Icma.az
close
up
RU
SN nin nümayəndələri Naxçıvanda səhiyyə islahatları ilə tanış oldu FOTOLAR

SN nin nümayəndələri Naxçıvanda səhiyyə islahatları ilə tanış oldu FOTOLAR

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti səhiyyə infrastrukturunun inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və yeni yaradılan tibb müəssisələrinin fəaliyyəti ilə yerində tanış olmaq məqsədilə Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, iki gün davam edən səfər çərçivəsində əvvəlcə nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildirib.

Nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Naxçıvanda tibb sahəsində həyata keçirilən islahatlar çərçivəsində xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərə göstərilən tibbi xidmətin vahid mərkəzdən və müasir səviyyədə təşkili məqsədilə yaradılan Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzinin açılışında iştirak edib. Eyni zamanda, şəhid ailələrinin və müharibə iştirakçısı olan veteranların sosial və psixoloji rifahının gücləndirilməsi, onların psixoloji reabilitasiyasına sistemli şəkildə dəstək göstərilməsi məqsədilə yaradılan Naxçıvan Muxtar Respublikası Psixoloji Sağlamlıq Mərkəzi və Təcili Tibbi Yardım Xidməti ilə tanışlıq olub.

Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov iştirak ediblər.

Hemodializ Mərkəzində yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş müəssisədə pasiyentlərə komfortlu şəraitdə xidmət göstərilməsi üçün bütün imkanlar yaradılıb.

Həmçinin, Mərkəzin yaradılma məqsədi, tikinti və texniki təchizat işləri, eləcə də gələcək fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Psixoloji Sağlamlıq Mərkəzində şəhid və veteran ailələrinə psixoloji yardım və reabilitasiya xidmətləri, habelə fərdi və qrup terapiyası otaqları fəaliyyət göstərəcək.

Eyni zamanda, bildirilib ki, Təcili Tibbi Yardım Xidmətinin mövcud avtomobil parkı müsair avadanlıqlarla təchiz olunub.

Nümayəndə heyətinə muxtar respublikada səhiyyə sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər və dövlət proqramları çərçivəsində icra olunan layihələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Dövlət Proqramı çərçivəsində bir sıra mühüm layihələr icra olunur.

Qonaqlar Treninq və Simulyasiya Mərkəzinin fəaliyyəti, habelə Ağız və Diş Sağlamlığı Mərkəzində aparılan təmir-tikinti işləri ilə tanış olublar.

Səfər çərçivəsində Babək rayonu üzrə Qahab, Culfa rayonu üzrə Əbrəqunus, Ordubad rayonu üzrə Vənəd və Dəstə Kənd Ailə Sağlamlıq Mərkəzlərində yaradılan şəraitə baxış keçirilib.

Nümayəndə heyəti səfər çərçivəsində yeni Naxçıvan Səhiyyə Kompleksi layihəsi ilə tanış olub. Kompleks çərçivəsində pediatriya, cərrahiyyə, reanimasiya, fizioterapiya və digər ixtisaslaşmış tibbi xidmətlərin vahid məkanda, müasir standartlara uyğun şəkildə təşkili nəzərdə tutulur.

İstismara verilməyə hazırlanan Oksigen İstehsalı Müəssisəsi ilə də tanışlıq olub. Qeyd edilib ki, müəssisədə oksigenin istehsalı, tibb müəssisələrinə çatdırılması və təhlükəsizliyə nəzarət proseslərinin müasir tələblərə uyğun təşkili nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Dəstək və Çağrı Mərkəzləri, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası, İctimai Səhiyyə Xidmətinə baxiş keçirilib, müaəssisələrin ümumi vəziyyəti, tibbi xidmətin təşkili və burada yaradılan şəraitlə tanışlıq olub.

Sonda Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin müasirləşdirilməsi və infrastrukturun inkişafı istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri