Icma.az
close
up
RU
Siqaret yenə bahalaşdı, niyəsini bilən var? “Dövlət müdaxilə edə bilmir” KONKRET

Siqaret yenə bahalaşdı, niyəsini bilən var? “Dövlət müdaxilə edə bilmir” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycanda siqaret yenidən bahalaşıb. Bütün növ siqaretlər üzrə qiymətlər 10 qəpik artıb. Artıq marketlərdə siqaretlər yeni qiymətlə təklif olunur. “Kent”, “Sobrania”, “Winston” və s. kimi bəzi siqaret markaları bir müddət əvvəl də 20 qəpik bahalaşmışdı.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah” danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, siqaret və alkoqollu içkilərlə bağlı vergilər rahatlıqla artırıla bilir:

“Ümumiyyətlə, siqaret və alkoqollu içkilər dünyada hökumətlərin ən rahat vergisini, aksizini artırdığı sahədir. Bu sosial sahə olmadığından əhalinin böyük bir qismi tərəfindən narazılıqla qarşılanmadığından və sağlam həyat tərzinə təşviqlə əlaqədar olduğundan çətinlik baş vermir. Hətta bəzi fikirlərə görə, qiymət artımı əhalinin siqaret və alkoqollu içkilərdən imtina etməsinə gətirib çıxarır. Bu da sağlam həyat tərzini təşviq edir.

Təbii ki, Azərbaycandakı qiymətlərin böyük hissəsini aksizlər və vergilər təşkil edir. Azərbaycanda siqaret qiymətləri dövlət tərəfindən tənzimlənmir”.

Ekspert qeyd edib ki, dövlətin qiymətlərə müdaxiləsi mümkün deyil:

“Dövlətin müdaxilə edə biləcəyi bir neçə məsələ var. Birinci, satışdan əldə olunan gəlirdən doğru-dürüst aksiz vergisi verilsin, ikinci isə insan sağlamlığı ilə bağlı hansısa təhlükələr olarsa, dövlət müdaxilə edə bilər. Bu 2 formada dövlət müdaxilə edə bilər. Qiymətlərə isə müdaxilə edə bilmir. Etməsi də doğru deyil. Ona görə də, həm istehsalçılar, həm də tədarükçülər, həm də mağazalar öz aralarında sövdələşərək, siqaretin qiymətlərini müəyyən mənada tənzimləyə bilirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Aprel 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see123

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see122

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri