Icma.az
close
up
RU
Siyasi dialoq: siyasi sistemimizin ayrılmaz hissəsi...

Siyasi dialoq: siyasi sistemimizin ayrılmaz hissəsi...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birgə səfərlər həm siyasi mədəniyyətin, həm də ümummilli ideyanın təntənəsidir

Son illərdə Azərbaycanda siyasi dialoq mühitinin formalaşması və davamlı şəkildə inkişaf etməsi milli həmrəyliyin möhkəmlənməsində, siyasi münasibətlərin sağlam əsaslar üzərində qurulmasında mühüm rol oynayır. Müxtəlif siyasi spektri təmsil edən partiyaların nümayəndələrinin bir masa ətrafında toplaşması, ümummilli məsələlərlə bağlı ortaq mövqenin ifadə olunması ölkədə dayanıqlı siyasi sabitliyin və demokratik proseslərin təməl sütununa çevrilib. Bu baxımdan siyasi partiya sədrlərinin işğaldan azad edilmiş Ağdam şəhərinə birgə səfəri də milli birliyin və siyasi dialoqun praktik təzahürüdür. Bu səfər də öz analogiyaları kimi ölkədə formalaşan yeni siyasi konfiqurasiyanın və tərəfdaşlıq mühitinin bariz nümunəsi kimi qiymətləndirilə bilər.

Fazil Mustafa: Azərbaycanın siyasi həyatında formalaşan dialoq mühiti strateji əhəmiyyət kəsb edir

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycanda yaranmış siyasi dialoq mühiti ölkəmizin gələcəyi üçün son dərəcə önəmli bir mərhələdir. Bu gün iqtidar-müxalifət münasibətləri sağlam təməl üzərində inkişaf edir. Biz siyasi baxışlarımızda fərqli olsaq da, dövlətçilik və milli maraqlar məsələsində ortaq nöqtədə birləşirik: “Bu isə cəmiyyətimizdə həmrəyliyin möhkəmlənməsinə, siyasi münasibətlərin sivil və qarşılıqlı hörmət çərçivəsində formalaşmasına gətirib çıxarır. Bu gün cəmiyyət siyasi dialoq və əməkdaşlıq çağırışlarını dəstəkləyir. Çünki xalqımız yaxşı anlayır ki, güclü dövlət yalnız daxili sabitlik, qarşılıqlı anlaşma və milli həmrəyliyin bərqərar olduğu şəraitdə mümkün olur. Prezident İlham Əliyevin siyasi dialoq təşəbbüsü çərçivəsində atılan addımlar bu baxımdan çox önəmlidir”.

Siyasi partiya rəhbərlərinin Ağdam səfərini dialoqun inkişafında növbəti mərhələ adlandıran BQP sədri bildirib ki, şəhərlə tanışlıq, görülən işlərlə yerində tanışlıq olduqca vacib bir məqamdır: “Bu, həm də siyasi etimad məsələsinin daha da güclənməsini özündə ehtiva edir. Ağdam şəhərinə gəldikdə isə, son 4 ildə şəhərin aurası dəyişib, bölgəyə yeni bir həyat gəlib. Artıq Ağdam siyasi partiya rəhbərlərini tamam fərqli obrazda qarşıladı. Mən hətta deyərdim ki, 4 il öncə dağıntılar içində itmiş, məhv olmuş Ağdam bu gün Azərbaycanın ən böyük şəhərlərindən, aparıcı iqtisadi mərkəzlərdən birinə çevrilmə potensialına malikdir. Bu olduqca sevindirici və qürurvericidir”.

F.Mustafa dialoqun inkişafının Azərbaycanın siyasi palitrasına yalnız müsbət amillər qazandıracağına əminliyini ifadə edib. O qeyd edib ki, BQP siyasi dialoqun davam etdirilməsinin tərəfdarıdır: “Bizim partiya olaraq mövqeyimiz aydındır - dialoqu, əməkdaşlığı, milli maraqlar naminə birliyi dəstəkləyirik və bu istiqamətdə üzərimizə düşən məsuliyyəti dərk edirik. Siyasi sistemin sabitliyi, partiyalar arasında qarşılıqlı etimadın güclənməsi Azərbaycan cəmiyyətində dayanıqlı demokratik ənənələrin daha da dərinləşməsinə mühüm töhfə verir. “Hətta deyərdim ki, Azərbaycanın siyasi həyatında formalaşan dialoq mühiti strateji əhəmiyyət kəsb edir. Hakimiyyətlə müxalifət arasında sağlam, qarşılıqlı anlayışa əsaslanan münasibətlər, əslində, milli maraqların üst səviyyədə qorunduğunun göstəricisidir. Siyasi partiyalar arasında intensiv müzakirələrin, birgə səfərlərin təşkil edilməsi,  müxtəlif platformalarda açıq fikir mübadilələrinin aparılması həm də milli həmrəyliyin güclənməsinə şərait yaradır”.

Elşad Musayev: Siyasi dialoq milli mənafelərin ideoloji fərqliliklərdən üstün tutulduğunu nümayiş etdirir

Böyük Azərabaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, 44 günlük Zəfərdən sonra Azərbaycanın siyasi mühitində yeni yanaşmalar formalaşmağa başladı. Bu gün siyasi partiyalar ideoloji fərqliliklərini bir kənara qoyaraq Qarabağ və Şərqi Zəngəzura birgə səfərlər edirlər. Bu səfərlər yalnız informasiya xarakteri daşımır, həm də siyasi birlik mesajı verir. “Fərqli partiyaların rəhbərlərinin birgə səfərləri göstərir ki, Azərbaycanda milli maraqlar siyasi gündəmdə birinci yerdədir. Bu həmrəyliyin məhz işğaldan azad olunmuş torpaqlarda nümayiş etdirilməsi isə olduqca rəmzi və əlamətdardır. Çünki həmin torpaqlar uğrunda bir yumruq kimi birləşərək savaşmışıq. İndi də həmin birliyi sülh və quruculuq mühitində davam etdirmək zamanıdır”, - deyən partiya sədri bildirib ki, Qarabağa səfərlər təkcə keçmişə baxış deyil, həm də gələcəyə ortaq baxışın formalaşması deməkdir. O, bu cür təşəbbüslərin siyasi münasibətlərə sivil yanaşmanın möhkəmlənməsinə, cəmiyyətin bütün təbəqələri arasında qarşılıqlı inamın artmasına, ümumilikdə isə milli həmrəyliyin daha da güclənməsinə xidmət edəcəyinə əminliyini bildirib: “Ağdam məni heyrətləndirdi. Bizim 2021-ci ildə etdiyimiz səfər zamanı qarşılaşdığımız Ağdamla indiki Ağdam arasında nəinki böyük fərq var - hətta tamam ayrı-ayrı şəhərlərdir deyə bilərik. 4 il ərzində görülən işlər qlobal miqyaslıdır belə deyə bilərik. Ağdam bu gün Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilmək üzrədir. Çox qısa zamanda Ağdam bütün dünyaya səs salacaq”.

E.Musayev səfərin yüksək səviyyədə təşkil olunduğunu bildirib və bununla əlaqədar olaraq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə təşəkkür edib. “Siyasi dialoqun davamlı şəkildə təşviq edilməsi, iqtidar və müxalifət partiyalarının milli məsələlərdə ortaq mövqe nümayiş etdirməsi, Azərbaycanın dayanıqlı inkişafına, sabitliyinə və siyasi sistemin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına töhfə verir. Bu gün dialoq, təkcə hakimiyyətlə partiyalar arasında deyil, ümumilikdə ictimai-siyasi institutlar arasında qarşılıqlı etimadın və əməkdaşlığın vacib platformasına çevrilib. Hər bir partiya, fərq etmədən, Azərbaycanın gələcəyi naminə bu mühitin qorunmasına öz töhfəsini verməlidir.” Çünki bu, ölkədə mövcud olan siyasi həmrəyliyin və milli birliyin təcəssümüdür. Müxtəlif partiyaların rəhbərlərinin, funksionerlərinin, fərqli ideoloji baxışlara sahib siyasi qurumların bir araya gələrək Qarabağa səfərləri, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyü uğrunda əldə olunmuş qələbəyə hörmətin ifadəsidirsə, digər tərəfdən milli mənafelərin ideoloji fərqliliklərdən üstün tutulduğunu nümayiş etdirir”, - deyə partiya sədri əlavə edib.

Elçin Mirzəbəyli: Milli birliyin qorunub saxlanması, inkişaf etdirilməsi sabahın da qalibi olacağımıza əminlik yaradır

Milli Məclisin deputatı, politoloq Elçin Mirzəbəyli də siyasi partiyaların sədr və nümayəndələrinin, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərlərinin və qəzet redaktorlarının iştirak etdiyi Ağdam səfərini yüksək dəyərləndirib, bu səfəri siyasi dialoq mühitinin inkişafında yeni bir mərhələ adlandırıb. Millət vəkili bildirib ki, postmüharibə dövründə Azərbaycanın daxilində milli həmrəylik və siyasi əməkdaşlıq mühüm strateji vəzifəyə çevrilir. Bu gün dünyada baş verən geosiyasi dəyişikliklər fonunda ölkədaxili siyasi münasibətlərin dialoq və ortaq maraqlar üzərində qurulması xüsusi əhəmiyyət daşıyır: “Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan siyasi dialoq prosesi artıq siyasi sistemimizin ayrılmaz hissəsinə çevrilib. Bu proses təkcə hakimiyyətlə müxalifət arasında münasibətlərin normallaşması deyil, həm də demokratik institutların möhkəmlənməsi, siyasi partiyaların cəmiyyətdəki rolunun artması ilə nəticələnir. Dialoq platformasının mövcudluğu, partiyaların bu platformada aktiv iştirakı, Azərbaycanın siyasi sistemini daha açıq, şəffaf və dayanıqlı edir. Azad olunmuş bölgələrə birgə səfərlər isə bu dialoqun təbii davamı kimi çıxış edir və ictimai birlik mesajı verir. Bu, həm də regionda sabitliyin qorunması, gələcək quruculuq və bərpa proseslərinin milli birlik ruhunda həyata keçirilməsi baxımından önəmlidir”.

E.M?rzəbəyli bildirib ki, bu birliyin qorunub saxlanması, inkişaf etdirilməsi yalnız bu günün deyil, sabahın da qalibi olacağımıza əminlik yaradır. “Çünki bu səfərlər zamanı müşahidə etdiyimiz həmrəylik, eyni məqsəd ətrafında birləşmək iradəsi və vahid mövqeli çıxışlar Azərbaycan siyasi tarixində yeni, sağlam ənənənin formalaşmasına səbəb olur. Bu gün Qarabağ və Şərqi Zəngəzur yalnız coğrafi deyil, siyasi həmrəylik məkanıdır. Orada təməli qoyulan hər bir bina, salınan hər yol həm də milli birliyin rəmzidir. Siyasi dialoqun bu səviyyəyə yüksəlməsi, partiyaların bölgələrdə baş verən proseslərə birgə reaksiya verməsi, dövlətçiliyin, milli maraqların qırmızı xətt kimi qəbul edildiyini sübut edir. Bu birgə səfərlər həm siyasi mədəniyyətin, həm də ümummilli ideyanın təntənəsidir”, - deyən politoloq əlavə edib ki, siyasi partiyalar - həm  parlamentdə təmsil olunan, həm də parlamentdən kənar müxalifət bu prosesə aktiv şəkildə qoşularaq sübut etdilər ki, milli məsələlərdə ortaq mövqedə dayanmaq mümkündür. Dövlətçilik məsələlərində fikir birliyinin olması həm daxili sabitliyi möhkəmləndirir, həm də xarici təzyiqlərə qarşı daha davamlı mövqe formalaşdırır.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri