Icma.az
close
up
RU
Slovakiyalı minifutbol hakimi: Bakıda keçiriləcək dünya çempionatına təyinat almaq mənim üçün çox şey ifadə edir EKSKLÜZİV

Slovakiyalı minifutbol hakimi: Bakıda keçiriləcək dünya çempionatına təyinat almaq mənim üçün çox şey ifadə edir EKSKLÜZİV

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 aprel, AZƏRTAC

“Azərbaycan son bir neçə ildə minifutbolda qazandığı uğurlara görə mundiala ev sahibliyi etməyə layiq idi. Milli komandanız yüksəlişdədir. Yerli federasiya mükəmməl iş görür. Orada olmaq üçün səbirsizlənirəm”.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına təyinat alan slovakiyalı hakim Mixal Bereş deyib.

O, Azərbaycana ilk dəfə səfər etməyəcəyini, iki il öncə Bakıda keçirilmiş beynəlxalq turnirdə iştirak etdiyini söyləyib: “Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Məhz bundan sonra Azərbaycanın təşkilatçılıq qabiliyyətinin nə qədər yaxşı olduğunu anladım. Orada hər şey inanılmaz idi. İnsanların mehribanlığı, qonaqpərvərliyi, idman obyektləri, bir sözlə, çox şey məni valeh etmişdi. Yarışdan sonra Azərbaycan Minifutbol Federasiyası məni liqanın final oyununu idarə etməyə dəvət etdi. Bu, mənim üçün daha bir gözəl təcrübə oldu”.

Referi mundialın matçlarına təyinat alan 14 hakimdən biri olmasına da münasibət bildirib: “Bakının dünya çempionatına ev sahibliyi edəcəyi xəbərini alanda arzum hakimlər qrupunun bir üzvü kimi oraya getmək idi. Təyinat almaq mənim üçün çox şey ifadə edir. Gördüyüm qədərilə ən yaxşı hakimlər seçilib. Onlardan biri olmaq məni olduqca qürurlandırır”.

M.Bereş öz ölkəsinin mundialdakı şanslarını da dəyərləndirib: “Slovakiyanın həqiqətən də güclü oyunçuları var. Onlar fiziki və texniki cəhətdən çox yaxşı formadadırlar. Xüsusilə də, pley-off matçlarında diqqətlərini tam olaraq cəmləsələr, ən azı yarımfinala çıxa bilərlər. Qazanacağımız istənilən medal bizim üçün fantastik nəticə olardı”.

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri