Icma.az
close
up
RU
“Siyasi möhtəkirliklə məşğul ola ola ciblərində mandat daşıyırlar” HEYDƏR OĞUZ

“Siyasi möhtəkirliklə məşğul ola ola ciblərində mandat daşıyırlar” HEYDƏR OĞUZ

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu gün Ramiz Mehdiyevin qarasınca danışanların böyük əksəriyyəti onun dilsiz-ağızsız nökəri olublar”

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə cinayət işi açıldıqdan sonra siyasətçilərin “söz savaşı” səngimir. Bəzi siyasətçilər biri-birini casusluqda ittiham edirlər, biri-birini siyasi dələduzluqda ittiham edir, əxlaq dərsi keçirlər və s. Mövzu ilə bağlı siyasi şərhçi Heydər Oğuz “Hürriyyət”ə öz mövqeyini açıqlayıb.

- Heydər bəy, sizcə, “Ramiz Mehdiyev işi” ətrafında ölkdə mövcud olan vəziyyət, siyasi çəkişmələr, qarşılıqlı ittihamlar nə vəd edir?

- Məlum olduğu kimi, Ramiz Mehdiyev olduqca ağır cinayətlərdə ittiham olunur. Onun xüsusilə vətənə xəyanətdə günahlandırılması istər-istəməz bütün siyasiləri qorxudur. Ramiz Mehdiyevlə vaxtilə əlaqəsi olan da, olmayan da özünü bu ittihamlardan uzaq tutmaq üçün səy göstərir, özlərinin yox, başqalarının onunla əlbir olduğunu isbatlamağa çalışırlar. Zənnimcə, bu, normal hadisədir. Çünki heç kim vətən xaininin əlaltısına çevrilmiş şəxs kimi görünmək istəmir, dolayısıyla onunla eyni günahı paylaşmadığını dilə gətirmək istəyir. Bu da insan fitrətindən qaynaqlanan tendensiyadır. Üstəlik, vaxtilə Ramiz Mehdiyevə xidmət edənlər belə, böyük ehtimalla, xəyanət cizgisində olduqlarının fərqində olmaya da bilərlər. Başqa sözlə, özləri də bilmədən ona xidmət edə bilərlər. Axı necə olsa, Ramiz Mehdiyev Azərbaycan hakimiyyətinin 2-ci güclü şəxsi olub. Onunla işləyən bir çoxları məhz bu səbəbdən Ramiz Mehdiyev vasitəsilə dövlətçiliyə xidmət etdiyini düşünüblər. Bu mənada, özlərinin günahsızlığını sübut etmək istəyənləri hardasa başa düşmək də mümkündür. Anlaşılmaz olan odur ki, bir çoxları özlərini Ramiz Mehdiyevin adamı olmadığını sübut etməyə çalışmaqla qalmır, rəqiblərini qaralamağa can atırlar. Halbuki, heç kimə sirr deyil ki, bu gün Ramiz Mehdiyevin qarasınca danışanların böyük əksəriyyəti onun dilsiz-ağızsız nökəri olublar. “Boz kardinal”dan gələn tapşırıqları tərəddüdsüz yerinə yetiriblər. İndi onların belə, bu “məsumiyyət testi” yarışına qoşulması istər-istəməz insanda ikrah hissi doğurur. Məsələn, dünənə qədər “boz kardinal”a mədhiyyələr deyən AMEA prezidenti İsa Həbibbəylinin indi birdən-birə qalxıb onu ən ağır dillə tənqid atəşinə tutması, yumşaq desək, heç bir əxlaq normalarına sığmır. Eyni sözləri digərləri barədə də demək olar.

- Siyasi əxlaqdan bəhs edirsiniz. Sizcə, siyasi əxlaqla normal əxlaq arasında fərq nədir? Siyasətçilər bu cür ağır vəziyyətdə siyasi əxlaqlarını necə qoruya bilirlər?

- Söhbət siyasətçilərdən getmir. Bəzi adamlar var ki, onların vizual görüntüsü ziyalıdır. Ziyalının isə mütləq əxlaqı olmalıdır. O başqa söhbətdir ki, siyasətdə əxlaq anlayışı yoxdur. Siyasətdə hədəf və hədəfə çatmaq üçün vasitələr var. Bəzən siyasətçilər öz hədəfləri naminə yalan danışır, insanları aldadırlar. Populist vədlər verir, seçildikdən sonra gözə görünmürlər. Amma etiraf edək ki, bu tendensiya təkcə bizdə mövcud deyil. Dünyanın bütün ölkələrində, xüsusilə də demokratik adlanan cəmiyyətlərdə də eyni vəziyyət hökm sürür. Hətta deyərdim ki, bizdə deputatlıq mandatı seçicidən deyil, hansısa iri məmurdan alınır, millət vəkilləri kimlərəsə populist vəd vermək zəhmətinə də qatılmırlar. Mandat verənləri yalandan tərifləməklə, rüşvət verməklə öz borclarını ödəyirlər. Başqa ölkələrdə isə bu yalandan söz vermələr adi norma sayılır. Qısası, siyasətin əxlaqı olmur. Hakimiyyət pramidasında yüksəlmək üçün lazım gələrsə, min bir cildə belə girirlər. Amma ziyalı fərqlidır. Ziyalı mümkün olduğu qədər öz simasını qorumağa çalışmalıdır. Nə yazıq ki, bizdə hər şey kimi, ziyalılıq da saxtadır. Siyasətlə ziyalılıq bir-birinə qarışıb. Bir parça mandat üçün ziyalı, akademik adlanan insanlar siyasətçiləri belə kölgədə qoyurlar.

Bayaq maraqlı bir söz dediniz: “Siyasilər bir-birilərini dələduzluqda günahlandırırlar”. Sizcə, haqsızdırlarmı? Bir halda ki, onların bütün simaları saxtakarlıqla yoğrulub, ictimai rəyi aldatmaqla məşğuldurlar, onda belə insanlara nə ad vermək olar? Məlumdur ki, dələduzluğun ən mühüm komponenti insanları aldatmaq, yalan vədlər verib haqsız yerə nəsə əldə etməkdir və siyasilərimiz də faktiki olaraq eyni işlə məşğul olurlar, onda həmin adamları necə adlandırmalıyıq? Mahiyyət etibarilə onlar da siyasi dələduzluqla məşğul olmurlarmı? Məsələ burasındadır ki, heç kim öz gözündəki tiri görmür, başqa gözdə qıl axtarır. Halbuki, onların özləri də siyasi möhtəkirliklə məşğul ola-ola ciblərində mandat daşıyırlar. Bu mənada onların hərəkətinə “kor kora kor deməsə, ah-vayla keçər” deyilsə, yeridir.

- Pənah Hüseyn partiya sədrliyindən istefa verib, Qiyas Sadiqov AXP sədr seçilib. Sizcə, bu, mövcud siyasi vəziyyətlə baglı ola bilərmi?

- Açığını deyim ki, Qiyas Sadiqovu yaxşı tanımıram. Siyasi çəkisinin nə qədər olduğunu da bilmirəm. Odur ki, onun barəsində nəsə demək doğru olmaz. Onun media orqanlarına verdiyi müsahibələrdən belə anladım ki, namizədliyini Pənah Hüseyn irəli sürüb. Yəqin ki, Pənah bəy inanmadığı, etibar etmədiyi adamı dəstəkləməz. Mən də Qiyas bəyə öz fəaliyyətində böyük uğurlar arzulayıram.

- Sizcə, son zamanlar niyə partiya liderləri istefa verib, öz yerlərini müavinlərinə ötürürlər?

- Açığı, partiya liderlərinin dəyişilməsi cəmiyyətin inkişafı üçün vacibdir. Yeni rəhbərlik partiyalara yeni nəfəs gətirir və onun inkişafına yol açır. Bizdə isə artıq 30-40 ildir rəhbərliyi dəyişilməyən partiyalar var. Rəhbərliyi dəyişilməyən partiyalar istər-istəməz toplumun yeni nəsilləri arasında o qədər ciddi oyanışlar yarada bilmir, siyasi təşkilatlar get-gedə marginallaşır. Nəticədə toplumun özü də depolitizə olunur. İstənilən ölkənin demokratikləşməsi üçün ilk növbədə cəmiyyəti bu depolitik vəziyyətdən qurtarmaq lazımdır. Bu mənada rəhbərliyini dəyişdirən partiyaları ancaq alqışlamaq olar. Amma mən partiyalardakı rəhbər dəyişikliklərinin təbii yolla baş verdiyini düşünmürəm. Sanki yuxarıdan gələn direktivlərə əsasən partiyalar bu dəyişikliyə gedirlər. Bunun səbəbini isə mən şəxsən regionumuzda gedən siyasi oriyentasiya dəyişikliyi ilə əlaqələndirirəm. Bilirsiniz ki, bu zamanadək bütünlüklə Cənubi Qafqaz Rusiyanın təsir dairəsindəydi. Rusiya isə regionumuzda hər hansı kiçik siyasi dəyişiklikləri istəmirdi. Siyasi partiyaları amorf vəziyyətə salıb, özünün “5-ci kolon”una hərəkət sərbəstliyinə şərait yaradırdı. Gördüyümüz kimi, artıq Azərbaycan hakimiyyətinin özü də Rusiyanın “5-ci kolonu”ndan xilas olmağa çalışır. Bunun üçün də “5-ci kolon” qarşısında gözü qırpıq olan mövcud siyasi təşkilatları buraxmaq lazımdır. Amma bu o demək deyil ki, ölkəmizdə ənənəvi partiya liderlərini dəyişdirməklə cəmiyyətimizi demokratikləşdirmək mümkün olacaq. Prinsipcə, regionunun yeni sahiblərinə də demokratikləşmə lazım deyil. Bunu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barak da bir neçə gün öncə Qətərdə keçirilən bir beynəlxalq forumda açıq şəkildə ifadə edərək demişdi: “Bu region üçün ən yaxşı idarəçilik modeli xeyirxah monarxiyadır”. Tom Barakın çıxışında nəzərdə tutduğu region təkcə Yaxın Şərq deyildi. O elə həmin forumda bildirmişdi ki, ABŞ-ın yeni dövrdə regionla bağlı siyasətin həm də Aralıq dənizindən Xəzər dənizinə qədər coğrafiyanı əhatə edəcək. Yəni Yeni Yaxın Şərqə bizim coğrafiyamız da aiddir. Və burada I Dünya müharibəsindən sonra tətbiq olunan demokratikləşmə siyasəti regionu parçalamaqdan və xaotik vəziyyət yaratmaqdan başqa bir işə yaramadı. ABŞ-ın və Avropanın demokratiya adı altında regiona yaydığı “xalqların öz müqəddəratını təyinetmə” hüququ nəticəsində coğrafiyanın müxtəlif əraziləri arasında irtibatlar kəsildi, düşmənə çevrilən qonşu dövlətlərin bir-biri ilə sürtüşməsi qlobal nəqliyyat dəhlizlərini işləməz hala gətirdi. Bununla da dünyanın hər yerini iqtisadi böhranlar bürüdü. Yeni mərhələdə bu regionda “xeyirxah monarxiyalar” yaratmaq lazımdır ki, iqtisadi əməkdaşlıqlar böyüsün, dünya yenidən rahat nəfəs alsın. Aralıq dənizindən Xəzərə qədər coğrafiyalarda eyni siyasi sistemlər yaradılmalıdır və s. Məsələyə Tom Barakın nöqteyi-nəzərindən baxsaq, belə çıxır ki, ABŞ-ın regionumuzla bağlı geopolitik strategiyası demokratikləşmə yox, qismi monarxiya rejimi quruculuğu olacaq. Amma bu monarxiyalar “xeyirxah” imici daşıyacaqlar. Bunun ən gözəl yolu isə yenə də amorf vəziyyətə düşən partiyaların liderlərini dəyişdirmək və təşkilatları tədricən yeni situasiyaya uyğunlaşdırmaqdır. Bir sözlə, bizdə də, Türkiyədə də, Suriyada və digər ölkələrdə də bənzər siyasətin yürüdülməsi təsadüfi deyil. Bizim regionun indi yeni lokomotivi var və hər şey o lokomotivin sürətinə uyğunlaşdırılır.

- Heydər bəy, yüksək çinli gömrük məmurlarının həbsi barədə nə düşünürsünüz, ölkədə korrupsiyanın kökü niyə kəsilmir?

- Rüşvət və korrupsiyaya qarşı mübarizə hərtərəfli aparılmalıdır. Bunu yalnız inzibati qaydada aparmaq olmaz. İnzibatçılıqdan çox, yeni insan tipi yaradılmalı və onların mənəvi dünyası bu əməlləri böyük qəbahət, günah, vətənə xəyanət kimi alqılamalıdır. Belə bir cəmiyyəti yaratmaq üçün isə xeyli işlər görülməlidir. Məktəblərdən tutmuş ailələrə qədər halal yolla qazanmaq fəlsəfəsi təbliğ olunmalı, rüşvət alanlar, korrupsiya ilə məşğul olanlar ağır şəkildə cəzalandırılmalıdır. Elə bir mexanizm yaradılmalıdır ki, məmurlar istəsələr belə, korrupsiya ilə məşğul ola bilməsinlər. Məmurlar, dövlət idarələri üzərində ictimai nəzarət mexanizmi qurulmalı, media bu kimi cinayətləri rahat şəkildə müşahidə etməli, qaldırılan məsələlərə dövlət orqanları tərəfindən dərhal reaksiya verilməlidir. Ən əsası, sovet hakimiyyəti dövründən qalan bütün məmurlar və onların övladları idarəçilik orqanlarından uzaqlaşdırılmalıdır. Eynilə Şərqi Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da lustrasiya siyasəti aparılmalıdır. Əli əyrilər və köhnə komandanın üzvləri hakimiyyət orqanlarının həndəvərinə belə buraxılmamalıdır. Bunları etmədən, korrupsiyanın qarşısını almaq mümkün olmayacaq.

CAVID

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Dekabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri