Icma.az
close
up
RU
Siyasi dialoq və həmrəyliyin təntənəsi

Siyasi dialoq və həmrəyliyin təntənəsi

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Cəmi bir neçə gün öncə, daha dəqiq, martın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Xankəndi, Əsgəran və Xocalıya birgə səfəri baş tutdu. Bu növbəti səfər idi, xatırladaq ki, siyasi partiya sədrlərinin bundan öncəki birgə səfərləri Ağdam, Şuşa və Zəngilana təşkil olunmuşdur. Ənənəvi media ilə yanaşı, internet televiziya kanallarının sözügedən səfərə kifayət qədər böyük diqqət ayırması isə sevindirici və diqqətçəkən məqamlardan idi.

24 siyasi partiyanın təmsilçiliyi ilə baş tutan səfərlə bağlı dövlət televiziya kanallarında, habelə sosial mediada maraqlı müsahibələrə də rast gəlmək olurdu. Partiya sədrləri ilə belə müsahibələrin təşkili heç şübhəsiz ki, ilk növbədə sağlam siyasi dialoqun mövcudluğundan xəbər verir. Bu obyektiv hal eyni zamanda onun təzahürüdür ki, cəmiyyətimiz həmrəylik, birlik və dialoqla bağlı olan bütün təşəbbüs və tendensiyalara qucaq açır. Dünya ölkələrinin tarixi sübut edir ki, həmrəylik potensialı yüksək olan cəmiyyətlər mütləq olaraq inkişaf edirlər.

Siyasi partiya sədrlərinin demək olar ki, hamısının müsahibələrində bilavasitə bu “kövrək”, sevindirici və ilhamverici fikrə toxunulurdu: “Xocalıda məktəbin məhəlləsində futbol oynayan şagirdləri görəndə inanılmaz sevinc hissləri yaşadım, gözlərim doldu və yaşadığım müsbət emosiyaları saxlamaq belə istəmədim”. Əslində siyasi partiya liderlərinin timsalında yaşanan bu gözəl hisslər Azərbaycan xalqının mənəvi ruhu və qüdrətidir. Bu sözlər ədəbiyyat və yaradıcı sənət adamları tərəfindən deyilməmişdi, bu fikirləri səsləndirən siyasilər, siyasi partiya sədrləridir. Demək ki, bizi birləşdirən və bizi bir edən əsas amil dövlət və Vətənə olan sevgidir. Burada biz mütləq olaraq Prezident İlham Əliyevin növbəti sözlərini yada salmalıyıq: “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır.” Yuxarıda qeyd olunanlar fonunda dövlət başçısının bu fikirlərinin şərhinə ehtiyac yoxdur.

Birmənalı olaraq deyə bilərik ki, möhtəşəm tarixə şahidlik edirik. Azərbaycan xalqı Qarabağa həyatı qaytarır, Qarabağda yenə də uşaqların sevinc dolu səsləri eşidilir. Bu möhtəşəmdir, bu hisslər unudulmazdır. Bütün bunlar Vətən naminə həmrəy ola bilməyimizin gücünü xatırladır. Bəli, siyasi partiya sədrləri tərəfindən yuxarıda qeyd etdiyimiz bu hissləri yaşadan bizim böyük tarixi Qələbəmizdir, ancaq siyasi mənsubiyyətindən asılı olmayaraq yaşadıqları gözəl hissləri açıq şəkildə dilə gətirmə imkanı yaradan məhz ölkəmizdə fəal şəkildə təşviq olunan siyasi dialoq mühitidir. Budur siyasi dialoqun dəyər təzahürlərindən biri.

Ona görə də cəmiyyətin inkişafında maraqlı olan bütün siyasi partiyalar və demokratik qüvvələr sağlam dialoqu fəal şəkildə dəstəkləyir. Çünki dialoq pozitiv məzmunlu və birləşdirici sosial-siyasi və mədəni təzahürdür. Bəli, biz xalq, dövlət və cəmiyyət olaraq ən böyük mübarizəmizdə artıq qalib gəlmişik, Qarabağa həyatı qaytarmışıq, ancaq dövlət və cəmiyyətin dayanıqlı inkişafını təmin etmək naminə birliyimizi bundan sonra da qorumağı bacarmalıyıq. Və nəhayət, gözəl haldır ki, bu birliyi qorumaq naminə bizim siyasi partiyalarımız da yaşanan siyasi dialoqun ayrılmaz parçasıdır. Özünü bu yaradıcı prosesdə görməyənləri isə xalq haqlı olaraq radikal və xain qüvvələr adlandırır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Mart 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri