Icma.az
close
up
RU
Skuter sürənlərə XƏBƏRDARLIQ Bu halda 40 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

Skuter sürənlərə XƏBƏRDARLIQ Bu halda 40 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Son illərdə Bakıda elektrikli skuterlərin istifadəsi xeyli artıb.

BAKU.WS-in məlumatına görə, bu nəqliyyat vasitələri həm ekologiyaya zərərsiz olması, həm də sıx küçələrdə sürətli hərəkət imkanı yaratması ilə bir çoxlarının seçimidir.

Skuter sürmək ictimai nəqliyyata da müəyyən dərəcədə təsir edir. Belə ki, insanlar avtobus və ya metroya minmədən qısa məsafələri rahatlıqla qət edə bilirlər. Lakin bu rahatlıq bəzən qayda pozuntularına gətirib çıxarır və nəticədə təhlükəli hallarla yanaşı, inzibati məsuliyyət də yaradır.

Bəs, skuter sürərkən hansı hallarda qaydalar pozula bilər?

Bu suala cavab tapmaq üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin bölmə rəisi Toğrul Nəsirli BAKU.WS-ə bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrini (skuter, velosiped tipli elektrik nəqliyyatları) idarə edən şəxslərin yol hərəkəti qaydalarını pozmasına görə cərimə tətbiq olunur:

"Belə ki, sürücülər aşağıdakı hallarda 40 manat məbləğində inzibati məsuliyyətə cəlb edilə bilərlər:

Avtomagistral hesab edilməyən avtomobil yollarında sağ kənar zolaqla deyil, digər zolaqlarla hərəkət etmək;

Velosiped yolu olduğu halda, ondan istifadə etməyib yolun hərəkət hissəsilə hərəkət etmək;

Yol nişanlarının və ya nişanlanma xətlərinin tələblərini pozmaq;

Svetoforun və ya nizamlayıcının işarələrinə əməl etməmək;

Sükan olduğu halda, sükanı tutmadan hərəkət etmək;

Nasaz nəqliyyat vasitəsindən istifadə etmək;

Piyadaların hərəkətinə mane olmaq;

Skuterlə sərnişin daşımaq;

Keçid üstünlüyü olan nəqliyyat vasitələrinə yol verməmək.

Qanunvericilikdə bu hallar təhlükəsizlik üçün ciddi risklər sayılır. Buna görə də skuter istifadəçilərinə tövsiyə olunur ki, həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini qorumaq üçün qaydalara ciddi şəkildə əməl etsinlər".

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Sentyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri