Icma.az
close
up
RU
Siyasi partiyaların yenidən qeydiyyatı tələb olunmayıb, sadəcə... PA nın şöbə müdirindən iddialara cavab gəldi

Siyasi partiyaların yenidən qeydiyyatı tələb olunmayıb, sadəcə... PA nın şöbə müdirindən iddialara cavab gəldi

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"“Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra radikal müxalif mövqedən çıxış edən partiyaların qeyd etdiyi kimi, siyasi partiyaların yenidən qeydiyyatı tələb olunmayıb, sadəcə, üzvlərinin reyestrinin təsdiqi, nizamnamə və proqramlarının yeni qanuna uyğunlaşdırılması məsələləri ortaya çıxıb.

Mia.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.

Prezident Administrasiyasının şöbə müdiri deyib ki, yeni qanunun tələblərinə uyğun olaraq Ədliyyə Nazirliyinə müraciət etmiş 26 siyasi partiyanın üzvlərinin reyestrləri qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilib: “Bu prosesdə 31 siyasi partiya dövlət siyasətini dəstəkləyən bəyanatlar verərək özlərini buraxdıqlarını bildiriblər. Tələb olunan sayda üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etmədiklərinə görə Azad Demokratlar Partiyası (sədr Sülhəddin Əkbər) və Azadlıq Partiyası (sədr Əhməd Oruc) məhkəmə qaydasında ləğv olunub”.

Prezident Administrasiyasının rəsmisi deyib ki, yeni qanuna əsasən növbəti mərhələdə, 26 siyasi partiya Nizamnamə və Proqramlarını yeniləyərək Ədliyyə Nazirliyinə təqdim edib: “Hər il 15 yanvar tarixinədək partiyalar Ədliyyə Nazirliyinə yoxlanılmış siyahıları təqdim etməlidir. Təqdirəlayiq haldır ki, bu məsələ ilə bağlı ciddi çətinlik yaşanmayıb. Odur ki, reyestrlə bağlı olan bütün qərəzli şərhlər əsassızdır. Hər kəs bilməlidir ki, bu rəqəmlərin arxasında böyük əmək və siyasi iradə dayanıb. Onilliklər ərzində donmuş şəkildə saxlanılmış siyasi partiyalar ilə bağlı qanunvericilik bazasında nəhayət ki, islahatlar baş verdi. Zaman keçdikcə hər kəs onun şahidi oldu ki, Prezidentin təşəbbüsü ilə reallaşan bu islahatlar siyasətdə sağlam və peşəkar münasibətlərin bərqərar olunmasına və ölkənin siyasi sisteminin qorunmasına xidmət edir”.

Prezident Administrasiyasının şöbə müdiri yeni siyasi konfiqurasiya ilə əlaqədar qərəzli yanaşmalara da diqqət çəkib: “Bəzən sosial şəbəkələrdə elə mənzərəyə şahidlik edirik ki, “konfiqurasiya” sözünün mənasını bilməyən və bu sözü hətta doğru tələffüz edə bilməyən “siyasətşünaslar” “yeni siyasi konfiqurasiya”dan danışırlar. Beynəlxalq münasibətlər sistemində müşahidə olunan bütün təlatümlərə, habelə daxildən və xaricdən yaradılan süni maneələrə rəğmən əminliklə deyə bilərik ki, ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinə şahidlik edirik. Məhz elə bu səbəbdən də siyasi həqiqətləri ölkəmizdə aparılan islahatların mahiyyətində axtarmaq lazımdır. Mərhələli şəkildə reallaşdırılan islahatlar siyasi sistemin immunitetini artırır və dəyişən reallıqlara effektiv adaptasiyanı təmin edir”.

Prezident Administrasiyasının xatırladıb ki, 2020-ci ildən etibarən əlamətdar günlərdə Prezident İlham Əliyevlə siyasi partiyaların mütləq əksəriyyətinin rəhbərləri arasında qarşılıqlı bayramlaşma təcrübəsi yaranıb.

“Siyasi partiyaların fəaliyyəti ölkənin 160-a yaxın mərkəzi və yerli icra hakimiyyəti orqanı və digər dövlət qurumları ilə əlaqələndirilib, ümumilikdə 88 qurultayın keçirilməsi üçün lazımi şərait yaradılıb ki, bunların 30-nun keçirilməsi nəticəsində müvafiq partiyaların legitim fəaliyyəti təmin edilib. Uzun fasilədən sonra 12 yeni siyasi partiyanın dövlət qeydiyyatından keçməsi təmin olunub, “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edilib” deyə, şöbə müdiri qeyd edib.

Ədalət Vəliyev siyasi partiya rəhbərlərinin işğaldan azad edilən rayonlara 4 səfərinin təşkil edildiyini də xatırladıb.

Artıq bütün siyasi partiyaların dövrü olaraq MSK-ya maliyyə hesabatlarını təqdim etməyə başladığını vurğulayan şöbə müdiri qərargahı olmayan siyasi partiyalar üçün 29 təmirli ofis ayrılıb: “Son beş ildə dövlətin müxtəlif təşəbbüsləri sayəsində öz siyasi alver və manipulyasiya imkanlarını itirmək təhlükəsi ilə üzləşən radikallar yeni siyasi konfiqurasiyadan çəkinirlər. Bunun da əsas səbəbi odur ki, əməkdaşlıq və açıq siyasi dialoq mühiti üzərində qurulan yeni siyasi konfiqurasiya cəmiyyətin ideoloji cəhətdən parçalanmasını mümkünsüz edir. Odur ki, siyasi dialoq mühiti milli birliyi təmin edən əsas və fundamental amillərdən biridir”./APA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://mia.az
archiveBu xəbər 27 Fevral 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri