Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib FHN rəsmisi
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Xızı rayonunun Sitalçay kəndində həyata keçirilən xilasetmə işləri nəticəsində 6 evdən 13 nəfər təxliyə edilib.
Axar.az xəbər verir ki, bunu kənddə xilasetmə işlərini davam etdirən Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunlarının polkovniki Cəfər Həsənov deyib.
Onun sözlərinə görə, əraziyə zəruri texnika və canlı qüvvə cəlb olunub:
"Bu gün səhər saat 7-8 radələrində FHN-in Böhran İdarəetmə Mərkəzindən Mülki Müdafiə Qoşunlarına Sitalçay ərazisində baş verən daşqın hadisəsi ilə bağlı dəstək üçün müraciət siqnalı gəlib. Hazırda ərazidə Mülki Müdafiə Qoşunlarının iki böyük, bir kiçik texnikası, həmçinin 15 nəfər şəxsi heyət xilasetmə tədbirləri həyata keçirir. Bu saata qədər azı 6 evdən 5-i uşaq, 5-i yaşlı olmaqla ümumilikdə 13 nəfər təxliyə edilib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 06 Aprel 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















