Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yekaterinburqun Kirovski Rayon Məhkəməsi Uraldakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski və digərlərinin işi üzrə andlılar məhkəməsinin kollegiya heyətini formalaşdırıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Kirovski Rayon Məhkəməsindən bildirilib.
Qeyd olunub ki, qətl və sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb.
Müttəhimlər kürsüsündə yeddi təqsirləndirilən şəxsin, o cümlədən regionun Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin olduğu bildirilib.
Andlılar Məhkəməsinin kollegiya heyəti 26 yanvar saat 14:00-da müşavirəyə başlayacaq.
Qeyd edək ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 15 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















