Sinqapurda hər uşağa 55 min dollar veriləcək Hökumətin yeni planı
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Sinqapur hökuməti ölkədə sürətlə azalan doğum səviyyəsini artırmaq məqsədilə ailələr üçün genişmiqyaslı yeni dəstək paketi açıqlayıb.
"AzPolitika" xəbər verir ki, yeni proqram çərçivəsində hər bir Sinqapur vətəndaşı uşağına doğumdan 17 yaşına qədər ümumilikdə təxminən 70 min Sinqapur dolları (55 min ABŞ dolları) məbləğində dövlət dəstəyi göstəriləcək.
Baş nazir Lourens Vonqun açıqladığı yeni paketə əsasən, ailələr uşağın doğumu zamanı 10 min Sinqapur dolları məbləğində birdəfəlik ödəniş alacaq. Uşaq 17 yaşına çatdıqda isə təhsil xərcləri üçün daha 10 min Sinqapur dolları ayrılacaq.
Bundan əlavə, uşaqların təhsili, səhiyyəsi və baxımı ilə bağlı müxtəlif subsidiyalar tətbiq ediləcək, məktəbəqədər yaşda olan uşaqlar üçün bağça xərclərinin də azaldılması nəzərdə tutulur.
Yeni siyasətdə ailələrin mənzil problemi də nəzərə alınıb. Dövlət tərəfindən dəstəklənən mənzillərə müraciət edən ailələrin hər əlavə uşaq üçün mənzil əldə etmək şanslarının artırılması planlaşdırılır.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 25 Avqust 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















