Icma.az
close
up
RU
Tibb müəssisələrində növbə problemi nə zaman həllini tapacaq?

Tibb müəssisələrində növbə problemi nə zaman həllini tapacaq?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Tibb müəssisələrində növbə problemi hələ də aktual olaraq qalır. Vətəndaşlar istər həkim qəbulu, istərsə də laborator analizlər üçün saatlarla, bəzən isə günlərlə növbə gözlədiklərini bildirirlər. Bu isə həm əlavə stressə, həm də ciddi zaman itkisinə səbəb olur. Hazırda yalnız Yeni Klinikada onlayn növbə və randevu sistemi tətbiq olunur. Lakin bu, ümumi vəziyyəti dəyişmək üçün kifayət etmir. Vətəndaşlar ölkə üzrə digər tibb müəssisələrində də analoji sistemin tətbiqini gözləsələr də, bu sahədə nəzərəçarpacaq irəliləyiş müşahidə olunmur. Nəticədə növbələrdə gözləməkdən yorulan və vaxt itkisindən bezən insanlar məcbur qalıb özəl klinikalara üz tuturlar. Əhali isə haqlı olaraq onlayn növbə sisteminin bütün respublika üzrə tətbiqini gözləyir. Bəs bu proses nə vaxt yekunlaşacaq?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Oxu.Az-a açıqlamasında bildirib ki, gələcəkdə onlayn növbə və randevu sistemi TƏBİB-in tabeliyindəki digər müəssisələrdə də tətbiq ediləcək:

"TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada onlayn növbə və randevu sistemi vasitəsilə vətəndaşlar həkim qəbulu üçün onlayn qaydada növbə götürərək sözügedən tibb müəssisəsinə yaxınlaşa bilərlər. Gələcəkdə də bu proses davam etdiriləcək və mərhələli şəkildə digər tibb müəssisələrində də onlayn növbə sistemi tətbiq ediləcək".

Qurum rəsmisinin sözlərinə görə, hazırda paytaxtda və Abşeron ərazisində yerləşən 16 tibb müəssisəsində 30-a yaxın, regionlarda isə 23 tibb müəssisəsində 40-dan çox elektron növbə terminalı və monitorlar quraşdırılıb:

"Son aylarda Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarında elektron növbə sistemi qurulub istifadəyə verildi. Bərdə, Qazax, Şəmkir, Tovuz, Göygöl, Mingəçevir, Qobustan, Abşeron və digər tibb müəssisələrində də elektron növbə sistemi tətbiq olunur. Elektron növbə sisteminin tətbiqi nəticəsində pasiyentlər onlayn və ya yerində növbə götürərək rahat şəkildə qəbul üçün qeydiyyatdan keçə bilirlər. Tibb personalı qəbul planlamasını daha düzgün həyata keçirir, zamanın idarəolunması tənzimlənir, sıra məlumatı terminal ekranlarında əks olunur. Hazırda bu sistem paytaxt və regionlardakı bəzi böyük tibb müəssisələrində aktiv istifadə olunur, gələcəkdə digər müəssisələrə də tətbiqi nəzərdə tutulur".

O qeyd edib ki, vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də tibbi xidmətlərlə bağlı elektronlaşdırma işləri sürətli şəkildə davam etdirilir:

"TƏBİB-in tabeliyindəki tibb müəssisələrində elektron növbə sistemi mərhələli şəkildə tətbiq olunur və bu, səhiyyə xidmətlərinin keyfiyyətli, şəffaf və effektiv təşkilinə xidmət edir. Sistemin əsas məqsədi pasiyentlərin qəbul prosesini optimallaşdırmaq, canlı növbələri minimuma endirmək və vətəndaş məmnuniyyətini artırmaqdır".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyul 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri