Icma.az
close
up
RU
Siyasi soyuqluq Kremldən qaynaqlanır: Bakı Moskva arasında ticarət iqtisadi münasibətlər normal axarındadır

Siyasi soyuqluq Kremldən qaynaqlanır: Bakı Moskva arasında ticarət iqtisadi münasibətlər normal axarındadır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya və Azərbaycan logistika və istehsal sahələrində, xüsusən də gəmiqayırma sektorunda birgə layihələr hazırlayırlar. Bu barədə Rusiya Prezidenti Vladimir Putin TASS-ın təşkilatçılığı ilə dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə keçirilən görüşdə məlumat verib. Putin bildirib ki, Rusiya və Azərbaycan arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq uğurla davam edir və bu istiqamətdə bir sıra perspektivli layihələr mövcuddur. Onun sözlərinə görə, tərəflər yalnız logistika deyil, eyni zamanda istehsal, o cümlədən gəmiqayırma sahəsində də fəal əməkdaşlıq edirlər. Rusiya Prezidenti qeyd edib ki, bizim “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və logistika sahəsində, eyni zamanda istehsal sahəsində, o cümlədən gəmiqayırma və bir sıra digər sahələrdə yaxşı layihələrimiz var. Biz öz sifarişlərimizlə Bakı zavodunu təmin etməyə hazırıq. 

Putin, həmçinin Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin artan dinamikasına da diqqət çəkib. O vurğulayıb ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 7% artıb və bu, əməkdaşlıq üçün müsbət göstəricidir. O bildirib ki, ümid edirəm ki, biz bütün planlaşdırılan layihələri uğurla reallaşdıracağıq. 


Politoloq Sultan Zahidov Sherg.az-a bildirib ki, Azərbaycan və Rusiya Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas iştirakçılarıdır:


“Bildiyiniz kimi, bu dəhliz Avropanı Hind okeanı ilə birləşdirən strateji bir marşrutdur. Dəhliz Rusiyadan başlayaraq Azərbaycan və İran ərazisindən keçir və böyük perspektivlərə malikdir. Burada söhbət həm dəmir yolu xəttindən, həm də avtomobil magistralından gedir. Azərbaycan ərazisindəki dəmir yolu xətti artıq tamamlanıb. Tamamlanmayan hissə isə İranda yerləşən Rəşt-Astaradır. Bu hissə də başa çatdırıldıqdan sonra, dəhliz öz  potensialını tam reallaşdıra biləcək. Bu isə bir daha Azərbaycanın regionun mühüm tranzit mərkəzi kimi rolunu ön plana çıxarmaqla yanaşı, Rusiyanın da bu dəhlizə olan ehtiyacını və ona verdiyi strateji əhəmiyyəti göstərir. Çünki bu gün sanksiyalarla üzləşən Rusiyanın məhdud sayda alternativ marşrutları mövcuddur. Şimal-Cənub dəhlizi isə onlardan biridir”.


Ekspert qeyd edib ki, iki ölkə arasında ticarət-iqtisadi münasibətlər normal axarla inkişaf edir:

“Sadəcə, siyasi müstəvidə müəyyən soyuqluq hiss olunur ki, bu da Rusiyanın 2023-cü ilin dekabr hadisələrindən sonra nümayiş etdirdiyi mövqedən qaynaqlanır. Əgər siyasi platformadakı məsələlər aradan qaldırılarsa, ticari-iqtisadi əlaqələrin də tam potensialla inkişaf edəcəyi gözlənilə bilər. Hazırda isə Cənubda gərginlik yaşanır və İsrail-İran qarşıdurması bölgəyə də təsir göstərməkdədir. Məsələn, Şimal-Cənub dəhlizinin tam gücü ilə işləməsi bu mərhələdə real görünmür, çünki İranda müharibə və hərbi gərginlik davam edir. Amma aydındır ki, bu münaqişə gec-tez sona çatacaq və bundan sonra ümid edirik ki, Rusiya diplomatik və siyasi sahədə də Azərbaycanın çağırışlarına daha müsbət yanaşacaq, haqlı tələblərini anlayışla qarşılayacaq. Eyni zamanda, Rusiya mediasında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına son qoyulacaq. Bütün bunlar fonunda siyasi münasibətlərin normallaşması baş verərsə, Moskva ilə Bakı arasındakı ticarət-iqtisadi əlaqələrə də müsbət təsir göstərəcək və ticarət dövriyyəsi bu il əvvəlki illərlə müqayisədə daha yüksək artım göstərə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 İyun 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri