Smart kartın balansını sayğaca yüklədi, balansdan pul tutuldu VƏTƏNDAŞ ŞİKAYƏTİ VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son zamanlar “Azərişıq” ASC ilə bağlı sosial şəbəkələrdə vətəndaşların narazılıqları getdikcə artır. Avtosfer.az xəbər verir ki, insanlar işıq pulunun hesablanması, sayğaclarda yaranan texniki nasazlıqlar və ödənişlərin düzgün əks olunmaması ilə bağlı müxtəlif şikayətlərini ictimaiyyətlə bölüşürlər. Bu dəfə də oxşar problem bir vətəndaşın sosial şəbəkədə paylaşdığı video vasitəsilə gündəmə gəlib.
Şirvan sakininin sözlərinə görə, o, əvvəlcə sayğaca taxacağı smart kartın balansını 50 manat artırıb və sayğaca yükləyib. Daha sonra əlavə 20 manat da yükləmək istəyəndə gözlənilməz hal ilə üzləşib. Belə ki, karta vurulan 20 manat tam şəkildə sayğaca yüklənməyib və nəticədə ekranda 18 manat 53 qəpik görünüb. Şikayətçi iddia edir ki, sayğacda kifayət qədər vəsait olmasına baxmayaraq, sistem ondan yenidən pul tutub və bu məbləğ tam şəkildə enerji balansına köçürülməyib:
“Pul karta vurulur, amma sayğaca düz yüklənmir. Vətəndaşları aldadırlar. Sayğacda vəsaitim var amma kartı oxudan zaman ödənişdən tutulub”, – deyə vətəndaş bildirib.
Fidan


