Icma.az
close
up
RU
Siqaretə görə 3 barmağını itirdi FOTOLAR

Siqaretə görə 3 barmağını itirdi FOTOLAR

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Siqaretə gənc yaşlarında başlayan 75 yaşlı türkiyəli Osman Gülay illər sonra bunun ağır nəticələri ilə üzləşib. O, ayağının üç barmağını itirib, ürəyindən əməliyyat olunub. 16 il əvvəl isə siqareti tamamilə tərgidərək həyatını dəyişib.

“Yeni Sabah” xəbər verir ki, Sakaryada yaşayan Osman Gülay hərbi xidmət zamanı siqaret çəkməyə başlayıb. İllər ərzində siqaret səbəbindən damarlarında tutulmalar yaranan Gülayın bədəninin müxtəlif nahiyələrinə laxtalar atılıb. 1988-ci ildə sağ ayağının üç barmağı əməliyyatla amputasiya edilib.

Bundan sonra da siqareti üç dəfə tərgidən, lakin yenidən başlayan Gülayın ürəyində ciddi problemlər yaranıb. 2010-cu ildə aorta qapağının zədələnməsi və ürəyindəki 4 damarın tutulması səbəbilə əməliyyat keçirən Gülayın aorta qapağı dəyişdirilib. Tutulan damarlardan biri açılıb, digər üç damar üçün isə sol ayağından götürülən damarlarla şuntlama əməliyyatı aparılıb. Əkinçiliklə məşğul olan Gülay bütün bu sağlamlıq problemlərindən sonra siqareti öz iradəsi ilə tamamilə tərgidib. pizza

75 yaşlı kişi gənclik illərində çobanlıq edərkən siqaret çəkməyə maraq göstərdiyini, lakin hərbi xidmətə gedənə qədər buna başlamadığını deyib:

“Barmağım çürüməyə başladı. Sonra ürəyimə sıçradı. Ürəyimdən əməliyyat olundum. Siqareti üç dəfə atıb yenidən başladım. Ürəyim tutulandan sonra artıq çəkə bilmədim”.

Sağlamlıq problemlərindən sonra siqareti tamamilə tərgitmək qərarına gəldiyini deyən Gülay həkiminin yenidən əməliyyat olunacağı halda uzun müddət yataqda qalmalı olacağını söylədiyini qeyd edib. 7 övladı olduğunu və ailəsinə baxmalı olduğunu düşünərək siqareti tərgitdiyini bildirən Gülay deyib:

“Şükür Allaha, tərgidə bildim. İndi rahatam, hüzurluyam. Siqaret damarlarımı qurudub. Gənclərə deyirəm: qətiyyən başlamayın. Başqa bir şeylə əylənsinlər, çərəz alıb yesinlər. Siqaretlə əyləncə, göstəriş, nəzakət, qoçaqlıq olmaz. Siqaretdən nə dost olar, nə də başqa bir şey. Sonda dərd qoyar, insanı süründürər”.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Sentyabr 2026 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri