Icma.az
close
up
RU
Zelenskidən Trampa maraqlı təklif Sınaqdan çıxmış dronları ABŞ silahları ilə dəyişmək istəyir...

Zelenskidən Trampa maraqlı təklif Sınaqdan çıxmış dronları ABŞ silahları ilə dəyişmək istəyir...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və bir sıra Avropa ölkələri ilə yeni silah əməkdaşlığına dair açıq mesajlar verib. O, “New York Post” nəşrinə müsahibəsində ABŞ Prezidenti Donald Trampla danışıqlardan bəhs edib və Ukraynanın “döyüşlərdə sınaqdan çıxmış” pilotsuz uçuş aparatlarını (PUA) ABŞ silahları ilə dəyişməyə hazır olduğunu bəyan edib. Mətbuat bu razılaşmanı artıq “meqa-saziş” adlandırır.

Zelenskinin sözlərinə görə, Ukraynanın real müharibə şəraitində sınaqdan keçmiş texnologiyaları ABŞ ordusu üçün ciddi maraq doğurur və bu qarşılıqlı razılaşma həm Kiyev, həm də Vaşinqton üçün faydalıdır. Ukrayna lideri bildirib ki, bu PUA-lar ABŞ-nin arsenalında mütləq yer almalıdır. Bu bəyanat Vaşinqtonun Rusiya və Çinlə texnoloji rəqabət fonunda dron sahəsindəki geriliyi kompensasiya etmək cəhdinə də işarədir.

“New York Post” yazır ki, bu saziş ABŞ-yə pilotsuz uçuş texnologiyaları sahəsində Rusiya və Çinlə texnoloji fərqi azaltmaq imkanı verəcək. Beləliklə, Ukraynanın praktiki təcrübəsi və innovativ həlləri, ABŞ hərbi sənayesindəki sistemlərlə birləşdirilərək daha funksional platformaların yaradılmasına şərait yarada bilər.

Zelenski-Tramp görüşləri fonunda NATO ölkələri də Kiyevə dəstəyini genişləndirir. NATO-nun Avropadakı baş komandanı Aleksus Qrinkeviç bəyan edib ki, Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü maksimum sürətlə həyata keçirilir.

Bu arada Almaniya kansleri Fridrix Merz bəyan edib ki, Ukrayna yaxın zamanda ukrayna-alman birgə istehsalı olan uzaqmənzilli silahlar alacaq. Bu addım həm də Almaniyanın Ukrayna müharibəsində daha fəal rol almağa başladığının göstəricisidir.

ABŞ administrasiyasının Ukraynaya silah transferi fonunda diqqət çəkən bir başqa detal isə İsveçrəyə planlaşdırılmış “Patriot” sistemlərinin tədarükünün təxirə salınmasıdır. İsveçrə Federal Şurasının məlumatına görə, ABŞ hələ 2022-ci ildə sifariş edilmiş 5 “Patriot” sisteminin tədarükünü dayandırıb və bu sistemləri Kiyevə yönəltmək qərarı verib. İsveçrəyə nə zaman çatdırılacağı isə hələlik məlum deyil.

Bu qərar, ABŞ-nin Ukraynaya verdiyi prioriteti və Avropanın neytral dövlətləri ilə münasibətlərdə belə riskə getməyə hazır olduğunu göstərir. Eyni zamanda, bu, NATO-nun Şərq cinahında Ukraynanın hava müdafiəsini tamamlamağa yönəlmiş strateji dəyişiklik kimi dəyərləndirilə bilər.

Zelenskinin təqdim etdiyi yeni əməkdaşlıq modeli, Ukraynanın artıq təkcə yardım alan ölkə deyil, Qərb hərbi sənayesinə məhsul və texnologiya təklif edən tərəfdaş olduğunu göstərir. Bu həm Ukraynanın beynəlxalq nüfuzuna, həm də ABŞ və NATO-nun onunla olan strateji münasibətlərinə yeni məzmun qazandırır.

Hazırkı danışıqlar və PUA-lar qarşılığında silah razılaşması, Ukraynanın müharibə təcrübəsinin texnoloji kapitala və bu ölkənin Qərb üçün bir "hərbi texnologiya laboratoriyasına" çevrildiyini təsdiqləyir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 İyul 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri