Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Siyasi kreslo arzusu, Kremlin kölgəsində ümid TƏHLİL

Siyasi kreslo arzusu, Kremlin kölgəsində ümid TƏHLİL

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Köçəryan güclü deyil, Rusiya hələlik Paşinyanla davam edir


Ermənistanda “Kremlə sədaqət yarışı” başlayıb



"Nikol Paşinyan hökumətinin hazırkı xarici siyasətinin Ermənistan üçün ciddi nəticələri olacaq". Bunu Ermənistanın sabiq Prezidenti Robert Köçəryan deyib. Onun iddiasına görə, Avropa İttifaqı (Aİ) Ermənistandan Ukrayna kimi Rusiyaya qarşı istifadə etməyə çalışır: "İndiki vəziyyətdə bir məqsəd var: Ukrayna və Ermənistan vasitəsilə Rusiyaya zərər vermək, ya da başqa ölkə tapıb onun vasitəsilə ona zərər vurmağa çalışmaq. Bu, strategiya deyil, başqasının əlində alət olmaqdır. 

Bizim istədiyimiz budur? Mənə deyə bilərsinizmi ki, bu gün Ermənistan hansı xarici siyasət yürüdür? Mən başa düşməyə çalışıram və başa düşmürəm. Bu, siyasət deyil, ciddi nəticələrə gətirib çıxaran biabırçılıqdır. Buna görə də (Rusiyadan) gözlədiyimiz dəstəyi ala bilmədik". Köçəryan bildirib ki, Ermənistan Rusiya ilə münasibətləri bərpa etməlidir. Onun sözlərinə görə, dünya təkqütblü sistemdən çoxqütblü quruluşa keçir və bu keçid dövrü qeyri-sabitliklə müşayiət olunur, bu baxımdan Ermənistan üçün də təhdidlərin sayı artır: “Risklər var və onlar hələ də neytrallaşdırılmayıb. Türkiyə nə edir? Türkiyə türkdilli ölkələri öz liderliyi altında birləşdirməyə çalışır. Hətta ortaq hərbi qüvvələrdən belə danışılır. Bu, Ermənistan üçün təhlükə deyilmi? Əlbəttə ki, təhlükədir. Türkiyədən gələn təhdid qalır, onların məqsədi aydındır. Biz Türkiyənin nail olmaq istədiyi böyük siyasi mənzərədə yad bir cisimik. Bu, onların milli maraqlarıdır, biz onları buna görə günahlandıra bilmərik. Ancaq gəlin anlayaq: bu bölgədə Türkiyəni kim cilovlaya bilər? Mənə bir ölkənin adını deyin". Son günlərdə Ermənistanın daxili siyasi mühitində Rusiyanın 5-ci kolonu olan qüvvələrin fəallaşması müşahidə edilir. Məlumdur ki, Rusiyada Ermənistan üzrə kuratoru Putinin daxili siyasi məsələlər üzrə rəhbəri Sergey Kiriyenko təyin edilib. Əslində, bu, təyinatın özü Kremldə Ermənistana sırf forpost kimi baxıldığını, İrəvanı müstəqil hesab etmədiyini göstərir. Köçəryanın geniş müsahibəsi və həmin müsahibədə onun "Ermənistanın yeganə xilaskarının Rusiya olmasını" deməsi bu qüvvələrin kimə xidmət etməsini açıq nümayiş etdirir. R.Köçəryanın agent olması, vaxtilə Qarabağda separatçı hərəkatın məhz SSRİ DTK-nın xətti ilə başlaması da sirr deyil. Qarabağda Köçəryanın fəaliyyətinin məqsədi azərbaycanlılara qarşı geniş nifrətin, azərbaycanofobiyanın yayılması olub. “Krunk” təşkilatının üzvü olaraq o, Qarabağda ermənilər arasında etnik nifrəti təbliğ edib. Faktiki münaqişənin başlamasının əsas səbəbkarlarından olub. Görünür, Köçəryan hesab edir ki, onun aktiv fəaliyyəti ilə Rusiya regionda 2020-ci ildən sonra yaranmış yeni status-kvo-nu dəyişəcək. Lakin bu, mümkün deyil. Köçəryanın yolu Bakı Məhkəməsində aparılan ədalət mühakiməsindən keçir. Onun başqa siyasi perspektivləri yoxdur.


"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"adeyib ki, Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan il ərzində ən azı iki dəfə ya mətbuat konfransı keçirir, ya da müxtəlif mövzularda açıqlamalar verir. Ekspert vurğulayıb ki, R.Köçəryanın budəfəki açıqlamaları Baş nazir Nikol Paşinyanın ona qarşı sərt tənqidləri ilə bağlıdır: 



"Nikol Paşinyan Köçəryanı və onun siyasətini parlamentdəki çıxışında sərt tənqid etmiş, keçmiş prezidentə və onun tərəfdarlarına “əsəblərimlə oynayamın, sizi tapdalayaram” kimi mesaj göndərmişdi. Bu sözlər Köçəryana bərk toxunduğuna görə, o, əvvəlcə deputat oğlu Levonu qabağa verib, ürəyi soyumayıb özü də baş nazirin əleyhinə açıqlamalar səsləndirib. Robert Köçəryanın dediyi odur ki, Paşinyanın xarici siyasəti yanlışdır, Avropanın yerinə yenidən Rusiyaya sığınmaq lazımdır. Əslində, Köçəryanın bu sözləri Paşinyandan çox Kremlə ünvanlanıb. Keçmiş prezident Kremlə demək istəyib ki, “sizin Ermənistandakı adamınız əvvəlkitək mənəm, dəstəyiniz artırın, Paşinyanı yıxım”. Köçəryan Paşinyanın 9 mayda Moskvada Putinlə birgə hərbi paradda iştirakından böyük nəticə çıxarmağın əleyhinədir. Onun fikrincə, Paşinyan 9 maydan sonra yenə Fransa Prezidenti Emmanuel Makronla qucaqlaşıb".


Analitik hesab edir ki, Kreml Köçəryana o halda üstünlük verəcək ki, o, siyasi gücünü və reytinqini artıra bilsin:

 "Çünki Kreml Ermənistanda güclü fiqura, seçkidə Paşinyanı yenə biləcək siyasətçiyə üstünlük vermək istəyir. Putin Köçəryanla dostluğundan imtina etməsə də, keçmiş prezidenti Paşinyanı üstələyəcək fiqur saymır. Ona görə də, Kreml hələ ki, Paşinyanla yola davam edəcək. Paşinyan da bunu anladığından Kremli narahat edəcək açıqlama və addımlardan uzaqlaşmağa başlayıb". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 May 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri