Icma.az
close
up
RU
Kremlin kölgəsində: Şovinizm, islamofobiya və azərbaycanlılara yönələn yeni hədəflər

Kremlin kölgəsində: Şovinizm, islamofobiya və azərbaycanlılara yönələn yeni hədəflər

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

SSRİ-nin dağılmasından sonra Rusiya Federasiyası çoxsaylı siyasi, iqtisadi və ictimai çətinliklərlə qarşılaşdı. Bu prosesdə Rusiyada milliyyətçi və şovinist tendensiyalar sürətlə yüksəlməyə başladı. Xüsusilə qeyri-rus etnoslarına, müsəlman icmalarına və Qafqaz xalqlarına qarşı yönəlmiş irqçi və islamofob yanaşmalar təkcə cəmiyyətin müəyyən təbəqələrində deyil, artıq dövlət strukturlarında da öz əksini tapmağa başladı.

1990-cı illərdə Çeçenistana qarşı aparılan müharibələr və bu savaşlar çərçivəsində həyata keçirilmiş genişmiqyaslı hərbi əməliyyatlar, əhalinin zorla köçürülməsi və insan haqlarının pozulması Kremlin bu siyasətini açıq şəkildə ortaya qoydu.

Bu gün isə eyni ssenari fərqli formada, lakin oxşar məntiq əsasında digər qeyri-rus icmalara, o cümlədən azərbaycanlılara qarşı tətbiq olunmağa başlanıb. Rusiyanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı həyata keçirilən qanunsuz həbslər, kütləvi deportasiyalar, bizneslərin dağıdılması və mediada aparılan təbliğat kampaniyaları bu irqi və dini ayrı-seçkilik siyasətinin sistematik hal aldığını göstərir. Bu hallar təkcə fərdi düşmənçilik nümunələri deyil, həm də azərbaycanlıların kollektiv kimliyinə qarşı yönəlmiş siyasi davranışın göstəricisi kimi qiymətləndirilə bilər.

Belə olan halda, ortaya ciddi sual çıxır:

Rusiyada yaşayan azərbaycanlılara qarşı artan təzyiqlərin və zorakılıqların arxasında məqsədli şəkildə yürüdülən irqçi və islamofob dövlət siyasəti dayanırmı? Azərbaycan dövləti bu təhlükəyə qarşı beynəlxalq hüquq və diplomatiya müstəvisində hansı effektiv addımları ata bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-la fikirlərini bölüşən tarixçi Boran Əziz bildirib ki, SSRİ-nin süqutundan sonra onun yerində yaranan əsas dövlətlərdən biri olan Rusiya demokratik bir dövlətə çevrilə bilmədi. Xüsusilə də Vladimir Putinin hakimiyyətə gəlişindən sonra onun keçmiş imperiyanı bərpa etmək cəhdləri həm Rusiyada yaşayan xalqlar, həm də qonşu ölkələr üçün ciddi fəlakətlərə və dağıntılara səbəb oldu:

"Ümumiyyətlə, Rusiya rəhbərliyi təkcə qonşularına deyil, bütövlükdə dünya ictimaiyyətinə qarşı təhdid mənbəyinə çevrilmişdir. Onlar Birinci Pyotr dövründəki “isti dənizlərə çıxış” kimi köhnə imperialist xəyallara qapılmış, rus dilinin danışıldığı əraziləri Rusiyanın təsir dairəsi kimi təqdim etməyə başlamışlar. Bu isə açıq-aşkar təcavüzkar və işğalçılığa yönəlik xarici siyasətin davam etdirildiyini göstərir".

Tarixçi qeyd edib ki, İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi bəzi xarici güclər, xüsusilə də Rusiya tərəfindən narahatlıqla qarşılandı. Bu prosesin ardından Rusiyanın ölkəmizə qarşı düşmənçilik mövqeyi daha da açıq şəkildə hiss olunmağa başladı. Bununla bağlı çoxsaylı nümunələr sadalamaq mümkündür. Lakin xüsusilə qeyd edilməlidir ki, son dövrlərdə Qarabağ məsələsini yenidən gündəmə gətirməyə cəhdlər göstərilir. Bu fikirlər həm Rusiya Xarici İşlər Nazirliyinin, həm də prezidentin müşavirəsinin çıxışlarında yer alaraq, Rusiyanın məkrli siyasətindən dönmədiyini bir daha ortaya qoyur:

"2024-cü ilin dekabrında Azərbaycanın hərbi təyyarəsinin vurulmasından sonra Rusiyanın Azərbaycana qarşı münasibəti tam şəkildə ortaya çıxdı. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, nə üzr istədilər, nə də kompensasiya ödədilər. Əksinə, özlərini son dərəcə yekəxana və məsuliyyətsiz şəkildə apardılar. Bu da bir daha göstərdi ki, Rusiya dövləti hələ də imperialist və hegemon düşüncə tərzindən uzaqlaşmayıb. Onlar keçmiş sovet respublikalarına, o cümlədən, Azərbaycana öz “arxa bağçaları” kimi baxmağa davam edirlər".

Müsahibimizin sözlərinə görə, Azərbaycanın müstəqil və prinsipial xarici siyasət yürütməsi, öz milli maraqlarını qətiyyətlə müdafiə etməsi Rusiya tərəfindən açıq narahatlıqla qarşılanır. Son dövrlərdə xalqımıza qarşı Rusiyada müxtəlif rəsmi qurumlar tərəfindən həyata keçirilən zorakılıqlar da bu qıcıqdan qaynaqlanır. Bu siyasət, eyni zamanda, Rusiyanın yenidən irqçi və islamofob bir xətt tutduğunu da ortaya qoyur:

"Xüsusilə iyunun 27-də Yekaterinburqda azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsi və soydaşlarımıza qarşı misli görünməmiş zorakılıq Rusiya dövlətinin əsl mahiyyətini dünya ictimaiyyətinə göstərdi. Ukraynanın işğalı zamanı müşahidə olunan antiinsani siyasətin indi də qeyri-ruslara, xüsusilə azərbaycanlılara qarşı davam etdirilməsi bu dövlətin mahiyyətini bir daha üzə çıxarır. Ən ağrılı məqamlardan biri isə odur ki, həmin zorakılığa məruz qalan şəxslərin bir hissəsi uzun illər Azərbaycanda rus dili, ədəbiyyatı və mədəniyyətinin təbliğinə xidmət etmiş şəxslər olub. Məsələn, qətlə yetirilən qardaşlardan biri tanınmış yazıçı, rus ədəbiyyatından nümunələri “Dünya ədəbiyyatı” dərgisində tərcümə edən Seyfəddin Hüseyndir. Digər qardaşı Bakir Səfərov isə uzun illər rus dili müəllimi kimi çalışıb. Tarixin və həyatın acı ironiyası ondan ibarətdir ki, Rusiya mədəniyyətinə xidmət etmiş şəxslərin özləri və ailə üzvləri həmin dövlətdə vəhşicəsinə öldürülür".

Boran Əziz: Azərbaycan jurnalistləri və ziyalıları bu işdə böyük əhəmiyyətə malikdir

Həmsöhbətimiz onu da qeyd edib ki, bu hadisə, əslində, xalqımızın ziyalı övladları ilə Rusiyanın rəsmi qurumlarının əxlaq və mədəniyyət baxımından nə qədər fərqli dünyagörüşünə malik olduğunu göstərir. Qətlə yetirilən şəxslərin bir qisminin Azərbaycan vətəndaşı olması və buna baxmayaraq, Azərbaycan konsulluğunun belə məsələyə cəlb edilməməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Dövlətlərarası müqavilələrə və hüquqi öhdəliklərə məhəl qoyulmadan Azərbaycan vətəndaşlarına qarşı bu dərəcədə zorakı münasibət göstərilməsi ölkəmizin suverenliyinə hörmətsizlik kimi qiymətləndirilməlidir:

"Təbii ki, anlayırıq: Rusiyada, xüsusilə də Ukraynada uğursuzluqlarla üzləşən hakimiyyət orqanları daxili ictimai narazılığı yönləndirmək üçün günahkar axtarışındadır və bu cür hadisələr nə birinci, nə də sonuncu olacaq. Bu səbəbdən soydaşlarımız, xüsusilə də Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlılar son dərəcə ehtiyatlı olmalıdırlar. Sevindirici haldır ki, Azərbaycan dövləti bu hadisəyə dərhal, çevik və qətiyyətli reaksiya göstərdi. Hadisənin ertəsi günü rəsmi mövqenin bildirilməsi, aidiyyəti qurumların məsələyə operativ müdaxiləsi və ölkədən kənarda yaşayan soydaşlarımızın arxasında güclü dövlətin dayandığının göstərilməsi insanlarımızda güvən və bağlılıq hissini daha da artırdı. Bu siyasətin davam etdiriləcəyinə şübhəmiz yoxdur".

Boran Əziz onu da əlavə edib ki, dünyanın müxtəlif ölkələrinin media qurumlarında bu məsələ ilə bağlı səsləndirilən haqlı narazılıqlar, yayımlanan materiallar da göstərdi ki, Azərbaycan jurnalistləri və ziyalıları bu işdə böyük əhəmiyyətə malikdir. Onlar öz ziyalı borclarını layiqincə yerinə yetirir və rus dövlətinin vəhşiliklərinin ifşasında mühüm rol oynayırlar.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri