Icma.az
close
up
RU
“Sizin verdiyiniz tapşırığı UNEC yerinə yetirdi, cənab Prezident!” UNEC rektoru (FOTOLAR)

“Sizin verdiyiniz tapşırığı UNEC yerinə yetirdi, cənab Prezident!” UNEC rektoru (FOTOLAR)

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi qeyd olunub.

"Unikal" xəbər verir ki, “UNEC-in 95 illik inkişaf yolu və gələcək hədəflər” adlı yubiley tədbirindən öncə iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra universitetdə UNEC-in şəhid olmuş tələbə və məzunlarının abidə kompleksinin önünə gül dəstələri düzüblər.

Yubiley tədbirinin açılışında Ümummilli Lider Heydər Əliyevin İqtisad Universitetinin 70 illik yubileyindəkı çıxışı dinlənilib. 

Açılış nitqi ilə çıxış edən rektor, professor Ədalət Muradov UNEC kollektivini, məzunlarını yubiley münasibətilə təbrik edib. İqtisad Universitetinin zəngin və şərəfli tarixi yol keçdiyini deyən rektor, bu ali təhsil müəssisəsinin ölkədə köklü ideoloji dəyişikliyə məruz qalan yeganə universitet olduğunu bildirib. Bütün çətinliklərə baxmayaraq, UNEC-in hər zaman Azərbaycan dövlətinə və dövlətçiliyinə, Ulu Öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə sadiqlik nümayiş etdirdiyini diqqətə çatdırıb və bundan sonra da belə olacağını bəyan edib.

Rektor son 10 ildə universitetdə aparılan uğurlu islahatlardan söz açıb. O,  UNEC-in regionda rəqəmsal universitet modelini tətbiq edən ilk ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb. Həmçinin UNEC-in süni intellektin tədris prosesinə, elmi tədqiqatların təşkili işinə inteqrasiyası məqsədilə xarici mütəxəssislərlə birgə layihə reallaşdırdığını qeyd edib.

Rektor 95 illik yubileyin Ulu Öndər Heydər Əliyevin 23 il öncə İqtisad Universitetinin 70 illik yubileyində qarşıya qoyduğu vəzifələrin, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ona verilmiş tapşırığın icrası ilə bağlı hesabat günü olduğunu qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev məni rektor təyin edərkən qarşıma bir vəzifə qoymuşdur: “Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır”. Bu gün QS beynəlxalq reytinqinin nəticələri açıqlanıb. UNEC bu reytinqdə dünyanın 801-850-ci ən yaxşı universitetləri sırasına yüksəlib. Mən cənab Prezidentə hesabat verərək bildirmək istəyirəm ki, Sizin verdiyiniz tapşırıq şərəflə yerinə yetirilib, cənab Prezident! İqtisad Universiteti dünya səviyyəli universitetdir!” Rektor bu uğurun zirvəyə aparan yolun başlanğıcı olduğunu deyib.

Yubiley tədbirində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli UNEC-in 95 il ərzində ağır yollardan keçməsinə baxmayaraq, hazırda müasir tələblərə cavab verən dünyəvi universitet modeli qurduğunu deyib. O, UNEC-in ölkənin əsas elm mərkəzlərindən biri funksiyasını layiqincə yerinə yetirdiyini, eyni zamanda ölkədə əmək bazarını istiqamətləndirən karyera mərkəzinə çevrilidiyini, eləcə də UNEC-in müasir dövrün çağırışlarına uyğun kadrlar yetişdirdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərov UNEC kollektivini təbrik edərək, bu ali təhsil müəssisəsinin ölkənin iqtisadçı kadrların hazırlanmasındakı əvəzsiz rolundan söz açıb. UNEC məzunlarının yüksək peşəkarlıq və bilik səviyyələri ilə seçildiyini deyən komitə sədri bir çox ali təhsilli məzunların sonradan UNEC-də ikinci ali təhsil almalarını bu universitetə olan etimadın göstəricisi kimi qiymətləndirib. UNEC-in yalnız yüksək ixtisaslı kadrların deyil, eyni zamanda vətənpərvər gənclərin yetişdirilməsində də müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov yubiley münasibətilə universitetin rəhbərliyini və kollektivini təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. Hesablama Palatası ilə UNEC-in son illərdəki sıx əməkdaşlığından söz açan Palata sədri rəhbərlik etdiyi qurumda son 5 ildə işə qəbul olunan 47 (inzibati heyətin 30 faizi) əməkdaşın UNEC məzunu olduğunu deyib. O, ümumilikdə Hesablama Palatasının inzibati heyət üzrə əməkdaşlarının 55 faizinin (84 nəfər) məhz UNEC məzunları olduğunu diqqətə çatdırıb. Hesablama Palatasının UNEC ilə müxtəlif istiqamətlərdə uğurlu layihələr həyata keçirdiyini deyən Vüqar Gülməmmədov əməkdaşlığın bundan sonra da yüksələn xətlə davam edəcəyini bildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov məzunu olduğu universitetin kollektivini təbrik edərək, UNEC-in ölkəmizin ali təhsil sistemində lider mövqeyə malik olduğunu deyib. Ölkəmizin iqtisadi qüdrətinin davamlı artmasında UNEC-in rolunun böyük olduğunu qeyd edən S.Məmmədov bu təhsil ocağının yetişdirdiyi peşəkar məzunların müxtəlif sahələrdə fəal çalışaraq, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. O, son illərdə UNEC-də aparılan genişmiqyaslı islahatların nəticəsi olaraq məzunların həm dövlət strukturlarında, həm də özəl sektorda önəmli mövqelərdə fəaliyyət göstərdiklərini bildirib.

Millət vəkili, akademik Ziyad Səmədzadə yubiley münasibətilə universitetin kollektivini təbrik edərək, bu ali təhsil müəssisəsinin ölkəyə verdiyi böyük töhfələrdən danışıb. O bildirib ki, UNEC yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı, innovativ yanaşmaları və müasir təhsil proqramları ölkənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr qazandırır və gələcək nəsillərin yetişdirilməsində özünəməxsus missiyanı davam etdirir.

Sonda rektor, professor Ədalət Muradov UNEC-in son 10 ildə elm, təhsil, tədris,  beynəlxalq əlaqələr və digər sahələrdə əldə etdiyi uğurlar barədə geniş təqdimatla çıxış edib.

Təntənəli yubiley tədbiri UNEC-in himni ilə yekunlaşıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 İyun 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri