Xırdalan sakinləri çıxılmaz vəziyyətdə: Su problemi həllini nə zaman tapacaq?
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir neçə gündür ki, intensiv yağışlar səbəbindən Abşeron rayonu Xırdalan şəhərində içməli su təminatında problem yaranıb. Bu da sakinlər üçün ciddi çətinliklər yaradıb.
Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, ərazidə nasos stansiyasında yaranan problem aradan qaldırılmaq üzrədir:
"Bu problem səbəbindən içməli su təminatında yaranan fasilə stansiyada görülən işlər çərçivəsində qismən aradan qaldırılır. Sakinlərə gün ərzində bir neçə saatlıq suyun verilməsinə nail olunacaq. Ərazidə su maşınları da xidmət göstərəcək. İntensiv yağışlar səbəbindən nasos stansiyasında yaranan qəza halının tam aradan qaldrılması istiqamətində digər dövlət qurumları ilə birgə intensiv şəkildə fasiləsiz olaraq bərpa işləri aparılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:214
Bu xəbər 31 Mart 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















