Icma.az
close
up
RU
Sinir sistemini necə möhkəmləndirmək olar. TÖVSİYƏLƏR

Sinir sistemini necə möhkəmləndirmək olar. TÖVSİYƏLƏR

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Stress insan həyatının ayrılmaz hissəsidir. Stressiz həyat mümkün deyil. Lakin uzunmüddətli xroniki streslər insan sağlamlığına böyük ziyan vurur.

Xroniki stress ürək-damar, endokrin, mədə-bağırsaq, immun, sinir sisteminin fəaliyytində müxtəlif pozulmalara gətirib çıxardır.

Müasir insanın həyatı streslərlə olduqca zəngindir. Stresdən hər zaman qaçmaq olmur. Lakin sinir sistemi möhkəm olan insan stressin öhdəsindən gələ bilir ki, nəticədə stress onun sağlamlığına dağıdıcı təsir etmir.

Sinir sisteminin möhkəmləndirilməsi üsullarını sizə təqdim edirik.

1. Fiziki aktivlik.

Fiziki aktivlik insanın tək əzələlərini deyil, sinir sistemini də möhkəmləndirir. Stress zamanı insan orqanimində ciddi hormonal dəyişikliklər baş verir, əlavə enerji əmələ gəlir. Bu insan orqanizminin qoruyucu mexanizmidir. Stress baş verdikdə orqanizm qaçmağa, özünü xilas etməyə, vuruşmağa hazırlaşır. Müasir insanlar bunun heç birini etmir və əmələ gəlmiş əlavə enerji orqanizmdə qalaraq onu dağıtmağa başlayır.

Fizki aktivlik, idman sinir-psixiki gərginliyi azaldır, sinir sistemini möhkəmləndirir. Bu xüsusilə əqli fəaliyyəti ilə məşğul olan insanlar üçün vacibdir.

İdmanla məşğul olmağa imkanınız yoxdursa, gün ərzində ən azı 1 saat ərzində açıq havada gəzin.

2. Ziyanlı vərdişlərdən imtina etmək.

Spirtli içkilər və nikotin sinir sisteminə çox mənfi təsir edir. Bu maddələr sinir sistemini qıcıqlandırır, beyinin fəaliyyətini pozur. Həm etanol, həm də nikotin xroniki intoksikasiyaya səbəb olur. Beyin  intoksikasiya qarşı xüsusilə həssasdır.

3. Düzgün qidalanma

Bu da sinir sisteminin sağlamlığı üçün çox vacib olan amillərdən biridir. Natamam qidalanma, müxtəlif balanslaşdırmamış pəhrizlər, aclıq sinir sistemini zəiflədir.

Qidalanmada zülallların kifayət qədər olması sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir. Toyuq əti, soya, lobya, balıq, yumurta, süd məhsulları sinir sisteminin sağlamlığı üçün çox faydalıdır.

Qidalanmada təbii piylərin kifayət qədər olması da çox önəmlidir. Bu maddələr sinir sistemini tonuslaşdırır, onun davamlılığını və iş qabiliyyətini artırır.

Karbohidratlar beyin üçün enerji mənbəyidir. Qidalanmada karbohidratların azalması sinir sisteminin zəiflənməsinə, yuxululuğa, yaddaşın pozulmasına, baş ağrılarına səbəb olur.

Sinir sistemi üçün ən vacib vitaminlər B qrupu vitaminləridir. B qrupu vitaminləri bu kimi məhsullarda var: təbii çörək, noxud, lobya, qarabaşaq, yulaf yarması ("gerkules"), yumurta, qaraciyər, ət, balıq, pendir və s.

4. Rejim

Bizim sinir sistemimiz rejim xoşlayır. Hər gün eyni vaxtda oyanmağa və yatmağa, qida qəbul etməyə çalışın.

Mütləq kifayət qədər yatın və dincəlin. Gecə yuxusu sağlam və möhkəm sinir sisteminin əsas təməlidir. Gecə yuxusu 7 saatdan az olmamalıdır.

Yuxusuzluq və yorğunluq sinir sisteminin ilk düşmənləridir. Bu sinir sisteminin tükənməsinə səbəb ola bilər. Sinir sisteminin tükənməsi isə nevroz, depressiya, panik atak kimi pozulmaların əsas səbəbidir.

5. Xalq təbabəti vasitələri

Bəzi xalq təbabəti vasitələri sinir sistemini çox yaxşı möhkəmləndirir. İlk növbədə bu melissa, çobanyastığı, itburnu, pişikotu kimi bitkilərə aiddir. Hər gün bu bitkilərdən hazırlanmış təbii çaylar için.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see274

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see241

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see239

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see220

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see220

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see216

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see208

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see205

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see203

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see200

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see197

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see197

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see196

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see193

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see192

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see179

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see167

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri