Icma.az
close
up
RU
Şiştəpədə “Forest school inteqrasiyalı məktəbəqədər təhsil” layihəsinə start verilib FOTO

Şiştəpədə “Forest school inteqrasiyalı məktəbəqədər təhsil” layihəsinə start verilib FOTO

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Şiştəpədə “Forest school inteqrasiyalı məktəbəqədər təhsil” layihəsinə start verilib.

Sherg.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyə dəstəyi ilə Şəmkir rayon Q.Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbində unikal “Forest School İnteqrasiyalı İcmaəsaslı Məktəbəqədər” sinfi fəaliyyətə başlayıb. Bu layihə məktəbəqədər təhsilə yeni bir nəfəs gətirərək, uşaqların təbiətlə iç-içə böyüməsinə imkan yaradır.

Bu sinifdə uşaqlar müvafiq yaşlarına uyğun hazırlanmış kurrikulumdakı məzmunu öyrənməklə yanaşı, meşə və çölçülük praktiki dərsləri də keçirlər. 3-4 yaşlı uşaqlar burada meşə və çöl şəraitində diqqət etməli olduqları məsələləri öyrənir, bu şəraitdə çadır düzəltmək, ocaq qalamaq, cəhətləri tapmaq kimi bacarıqlara yiyələnirlər. Bu təcrübə uşaqların həm fiziki, həm də zehni inkişafına müsbət təsir göstərir, onların təbiətə olan sevgisini artırır və ətraf mühitə daha həssas olmağa sövq edir.

Bu layihə təkcə Şiştəpə kəndi üçün deyil, bütün ölkə üçün bir yenilikdir. “Meşə Məktəbi” uşaqların təbiətlə təmas quraraq öyrənməsi, onların özünə inam hisslərinin güclənməsi və müstəqil düşünmə qabiliyyətlərinin inkişafı üçün böyük imkanlar yaradır. Layihənin uğuru gələcəkdə digər bölgələrdə də bu cür məktəblərin açılmasına zəmin yarada bilər.

Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Zamanova Səkinə, uşaqların tərbiyəçi müəllimi Hacıyeva Leyladır.  Layihənin həyata keçirilməsində yerli icma da yaxından iştirak edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Fevral 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri