Icma.az
close
up
RU
Sinədə, döş sümüyünün arxasında, döş qəfəsində olan ağrılar Kardioloq Validə Ağayeva ürək xəstələrini diqqətli olmağa çağırdı

Sinədə, döş sümüyünün arxasında, döş qəfəsində olan ağrılar Kardioloq Validə Ağayeva ürək xəstələrini diqqətli olmağa çağırdı

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Araşdırmalara görə dünyada insanların 60 faizi  ürəklə bağlı şikayətlərdən sonra həyatını itirir. Son dövrlər ürək xəstəliklərinin gəncləşməsi barədə tez-tez eşidirik. Ürək xəstəliyinin gəncləşməsi səbəbindən ölümün gəncləşməsi sürətlə çoxalıb. Doğrudanmı, ürək xəstəliyi son dövrlərin bəlasına çevrilir? Əsl səbəb nədir, çıxış yolu varmı?

Bu və digər suallara cavab tapmaq üçün Sağlamolun.az  “Baku City Hospital”ın kardioloqu Validə Ağayeva ilə həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik.

- Validə xanım, ən təhlükəli ürək xəstəlikləri hansılardır?

- Ürək xəstəlikləri insann ölümün birinci səbəbidir. Belə bir yazılmamış qanun var ki, sizin hansı nahiyə ilə bağlı olmasından aslı olmayaraq şikayətiniz varsa, bu o deməkdir ki, siz artıq gecikmisiniz. Yəni problem indi başlamayıb, şikayətiniz indi başlayıb. Şikayət başlamazdan əvvəl siz ümumi müayinələrdən keçməliydiniz. Yəni ürək xəstəliyi şikayətiniz varsa, deməli təhlükəli mərhələ başlayıb, çalışmaq lazımdı, bu şikayətlər olmasın.

- Belə çıxır, bütün növ ürək xətəlikləri təhlükəli kateqoriyasına daxildir?

- Öncə qeyd etdiyim kimi, xarakterindən asılı olmayaraq ürək xəstəliyi ağır mərhələyə keçməmiş müayinə və müalicə olunmalıdı. Ən təhlükəli və ən vacib ürək xəstəliyi şikayəti isə sinədə, döş sümüyünün arxasında, döş qəfəsində olan ağrılardır. Bu ağrılar sıxıcı, yandırıcı şəkildə müxtəlif xarakterli ola bilər. Bu ağrılar daha çox hərəkət edəndə, yol qət edəndə baş verir və ürək sıxılması, yanması halları yaşanır. Bir qədər dincəlməklə bu ağrılar keçir. Sadaladığım bu simptomlar artıq ürək simptomudur və çox təhlükəlidir. Artıq bu simptomlarla qarşılaşan insanın qan damarlarında hansısa problem ola bilər. Çox vaxt damar daralmasının əlamətlərindən olur.  Bu zaman gözləmədən həkimə müraciət etmək lazımdır.

- Ürək xəstəliyinin gəncləşməsi barədə fikirləri nə qədər doğru saymaq olar?

-  Ürək xəstəliyinin gəncləşməsi daha çox ətraf mühitə və yaşayış tərzinə bağlıdır. Sosial şəbəkə seqmentinə artan maraq, informasiyanın hədsiz çoxalması, ağrılı xəbərlərin bir-birini sürətlə əvəzləməsi, qida rasionumuzun genişlənməsi və sairə kimi elementlərin yaratdığı gözlənilməzliklərin həyatımıza təsiri təbiidir. Bu cür sıralamaya sprtli və enerji  içkilərinin, siqaretin daimi qəbulu kimi digər “köməkçi” vasitələr də əlavə olunduqda ürək xəstəliyinin nə qədər təhlükəli olduğuna şahidlik edirik. Ona görə xüsusiylə gənclər zərəli vərdişlərdən yayınmalı, ən xırda ağrı hiss etdikdə belə mütləq kardioloqa müraciət etməldir.

- Kardioloq müayinəsi necə olmalıdır, ümumiyyətlə ürək xəstəliyi şikayəti olanlar ilk növbədə hansı müayinələrdən keçirilməlidir?

- İlk növbədə xəstə daxil olanda biz onun mütləq təzyiqini ölçüb, nəbzinə baxırıq. Daha sonra müayinələrdən keçiririk. İlk müayinə ən ucuzu və ən tez həyata keçiriləni EKQ müayinəsidir. Bu müayinə zamanı bəzi dəyişikliklər müəyyən olunur. Amma EKQ bizə 20-30% informasiya verir. Daha sonra EXO müayinəsi və ən vacibi Stress test müayinəsi olunur. Bu müayinə fiziki aktivlik zamanı çəkilən EKQ müayinəsidir. Bu müayinə zamanı biz gizli baş verən ritm problemini, damar daralmasını görə bilirik. Vaxtında bu müayinələrdən keçməklə həyatınızı xilas edə bilərsiniz.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri