Icma.az
close
up
RU
Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki, vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin

Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki, vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-cü ilin sonunda maraqlı statistik rəqəmlər açıqlanıb. İl ərzində Bakıda avtobusla 432 milyion sərnişin daşınıb. Bu, 2023-cü illə müqayisədə 26 milyon çoxdur. Ölkə üzrə dəmir yolu nəqliyyatı vasitəsilə 8 milyon sərnişin daşınıb. Avtobusla 1,2 milyon nəfər, metro ilə 750-800 min nəfər, elektrik qatarı - 37 min nəfər daşınıb. Nağdsız marşrutlar üzrə 333 300 000 sərnişin daşınma qeydə alınıb. Yəni bu da o deməkdir ki, əhali artıq ictimai nəqliyyata üstünlük verməyə başlayıb.Nəqliyyat sistemimizin daha ideal olması üçün hansı işlər görülməlidir?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, nəqliyyat sistemində hazırda ciddi problemlərdən biri naviqasiya problemidir.

Rauf Ağamirzəyev

“Tətbiqlər elan olunub, amma onların tam işləkliyi hələ də təmin olunmayıb. Dayanacaqdan söhbət gedirsə, biz hazırda hardayıq, həmin dayanacaqdan bu dəqiqə və yaxud bir neçə dəqiqədən sonra hansı marşrutlar keçəcək, o marşrutların hərəkət trayektoriyası, bir nöqtədən digər nöqtəyə getmək üçün neçə marşrut və yaxud hansı növlərdən istifadə edilməlidir, hansı müddətə neçə manata gedə bilərik. Bunu öncədən planlaşdırmaq üçün bu gün fürsətlər yoxdur. Fiziki olaraq hər dayanacaqda onların vurulmasına ehtiyac var. Bu da ilkin olaraq bəzilərində var. Amma şəhərdə hələ ki, yoxdur. Bu vəziyyət əlavə diskomfort yaradır”-deyən Rauf Ağamirzəyev qeyd edib ki, ilkin olaraq başladığımız işləri tamamlamalıyıq ki, insanlar ictimai nəqliyyata daha çox meyl etsin.

Ekspertin fikrincə, keçən il statistikalar şəhər nəqliyyatında ən çox paya sahib nəqliyyatın avtobus olduğunu göstərdi.

“İl ərzində 42 milyon sərnişin avtobusla səfər edib. Bu artımlar anlaşılandır. Daha çox sərnişin daşımaq və mövcud sərnişin yükünü parçalamaq üçün ciddi işlər görülməlidir ki, insanlar daha təhlükəsiz və daha rahat ictimai nəqliyyata yönəlsin. Həmçinin, şəhərin giriş nöqtələrində “park and drive” və “səfərini ictimai nəqliyyatla təşkil et” kimi həllər tətbiq olunmalıdır. Bunun ilkin variantı Koroğlu metro stansiyasının yanındakı çıxışda təşkil etdilər. Bunun ardı gəlməlidir. Həm Lökbatan dairəsi yaxınlığında olan nəqliyyat mübadilə mərkəzində, həm Avtovağzalda, həm də Dərnəgüldə bu növ yeniliklər tətbiq olunmalıdır ki, insanlar şəhərin mərkəzinə getmək üçün avtomobil əvəzinə ictimai nəqliyyatı seçsinlər”-deyə Rauf Ağamirzəyev əlavə edib.

Nəqliyyat məsələləri üzrə ekspert hesab edir ki, ayrılmış avtobus zolaqlarına da sərt nəzarət olunmalıdır: “Digər şəhərlərin nümunəsindən öncə etdiyimiz bütün islahatların tamamlığını təmin etmək lazımdır. Bir cədvəl kimi baxsaq, hansı işi görmüşük və hansı mərhələdədir. Yəni bir mərhələni tamamlayıb digər mərhələyə keçmək lazımdır ki, islahat daha effektiv nəticə versin”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Yanvar 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri