Icma.az
close
up
RU
Şirvanda daş, Naxçıvan və Gəncədə kərpic...

Şirvanda daş, Naxçıvan və Gəncədə kərpic...

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan ərazisi 642-ci ildən etibarən İslam sivilizasiyasının mühüm coğrafi və mədəni kəsişmə zonalarından birinə çevrilib. Xəzər-Qafqaz-Yaxın Şərq ticarət yollarının düyün nöqtəsində yerləşən bu məkan üçün islam yalnız dini inanc sistemi deyil, eyni zamanda sosial münasibətləri, şəhər həyatını, iqtisadi dövriyyəni və gündəlik davranış formalarını müəyyən edən əsas mexanizm olub. Məhz bu mürəkkəb proseslərin maddi izlərini araşdıran sahə İslam arxeologiyası adlanır.

Müasir elmdə İslam arxeologiyası təkcə məscidlər və dini tikililərin öyrənilməsi ilə məhdudlaşmır. Qərb tədqiqatçıları bu sahəni gündəlik həyatın təşkili, şəhər-kənd münasibətləri, iqtisadi modellər, su və təmizlik mədəniyyəti, hətta davranış normalarının maddi ifadəsi kimi dəyərləndirirlər. Azərbaycan üçün bu yanaşma xüsusilə əhəmiyyətlidir, çünki ölkə ərazisi həm zəngin arxeoloji materiala, həm də uzunmüddətli İslam mədəniyyətinə malikdir.

İslam arxeologiyasının nəzəri əsasları dinamiklik, sosial kontekst və universal-lokal qarşılıqlı təsir prinsiplərinə söykənir. Bu yanaşmaya görə, islam maddi-mədəniyyəti zamanla dəyişir, yerli ənənələrlə sintezə girir və hər bölgədə fərqli formalar alır. Məsələn, Şirvan-Abşeron məscidlərində daş ornamentləri, Naxçıvan və Gəncə türbələrində kərpic memarlığı, Qarabağ və Şirvanda pir və xanəgah sistemləri bu müxtəlifliyin maddi sübutlarıdır.

Azərbaycanda İslam arxeologiyasının elmi tədqiqi XIX əsrdən etibarən formalaşmağa başlayıb. Maarifçilərin məqalələri, Çar Rusiyası dövrünün arxeoloji hesabatları, sovet illərində aparılan arxeoloji qazıntılar və müstəqillik dövründə genişlənən sahə tədqiqatları bu istiqamətin empirik bazasını yaradıb. Qəbələ, Beyləqan, Şabran, Ağsu, Şəmkir və İçərişəhər kimi mərkəzlərdə aparılan tədqiqatlar İslam şəhərinin su təsərrüfatı, ticarət şəbəkəsi və sosial strukturu haqqında mühüm məlumatlar verib.

İslam şəhər mədəniyyətinin əsas xüsusiyyətlərindən biri “təmizlik-su-ibadət” üçlüyüdür. Kəhrizlər, ovdanlar, hamamlar və su kanalları yalnız mühəndislik qurğuları deyil, eyni zamanda dini və sosial dəyərlərin maddi ifadəsidir. Bundan əlavə, qəbiristanlıqlar və məzar daşları epiqrafik məlumatlar vasitəsilə sosial status, nəsil mənsubiyyəti və demoqrafik proseslərin oxunmasına imkan yaradır.

Bununla yanaşı, sahənin inkişafına mane olan ciddi problemlər də mövcuddur. Metodoloji parçalanma, regional qeyri-bərabərlik, laborator imkanların məhdudluğu, rəqəmsal arxivlərin olmaması və kadr hazırlığı sahəsində boşluqlar İslam arxeologiyasının sistemli inkişafını ləngidir. Halbuki bu sahə yalnız akademik deyil, həm də mədəni irsin qorunması və ictimai yaddaşın möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan İslam arxeologiyası böyük elmi potensiala malikdir. Sahə işlərinin sistemləşdirilməsi, beynəlxalq təcrübənin tətbiqi, akademiya-muzey-universitet əməkdaşlığının gücləndirilməsi və rəqəmsal irs platformalarının yaradılması bu potensialı reallığa çevirə bilər. Bu istiqamətdə atılacaq addımlar Azərbaycanın yalnız regional deyil, qlobal İslam arxeologiyası xəritəsində də mühüm mövqe tutmasına şərait yarada bilər.

Fariz Xəlilli,

tarix üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Dekabr 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri