Icma.az
close
up
RU
“Sizin silahları təhvil verib təslim olmaqdan başqa seçiminiz yoxdur“ Suriya Kəşfiyyat Xidməti

“Sizin silahları təhvil verib təslim olmaqdan başqa seçiminiz yoxdur“ Suriya Kəşfiyyat Xidməti

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Biz əlləri xalqımızın qanına bulaşanları bağışlamayacağıq..."

Suriya Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri Anas Həsən Xəttab ölkənin sahil bölgələrində gedən döyüşlərlə bağlı bəyanat verib. O, keçmiş prezident Bəşər Əsədin tərəfdarlarını- ölkədə növbəti dəfə güc yolu ilə hakimiyyəti ələ keçirməyə cəhd edənləri dərhal silahlarını yerə qoymağa çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.

Məlumatda deyilir: "Sizin təslim olmaqdan və silahınızı ən yaxın təhlükəsizlik orqanına təhvil verməkdən başqa seçiminiz yoxdur", - o, bildirib. Xəttab vurğulayıb ki, "bu cinayətkarlar ölkənin keçdiyi çətin dövrdən istifadə edərək gələcəyin yeni Suriyasına zərbə vurmağa hazırlaşmağa başlayıb".

Suriya kəşfiyyat rəhbərinin sözlərinə görə, bu planların arxasında "dağılmış rejimin keçmiş hərbçiləri və təhlükəsizlik xidmətlərinin rəhbərləri dayanır, onlar ədalətdən yayınaraq xaricdə gizlənir".

"Paytaxt Dəməşqin azad edilməsindən 90 gün sonra bəzi axmaqlar xalqımızın öz taleyini və gələcəyini müəyyənləşdirmək iradəsinə qarşı çıxmaq qərarına gəlib. Beləliklə, onlar, ən yaxşı insanlarımızın- ordumuzun, təhlükəsizlik xidmətlərinin və polis qüvvələrinin onlarla nümayəndəsinin həyatına son qoyan xəyanətkar əməliyyata başlayıb", - Xəttab bildirib. O, xəbərdarlıq edib: "Biz əlləri xalqımızın qanına bulaşanları bağışlamayacağıq".

İnsan haqları müşahidəçilərinin məlumatları

Suriya İnsan Haqları Monitorinq Mərkəzinin son məlumatlarına görə, artıq ikinci gündür ki, Suriyanın sahil bölgələrində Suriyanən yeni təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında döyüşlər gedir.

İndiyə qədər 150-yə yaxın insan ölüb, onlardan 69-u isə təhlükəsizlik qüvvələri tərəfindən edam edilən ələvi mülki şəxslərdir. Mərkəz bu məlumatları əldə etdiyi videogörüntülərə əsasən yaydığını bildirir.

Hazırda hökumət ordusu Banyas şəhərinə nəzarəti ələ alıb və üsyançı bölmələrini oranı tərk etməyə məcbur edib. Hazırda hərbçilər şəhər ətrafında axtarış əməliyyatı aparır. Hökumət qüvvələrinə dəstək məqsədilə bölgəyə yeni və yeni qoşun hissələri göndərilir.

"Suriya təhlükəsizlik qüvvələri ölkənin keçmiş hava kəşfiyyat rəhbərini həbs edib..."

Bu arada keçid hökumətinə tabe olan Suriya təhlükəsizlik orqanları ölkənin Hava Kəşfiyyatı Xidmətinin keçmiş rəhbəri İbrahim Hüveycəni həbs edib. Bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Hava kəşfiyyatı keçmiş hakimiyyət dövründə Suriyanın ən nüfuzlu xüsusi xidmət orqanlarından biri sayılıb. Hüveycə daxili təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən həbs olunub. O, Cəblə şəhərində keçirilən əməliyyat zamanı saxlanılıb, burada hələ də keçmiş prezident Bəşər Əsədin tərəfdarları ilə toqquşmalar davam edir.

Hüveycə 1987-ci ildən 2002-ci ilə qədər Hava Kəşfiyyatı Xidmətinin rəhbəri olub. O, 1977-ci ildə Livanın Proqressiv-Sosialist Partiyasının qurucusu və Livan druzlarının lideri Kamal Cümblatın qətlini təşkil etməkdə ittiham olunur.

"Sıx nəzarət və araşdırmalardan sonra Cəblə şəhərindəki qüvvələrimiz Suriyanın Hava Kəşfiyyatı Xidmətinin keçmiş rəhbəri, briqada generalı İbrahim Hüveycəni həbs etməyi bacarıb. O, Hafiz Əsədin prezidentliyi dövründə yüzlərlə qətldə, o cümlədən Kamal Cümblatın qətlinin təşkilində ittiham olunur", - agentliyin məlumatında bildirilir.

Latakiya vilayətində toqquşmalar

Cümə axşamı Latakiya vilayətinin müxtəlif bölgələrində Suriya təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədi dəstəkləyən silahlı dəstələr arasında döyüşlər başlayıb. Ən şiddətli toqquşmalar keçmiş prezident və ailəsinin mənsub olduğu dini azlığın- ələvilərin yaşadığı Cəblə şəhərində baş verib.

Suriya təhlükəsizlik qüvvələri toqquşmalarda iştirak edən silahlı qruplaşmaların keçmiş xüsusi təyinatlı qüvvələrin komandiri Suxeyl əl-Həsənlə əlaqəli olduğunu açıqlayıb. "Al Jazeera" telekanalının məlumatına görə, üsyançılarla toqquşmalar zamanı Suriya təhlükəsizlik orqanlarının azı 15 əməkdaşı həlak olub.

Bundan əvvəl Latakiya, Tartus və Homs şəhərlərində davam edən toqquşmalar fonunda komendant saatı tətbiq edilib. Bu toqquşmalar 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra ən şiddətli döyüşlər hesab olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri