Icma.az
close
up
RU
Siyəzən və Şabran rayonlarında yaranan qaz problemi nə zaman həllini tapacaq?

Siyəzən və Şabran rayonlarında yaranan qaz problemi nə zaman həllini tapacaq?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, güclü külək və yağış nəticəsində ötən gün Siyəzən və Şabran rayonlarının qaz təminatında problemlər yaranıb.

Oxu.Az xəbər verir ki, nəticədə Siyəzən rayonunda 1 800, Şabran rayonunda isə 7 260 abonentin qazla təminatında məhdudiyyətlər yaranıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, sel suları nəticəsində birliyin xətlərinə müəyyən ziyan dəyib.

"Bu gün artıq Şabran rayonunda sel suları nəticəsində qazsız qalan kəndlərə alternativ mənbələrdən qazın verilişi bərpa edilib. Siyəzən rayonunda isə diametri 159 mm olan boru xəttinin təmiri üçün ərazidə münbit şərait yaranmalıdır. Yəni su çəkilməlidir ki, əməkdaşlarımız normal qaydada işləyə bilsinlər. İndiki halda hava şəraiti səbəbindən buna imkan yoxdur.

Siyəzən rayonunda ümumilikdə üç mindən bir qədər artıq abonentin qazı dayandırılıb. Bu gün minə yaxın abonentə alternativ variant kimi qaz veriləcək. Sabah günün ikinci yarısı isə qazsız qalan üç min abonentin təxminən 2 500-ə yaxını alternativ yollar vasitəsilə qazla təmin olunacaq. Tam olaraq bərpa üçün isə sel sularının çəkilməsi lazımdır. İnanırıq ki, üç gün müddətinə bu məsələ həllini tapacaq", - deyə qurum rəsmisi bildirib.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Aprel 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri