsizlik və əxlaq normalarına qarşı açıq şəkildə xor baxan münasibət nümayiş etdirərək söyüş və nalayiq ifadələr işlədib.
Məlumata əsasən, Cinayət Məcəlləsinin 297-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi (informasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq törətmə) ilə cinayət işi başlanıb. İlkin araşdırma aparılır.
Daha əvvəl Simonyan hadisə ilə bağlı çıxış edərək baş verənlərin siyasi qurum tərəfindən təşkil edilmiş təxribat olduğunu qeyd etmişdi.
Ağarza Elçinoğlu
Baxış sayı:170
Bu xəbər 27 Mart 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















